Var “Oqtay Eloğlu”, var Oqtay Şahmurov - VİDEO+FOTOLAR
Görkəmli dramaturq Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsəri işıq üzü görəndən, səhnələşdiriləndən sonra çox azərbaycanlı ailəsi yeni doğulan oğlan uşağının adını “Oqtay” qoydular. Amma o övladlar böyüyüb boya-başa çatandan sonra sözün həqiqi mənasında El Oğlu olmaq heç də hamısına qisməıt olmadı. Ola da bilməzdi, çətin məsələdir. Amma heç olmasa, adlarında ehtiva olunan mənanı dərk edib el düşməni olmaqdan, vətənin, dövlət və xalqın əmlakının qəsb edilməsinə rəvac verməkdən barı çəkinəydilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 9 saylı Ağcabədi Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (RETSİ) Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Xocavənd, Xankəndi şəhəri, Füzuli, Şuşa şəhəri, Xocalıdan ibarət böyük bir əraziyə nəzarət etməklə vəzifələndirilib. İşğaldan yeni azad olunmuş şəhər və rayonlarımızı hələlik bir yana qoyaq, deyək ki onlara nəzarət mexanizmləri hələ yeni-yeni işə düşür. Amma gəlin görək, nəzarət mexanizmləri işlək vəziyyətdə olan rayonlarımızda vəziyyət qənaətbəxşdirmi? – Əsla yox!
Bu ərəfədə redaksiyamıza daxil olan və foto-video çəkiliş materialları ilə müşayiət olunan məlumatdan aşkar görünür ki, Bərdə dəmiryol vağzalına aid olan ərazidə bəlli hüdudlarda torpaq sahəsi hasarlanıb və içində hələlik təyinatı bilinməyən obyekt tikilməkdədir. Məsələ burasındadır ki, hasarların içərisində ağaclar da “əsir düşüb”. Aqibətləri də qabaqcadan bəllidir: Məhv ediləcəklər!
Heç cür inandırıcı deyil ki, 9 saylı RETSİ-nin rəisi Oqtay Şahmurovun bu boyda faktdan xəbəri olmasın. Xatırladaq ki, Oqtay Şahmurov ETSN-nin 3 saylı Şirvan RETSİ-nin rəis müavini işləyib və onun barəsində yayılan xoşagəlməz informasiyaların fonunda başqa regional idarəyə rəhbər vəzifəyə göndərilməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmamışdı. Tezlkiklə, bu tərəddüdlər, təəccüblər özünü doğrultdu və Oqtay Şahmurov yeni vəzifəsində qanunsuzluqlara rəvac verməklə nəzarət etməli olduğu ərazilərdə bir neçə süni göllərin yaradılmasına, o cümlədən Tərtərçay məcrasında qanunsuz, dövlətə vergi belə ödəmədən fəaliyyət göstərən karxanaların çınqıl hasil etməsinə, asfalt zavodunun, süd-pendir fabriklərinin atmosferə buraxdıqları tüstüyə, zərərli tullantllara göz yumdu. Redaksiya olaraq vaxtilə bütün bu və digər faktlara aydınlıq gətirilməsi barədəregional idarəyə yazdığımız məktublara cavab verilirdi ki, bəs karxanaların fəaliyyəti barədə şikayətlərə ETSN-nin digər qurumu - Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi baxmalıdır. Agentliyə vurduğumuz zənglərə isə cavab verən yox idi.
Yaxşı bəs, Bərdədə “əsir alınan” bu ağacların taleyinə necə, Oqtay Şahmurov biganə qalacaqmı? Nə etməlidirsə, tez etməlidir, ağaclar məhv edilməmiş. Əlbəttə, əgər obyekt sahibi ilə sövdələşib susmaq öhdəliyi götürməyibsə!
İbrahim Hümbətov







Dünən, 16:00
Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
Dünən, 15:30
Netanyahunun Azərbaycana səfəri gözlənilir
Dünən, 14:21
İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
Dünən, 13:40
Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır
Dünən, 13:28
Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
Dünən, 13:17
AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
Dünən, 13:13
Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Dünən, 13:08
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
Dünən, 10:55
Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
Dünən, 10:50
Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
Dünən, 10:45
Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
Dünən, 10:39
Kartof-soğan niyə ucuzlaşmır?
Dünən, 10:35
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Dünən, 10:31
Bank kartlarından daha 21 min pul oğurlandı
Dünən, 10:15
Beş cüdoçumuz AÇ-də mübarizəyə başlayır
Dünən, 10:11
Şəhid abidəsinin ətrafındakı səngər niyə şumlanıb? - Fotolar
Dünən, 10:00
Lerik dağlarında ƏMƏLİYYAT: iranlıya görə 3 nəfər saxlanıldı
Dünən, 09:42
Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
Dünən, 09:33
Prezident Çində belə qarşılandı - Video
Dünən, 09:28
Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
Dünən, 09:16
FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
Dünən, 09:12
Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
Dünən, 09:12
İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
Dünən, 09:00
Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22-04-2025, 19:45
Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22-04-2025, 17:55
İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22-04-2025, 16:00
Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI