Baş redaktor aksiya xəbərlərinə görə Baş Prokurorluğa çağırıldı
Gundem
Oxunub: 1 058
30 yan 2016 | 20:44
Zahir Əzəmət: “Anlamıram ki, bizdən nə istəyirlər?”
Baş redaktor aksiya xəbərlərinə görə Baş Prokurorluğa çağırıldı
Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət Baş Prokurorluğa çağırılıb. Bu barədə baş redaktora prokurorluqdan rəsmi məktub gəlib. “Yeni Müsavat”a açıqlamasında Z.Əzəmət bu çağırışın detalları barədə danışdı. Dedi ki, rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə redaksiyaya daxil olan məktubda aşağıdakılar bildirilib: “Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında, o cümlədən rəhbəri olduğunuz qaynar.info internet saytında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Tərəfimizdən aparılan araşdırmalar zamanı yaranmış zərurətlə əlaqədar 28 yanvar 2016-cı il tarixdə saat 11:00-da Baş Prokurorluğa (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) gəlməyiniz xahiş olunur".

Z.Əzəmət dedi ki, saat 11:00-da onu Baş Prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. Müsahibimizin sözlərinə görə, mövzu bölgələrdəki etiraz aksiyalarının işıqlandırılması ilə bağlı olub. Mətbuat Şurasının Baş Prokurorluğa müraciətində qaynar.info-nun aksiyalarla bağlı xəbərlərinin əsassız olduğu qeyd olunub. R.Usubov isə öz növbəsində bu xəbərlərin çağırış xarakterli olduğunu bildirərək, xəbərdarlıq edib: “Mən isə bildirdim ki, rəhbəri olduğum saytda heç bir çağırış ruhlu xəbərlər dərc olunmayıb. Aksiyalarla bağlı adi və bir neçə cümləlik xəbərlər vermişik. Bizim dərc etdiyimiz xəbərlərdə qeyri-adi heç nə olmayıb. Müstəqil mövqeli, korrekt xəbərlər idi. Hətta aksiyalardan çəkilən videokadrların çoxunu yayımlamadıq ki, təşviqedici ola bilər. Amma cəmiyyətdə şayiələr yaranmasın, insanlar aksiyalarla bağlı lazımi informasiyanı alsınlar deyə bir neçə cümləlik xəbərlə kifayətlənmişik. Belə görünür ki, kimlərsə bu iki cümləlik xəbərlərdən də narahatdırlar”.

Z.Əzəmət bu məsələdə MŞ-nın mövqeyindən narazılıq etdi. Dedi ki, sözügedən qurum artıq ikinci dəfədir qaynar.info saytını hədəfə çıxarır. Onun sözlərinə görə, MŞ səlahiyyət həddini aşır və sözügedən aksiya xəbərləri ölkənin bütün media orqanlarında dərc edilsə də, bir neçə saytla bağlı təqdimat hazırlayıb.

Müsahibimiz xatırlatdı ki, bir neçə gün əvvəl APA-da hökumət mənbələrinə istinadla aksiyalarla bağlı xəbərləri dərc edən saytların cəzalandırılacağı barədə məlumatın yer alması və bundan dərhal sonra Mətbuat Şurasının Baş Prokurorluğa şikayət ünvanlanması təsadüf sayıla bilməz. Z.Əzəmət görüş zamanı arqumentlərini səsləndirmək istəsə də, R.Usubovun onu dinləmək istəmədiyini vurğuladı: “Sadəcə olaraq, mənə bildirildi ki, çağırış xarakterli bu cür xəbərlər qanunun tələblərinə əsasən həbslə yekunlaşa bilər. Bu görüşdən sonra nəyisə nəzərə alacağammı? Burda nəzərə alınacaq bir şey görmürəm. Bu cür xəbərləri verməkdə davam edəcəyik. Söhbət dövlətçilikdən gedirsə, düşünmürəm ki, bu dövləti bizdən çox sevirlər. Biz də sevirik. Hesab edirik ki, bu aksiyaları yaradan biz deyilik, bunu yaradan situasiyadır. Devalvasiyada da nə biz, nə də media günahkardır. Bu cür situasiyada ölkədə az qala bütün rəsmi qurumların qeyri-peşəkar çalışdığı dönəmdə mediaya tələbkarlıq tələbinin qoyulması anlaşılan deyil. Çünki dövlət qurumları heç zaman media üçün əlçatan olmayıb. Bu halda da aksiya ilə bağlı rəqəm, faktoloji tərəflərdə müəyyən təhriflər ola bilər. 10 illik fəaliyyətimiz dönəmində son 2 ayda intensiv olaraq bizim hədəf göstərilməyimiz anlaşılan deyil. Anlamıram ki, bizdən nə istəyirlər?”

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Z.Əzəmətin təmsil olunduğu quruma dəvət edilməsi Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında internet informasiya resurslarda aparılan monitorinqin nəticələri ilə bağlı olub. Müsahibimiz xatırlatdı ki, MŞ-nin rəhbərliyi monitorinqin nəticələrini hüquqi qiymət verilməsi üçün Respublika Prokurorluğuna göndərib: “Araşdırmaların nəticələrinə müvafiq olaraq bir neçə informasiya agentliyinin rəhbərləri tərəfimizdən dəvət olunub. ”Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduqlarına görə bəzilərinə rəsmi xəbərdarlıq edilib. Burada hər hansı qərəzdən söhbət gedə bilməz. Araşdırmaların nəticəsi barədə tərəfimizdən ictimaiyyətə məlumat veriləcək".
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI