Qiyamətə qalmayan qisas və ya qana qan – BİR QƏTLİN TARİXÇƏSİ
Publika.az xəbər verir ki, hadisə 2014-cü il dekabrın 7-də baş verib.
Qana qan...
Həmin gün Yasin Həsənov Gəncə şəhərində yeməkxanada spirtli içki içib, sonra da idarə etdiyi “VAZ-2106” markalı, Az 22 BD 233 dövlət qeydiyyat nişanlı maşınla yaşadığı Daşkəsən rayonuna yola düşüb. Göygöl rayonu ərazisində “Mal bazarı” adlanan yerdə isə yol kənarında maşını saxlayıb, hava almaq üçün düşüb. Bu zaman yolun əks tərəfində “VAZ-2107” markalı, Az 57 BP 534 dövlət nömrə nişanlı maşından qardaşı Yadigar Həsənovu 2004-cü ildə öldürən Elçin Həsənovun düşdüyünü görüb. Ona yaxınlaşaraq qardaşını niyə öldürdüyünü, həmin vaxt yanında kim olduğunu soruşub.
Elçin isə ona “sənlik deyil, söhbəti çox uzatma, lazım olsa, sən də onun arxasınca gedərsən” deyərək kobud cavab verib. Bundan sonra Yasin qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.
Bu məqsədlə həmin gün axşam saat 9 radələrində idarə etdiyi maşınla Elçin Həsənovun Göygöl rayonunun “Stansiya Qızılca” qəsəbəsində yerləşən evinin qarşısına gəlib. Qabaqcadan da hazırlıq görərək avtomobilini evin darvazası qarşısında gedəcəyi istiqamətdə saxlayıb.
Cinayət...
Daha sonra özü ilə gətirdiyi “TOZ 8” markalı ov tüfənginə bir patron qoyub (Tüfəng atası Sabir Həsənova məxsus olub və o öləndən sonra Y.Həsənov silahı qanunsuz olaraq saxlayıb - müəll.), atəşə hazır vəziyyətə gətirərək Elçin Həsənovun həyətinə daxil olub. Və qapını döyərək E.Həsənovu söhbət etmək üçün yola çağırıb. E.Həsənov isə ona silahla ailəsinin içinə gəldiyini irad tutub.
Bundan sonra Yasin geri qayıdaraq silahı pəncərədən avtomobilin sağ qabaq oturacağına qoyub, yenidən həyətə girib Elçini çağırıb.
Elçin həyət darvazasından çıxanda, qardaşı Yadigar Həsənovu öldürməsinin səbəbini və kiminlə birlikdə öldürməsini bir daha soruşub. E.Həsənov da ona eyni sözlərlə cavab verib.
Bundan sonra Yasin maşınının sükanı arxasına oturub və sağ qabaq qapının şüşəsini endirərək yenə də qardaşını niyə və kiminlə öldürdüyünü söyləməsini, ona bu barədə düzgün məlumat verməsini tələb edib.
Elçin Həsənov isə yenə də “bu məsələ sənlik deyil, çox uzatma” deyib. Onun bu sözləri Yasinin səbr kasasını daşırıb. O, tüfəngi götürərək Elçin Həsənova tərəf atəş açıb. E.Həsənov ürək nahiyəsindən aldığı güllə yarasından ölüb.
Qeyd edək ki, Yasin Həsənovla Elçin Həsənov yaxın qohum olublar.
... Və cəza
Yasin Həsənov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəf narazı qalıb. Y.Həsənov Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı şikayət ərizəsində bildirib ki, birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza verilib. O, barəsində təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini istəyib.
Həmçinin, zərərçəkmiş tərəf də apellyasiya şikayəti verərək Yasin Həsənovun barəsində təyin edilmiş cəzanın ağırlaşdırılmasını istəyib.
Hər iki tərəfin şikayəti Gəncə Apellyasiya Məhkəməsində hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb və heç biri təmin edilməyib.
Bundan sonra zərərçəkmiş tərəf Ali Məhkəməyə müraciət edib. Şikayət Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Elçin Həsənovun məhkəmə iclasında çıxış edən həyat yoldaşı Ülviyyə Həsənova bildirib ki, Yasin Həsənova təyin olunmuş cəza ilə razılaşmır: “Hesab edirəm ki, Yasin Həsənova təyin edilmiş cəza yüngül olduğundan, hökm dəyişdirilərək ona verilən cəza ağırlaşdırılmalıdır. Yasin Həsənov Elçin Həsənovu xüsusi amansızlıqla qətlə yetirib və onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradıb. Yasin Həsənovun əməli qeyd etdiyim maddəyə tövsif edilməlidir. Çünki hadisə mənim və iki qızımın gözləri qarşısında baş verib”.
Zərərçəkmiş təqsirləndirilənin cəzasının 12 ilə qədər artırılmasını istəyib. Onun kassasiya şikayəti araşdırılıb, lakin təmin edilməyib.
Qeyd edək ki, Xoşbulaq kəndində mərhum Y. Həsənovun xatirəsinə ehsan bulağı qurulub.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI