Masallı Rayon Banbaşı kənd ərazisində metal qəbuletmə məntəqəsinin fəaliyyəti böyük şübhələrə yollar açır –VİDEO-FAKT
Məlumdur ki, SSRİ dövləti dağılan ərəfədə və həmin vaxtlardan daha bir neçə il sonra ən böyük biznes, məhz qara və əlvan metalların satışı biznesi oldu. Yəni, bir çox şəxslər zavod və fabriklərin avadanlıqlarını, troleyybus və dəmir yolu xətlərini, mis və alüminiumdan olan kabelləri, bir sözlə gözə görünən nə varsa onların hamısını “metallom” adı ilə ya xaricə, ya da ki, ölkə daxilində fəaliyyət göstərən bəzi metal qəbuletmə məntəqələrinə satmaqla milyonçuya çevrildilər. Hətta, elə vəzifə sahibləri də oldu ki, onlar yerin altından keçən mavi qaz və su turbalarını sökərək “metallom” adı ilə satışa çıxartdılar. Unutmaq olmaz ki, SSRİ dönəmində yerin altından keçən mavi qaz və su turbaları “iki” ədəd olurdu. Yəni, xətlərdən biri sıradan çıxırdısa, digər xətt işə düşürdü. Bütün bunlara baxmayaraq, illər keçdikcə bu gəlirli biznes sahəsi tədricən tənəzzülə uğradı və ölkə daxilində fəaliyyət göstərən və vətəndaşlardan təqribən bir neçə yüz, hətta 5-6 kq çəkidə olan metal tullantıları qəbul edən məntəqələrin fəaliyyətləri daha da genişləndi. Amma, onu unutmaq olmaz ki, bu cür metal tullantıları qəbul edən məntəqələrin fəaliyyətləri birbaşa qanunsuzluğa yollar açır. Məsələn, hansısa şəxs gedib hansısa həyətdən 10-15 kq metal oğurlayıb metal qəbulu məntəqəsinə satır və həmin vaxt məntəqəni işlədən şəxs araşdırmır ki, təhvil verilən metal hansə ünvandan və necə əldə olunub? Bu da müəyyən cinayət hadisələrinin baş verməsinə şərait yaradır. Faktdır ki, bu gün metal qəbuletmə məntəqələrində oğurluq yolu ilə əldə olunan metalları da qəbul edirlər. Digər tərəfdən, yeniyetmələr arasında elələri olur ki, onlar kabel xətlərini kəsirlər, bəzi ünvanlardan kondinsionerləri oğurlayırlar və oğurladıqlarını metal qəbuletmə məntəqələrinə təhvil verirlər. Bəli, bütün bunlar azyaşlıların daha çox oğurluq hadisələri törətmələrinə yollar açır.
Hal-hazırda Masallı rayon Banbaşı kənd ərazisində Nail adlı şəxsə məxsus olduğu bildirilən metal qəbuletmə məntəqəsi də fəaliyyət göstərir. Bu məntəqənin fəaliyyəti haqda "Azerinfo".az-ın redaksiyasına həm həyata keçirilmiş video-çəkiliş təqdim edilib, həm də xeyli məlumatlar daxil olub. Təqdim olunan çəkilişə diqqət yetirdikdə bəlli olur ki, bu metal qəbuletmə məntəqəsi böyük bir ərazini əhatə edir və məntəqəyə müxtəlif metallar, avadanlıqlar və s. təhvil verilir, ocümlədən məntəqənin həyətində yandırılan kabellərin qara tüstüsü ətrafı bürüməklə yanaşı ekologiyanıda ciddi şəkildə çirkləndiriri. O halda sual oluna bilər ki, görəsən həmin məntəqəyə metalllar, hansısa avadanlıqlar və s. təhvil verilən zaman, onların haradan, hansı şəraitdə və necə əldə olunmaları araşdırılırmı? Söz yox ki, bütün bunların hər biri ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Həssas məqamlardan biri də, Nail adlı şəxsə məxsus olduğu bildirilən metal qəbuletmə məntəqəsində çalışan şəxslərin əmək müqaviləsi olmadan fəaliyyət göstərmələri, texniki təhlükəsizlik qaydalarına riayət etməmələridir. Bu hal isə əmək intizamının kobud şəkildə pozulmasıdır.
Onu da unutmaq olmaz ki, son illər bir çox şəhər və rayonlarda metal qəbuletmə məntəqələrinin fəaliyyət göstərmələri qəti şəkildə qadağa olunub. Çünki, metal qəbuletmə məntəqələrinin fəaliyyət göstərmələri, istənilən halda şəhər və rayonlarda baş verən oğurluq hadisələrinin artmasına yollar açır. O halda sual oluna bilər ki, görəsən Masallı rayon Ban başı ərazisində Nail adlı şəxsə məxsus olduğu bildirilən metal qəbuletmə məntəqəsinin fəaliyyəti niyə qadağan olunmur? Ümid edirik ki, təqdim etdiyimiz bu faktlara 1 saylı Ekologiya və təbii sərvətlər idarəsinin rəisi Ceyhun Hüseynov və Masallı rayon polis şöbəsinin rəisi Cənab Ayaz müəllim biganə qalmayacaq və Nailin barəsində hüquqi tədbir görəcəklər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləməyi unutmayın.
Dünən, 16:00
Tramp istəsə belə, İranla müharibəni bitirə bilməyəcək
Dünən, 15:30
Sabah bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Dünən, 14:00
Trampdan Avropaya xəbərdarlıq: Dəstək verməsəniz çox pis olacaq
Dünən, 13:33
İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib
Dünən, 13:24
Bayram namazının vaxtı və fitrə zəkatının məbləği açıqlandı
Dünən, 13:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Dünən, 12:24
Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
Dünən, 12:19
İsrail 450.000 əsgər səfərbərliyə çağırır
Dünən, 12:11
“Şamaxinka”dakı yerüstü keçid sökülür? - RƏSMİ
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bütün sosial ödənişlər ödənildi
Dünən, 11:33
Tramp İranın neft anbarı olan Xarq adasını ələ keçirmək istəyir - “Axios”
Dünən, 11:22
Ağ Ev: İrana hücum ABŞ-a 12 milyard dollara başa gəlib
Dünən, 11:08
İlham Əliyev onları təltif etdi
Dünən, 11:03
Azərbaycanda tanınmış həkimin oğlu faciəli şəkildə öldü: Türkiyədən yenicə qayıdıbmış - FOTO
Dünən, 10:59
SEPAH: Müharibənin bitməsi Tehrandan asılıdır
Dünən, 10:54
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı
Dünən, 09:40
Kreml Makronun nümayəndlərinə rusca söyüşlə cavab verib
Dünən, 09:36
Bakıda moped divara çırpıldı, sürücü öldü
Dünən, 09:30
İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
Dünən, 09:27
Avtobusdakı görüntüləri gündəm oldu
Dünən, 09:23
Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?
Dünən, 09:00
Böyük enerji savaşı hələ indi başlayır: Ağ Evin planları alt-üst oldu, ABŞ-ın milyardları "əriyir"
14-03-2026, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
14-03-2026, 10:41
Azərbaycan nefti bahalaşdı
14-03-2026, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
14-03-2026, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
14-03-2026, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR