Məleykə Abbaszadə: Necə olur ki, qiymətləri “üç” olan abituriyentlər 450 bal toplayıblar?
“66 nəfər imtahandan xaric edilib”
2015-ci ildə keçirilən qəbul imtahanında orta attestat balı yalnız “üç” olan 4 abituriyent qəbul imtahanlarında 350-450 bal arasında nəticə göstərib. Necə olur ki, bu abituriyentlərin attestatlarında bütün qiymətlər “üç” ola-ola, onlar 350-450 bal toplayıblar? Biz indi həmin abituriyentlərin bu nəticəni necə əldə etməsi ilə bağlı araşdırma aparırıq.
Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu, orta məktəbdə həmin şagirdə qarşı subyektiv münasibətin nəticəsi və ya imtahan vaxtı onun yanında oturan güclü abituriyentin yardımı nəticəsində ola bilər.
Həmin abituriyentlərin yüksək bal toplamasında köçürmə amilinin hansı dərəcədə rol oynaya bilməsinə gəldikdə, M.Abbaszadə bildirib ki, yanaşı və arxa-arxaya əyləşən abituriyentlərin bir-birindən köçürməsi qeyri-mümkündür. Çünki onların variantları müxtəlif olur:
“Hər imtahandan sonra - nəticələr elan edilməmişdən əvvəl xüsusi proqramlar vasitəsilə köçürmə halları aşkar edilir. Müəyyən araşdırmalardan sonra köçürmə faktları olan nəticələr ləğv edilir. Belə köçürmə halları ildən-ilə azalır. Bu il 3-4 belə hal olub.
Yuxarıda qeyd etdiyim hala gəldikdə isə, mümkündür ki, hansısa güclü abituriyent onun yanında əyləşən digər abituriyentə yardım etmək məqsədilə həm öz suallarına, həm də yanında əyləşənin suallarına cavab versin. Bunun üçün onlar sual kitabçalarını dəyişdirirlər, yəni abituriyent öz variantına uyğun olmayan variantı işləyir.
Bu isə 99,9% halda nəzarətçi və ya imtahan rəhbəri tərəfindən elə imtahan zamanı aşkar edilir və bu “yardım”ın nəticəsində hər iki abituriyent imtahan zalından xaric edilir, nəticələr ləğv olunur. 2015-ci ildə I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında belə hallara yol verdiklərinə görə 66 nəfər imtahandan xaric edilib”.
M.Abbaszadə onu da qeyd edib ki, 2015-ci ilin məzunları arasında orta attestat balı yalnız 3 olan 1544 nəfər ali məktəbə sənəd verib. Onların 86,92 faizi 0-100 bal arasında nəticə göstərib, 10 faiz (156 nəfər) 100-200, 2 faiz isə (40 nəfər) 200-300 bal yığıb. Bu məzunların yalnız 0,26 faizi (4 nəfər) 350-450 bal arasında nəticə göstərib.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI