Prezident dedi - "bağışlanmayacaq, bağışlanmadı da..." - ATV-dən reportaj (VİDEO)
Gundem
Oxunub: 2 965
28 yan 2016 | 18:44
Prezident dedi - "bağışlanmayacaq, bağışlanmadı da..." - ATV-dən reportaj (VİDEO)










Məmurların özbaşınalığı prezidentin diqqət mərkəzindədir

Prezident dəfələrlə çıxış etdiyi toplantılarda “məmurlar xalqın xidmətçisidi” deyərək öz sərt mövqeyini bildirib. Bilən düz yola gəldisə, bilməyən də özünün layiqli ünvanına çatdı... Neftin qiymətinin yüksələn xətt üzrə inkişafı, böyük məbləğdə valyuta axını və bütün bunların fonunda bəzi məmurların xalqdan uzaqlaşması, ciddi şəkildə təbəqələşməni şərtləndirmişdi. Hətta o səviyyədə ki, bütün hallarda üstdən aşağı baxan məmur balalarının özbaşınalığı ölkənin birinci şəxsinin müzakirə predmeti olmuşdu. Prezident dəfələrlə kəskin şəkildə bəyan etmişdi ki, xalqın xidmətçisi olan məmurların, məhz xalqı xidmətçi gözündə görən ailə üzvlərinin hərəkətləri bağışlanmayacaq. Bağışlanmadı da… Öz postunu övladına görə itirən məmurların cəzalandırılması, uzaq keçmiş deyil, hətta keçməyib… Cənablar, indi “get kimə deyirsən, de” ifadəsi aktual deyil və ya birbaşa məmurun əleyhinə işləyən çılğınlıqdır. Avropa Oyunlarındakı prezident-xalq yaxınlaşması, hətta selfi çəkdirmək səviyyəsindəki bu yaxınlıq, sadə vətəndaşla birincinin arasındakı məsafənin nə qədər az olduğunu göstərdi. Vətəndaş bu yaxınlığın fonunda ən iri məmurlarla arasındakı böyük baryeri çılpaqlığı ilə gördü. Ən xırda işləri belə öz ətrafına həvalə edən böyük təsir rıçaqlarına malik məmurlar törəmə şirkətləri vasitəsi ilə büdcədən ayrılan pulları sağ əlindən sol əlinə ötürməklə, iş qabiliyyətinə malik orta təbəqəni tamami ilə neytrallaşdırdı. Nəticədə nə baş verdi? O baş verdi ki, savadı, iş qabiliyyəti bu prosesləri həyata keçirməyə imkan verməyən məmur qohumları indi onların potensial təhlükə mənbəyidir. Yəqin xəbəriniz var, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra hakimiyyətlərində korrupsiya halları aşkarlanıb. Məlum olub ki, dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmayıb, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, əməkhaqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib. Gözlənilir ki, prezident yaxın vaxtlarda əhalini daha çox narazı salan icra başçıları haqda ciddi cəza tədbirləri görəcək. Prezident çox ciddi şəkildə buna işarə etdi: Cənablar, itirilmiş ümid boşuna yaşanan ömür deməkdir. Sonda ölməli olan bu hissə heç kimin toxunmağa haqqı yoxdur. Əksinə, praqmatik baxış daha sağlam gələcək vəd edir. Qeyd edək ki, prezidentin çıxışında diqqəti cəlb edən məsələlərdən biri də onun ixtisarları dayandırmaq barədə çağrışı oldu. Bu da təbii ki, oliqarx məmurlara işarə idi. Məsələ ondadır ki, neftin düşməsindən və 2-ci devalvasiyadan sonra müəyyən dərəcədə maliyyə problemləri ilə üzləşən şirkətlər ixtisarlara başlayıb. Özü də ixtisarların ən cox oliqarx məmurların və ya onlara yaxın şəxslərin şirkətlərində aparıldığı deyilir. Görünən mənzərə bilirsiz nədir? Çox ciddi islahatlar gedir, sanki hər şey yenidən qurulur... Ötən gün ciddi bir addım atıldı. Prezidentin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq, Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixindən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul etdi. Atılan addımların nəticəsizliyinə köklənən şəxslər bunun təsirini mütləq, həm də həmən görəcəklər.

VİDEOYA BU LİNKDƏN BAXA BİLƏRSİNİZ
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI