“Quyruğu suda, burnu zibillikdə” olan idarə rəisi - VİDEOLAR
Gundem / Bolge / Maraqli / Video
Oxunub: 1 149
18 noy 2023 | 11:45
“Quyruğu suda, burnu zibillikdə” olan idarə rəisi - VİDEOLAR



Ceyhun Hüseynov bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunandan sonra İdarənin nəzarət etdiyi ərazidə - Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarında qanunsuzluq faktları intensiv şəkildə artması barədə çox deyilib, çox yazılıb. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub. Əvvəlki fəaliyyətində yetərincə qanunsuzluqlara yol verib.
Təzə rəisin son aylarda qol qoyduğu, göz yumduğu qanunsuzluqlar sırasından bir çoxunu (meşələrdə biletsiz ağac kəsintilərini, çay məcralarının istismarını, Qzılağac Milli Parkında baş verənlər və s.) biz qeydə almışıq. Bu mövzuda qələmə aldığımız axırıncı tənqidi məqalə belə adlanırdı: “Ceyhun Hüseynov 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini necə “gözüyumulu” idarə edir”.
Bu günlərdə Astara rayonundakı informatorlarımızdan biri dəniz kənarına maşınla gələrək sintetik tor qurub balıq tutmaqla məşğul olan brokanyerin video-görüntülərini redaksiyamıza göndərib.



Görüntülərdən məlum olur ki, brokanyer əsla ehtiyatlanmır, ətrafa göz gəzdirmir, bir sözlə, əməlinə görə təqib olunmayacağına, məsuliyyətə cəlb edilməyəcəyinə tam əmindir. Buradan o qənaətə gəlmək olar ki, o və onun kimi çox olduqları deyilən başqa brokanyerlər qanunçuluğun təmininə nəzarət etmək vəzifəsi daşıyan şəxslərlə, o cümlədən, “quyruğu suda olan” Ceyhun Hüseynovla iş birliyindədirlər, onların təmənnalarını qarşılayırlar.
Ceyhunh Hüseynovun təkcə dəniz və çay balığı biznesindən deyil, balıqqulağı biznesindən də faydalandığı məlumdur. Bunlar bir yana, məlum olub ki, adam zibildən də pul çıxarır. Lənkəran şəhərindəki pioliqona zibil daşıyan yerli icra nümayəndəliklərin, bələdiyyələrin sədrləri Ceyhun Hüseynov tərəfindən “tasa oturdulub”.



Həmin zibillər yandırılır ki, bunun da nəticəsində yayılan zəhərli tüstü ətraf mühitə, yaxınlıqda yaşayan sakinlərin səhhətinə ciddi ziyan vurur. Təəssüf ki, Ceyhun Hüseynov özünü həm də “iybilməzliyə” vurub.
Maraqlıdır, görəsən Ceyhun Hüseynova nəyə görə “dur” deyən yoxdur? Bəlkə daha yuxarıdakı havadarının “qələminin qrılmasını” gözləyirlər?

İbrahim Hümbətov


Dünən, 18:03
Prezident 2 sərəncam imzaladı
Dünən, 17:59
Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi
Dünən, 16:00
Gizli görüş: Vaşinqton şahın oğlunu “keçid lideri” kimi hazırlayır?
Dünən, 15:30
Vuçiçdən sensasion iddia: “Mossad və CIA İranda 1953-cü ilin ssenarisini təkrarlayır”
Dünən, 14:22
İsraildən ABŞ-a gözlənilməz İran təklifi: Məqsəd nədir?
Dünən, 14:21
Bakı-Sumqayıt yolunda beş avtomobil toqquşub, xəsarət alanlar var
Dünən, 14:04
İrəvan reallaşacaq Zəngəzur dəhlizinin detallarını açıqladı
Dünən, 14:01
İran ABŞ-la danışıqları təsdiqlədi
Dünən, 12:52
"Tractor"un keçmiş futbolçusu etirazlarda öldürüldü
Dünən, 12:48
Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Dünən, 12:44
Yaşa görə pensiya artırılır - Nazir məbləği AÇIQLADI
Dünən, 12:38
Bakıda binanın həyəti çökdü, maşın çuxura düşdü - Video
Dünən, 11:06
Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfində - DİN çağırış edir
Dünən, 10:37
Neftimiz bu gün neçəyə satılır?
Dünən, 10:07
SEPAH: İsraillə əlaqəli silahlı qruplar zərərsizləşdirilib
Dünən, 10:01
Kaja Kallas: Avropa ilə ABŞ arasındakı münasibətlər yaxşı deyil
Dünən, 09:49
Bakıda tibb bacısı iki min manat rüşvət vermədiyi üçün işdən çıxarılıb? - İDDİA
Dünən, 09:44
ABŞ-ın son 50 illik tarixində ilk - Tramp bunu da bacardı
Dünən, 09:40
İlham Əliyev Ağdərə sakinləri ilə görüşündən paylaşım edib
Dünən, 09:21
Açıq mesaj: Almaniya İran rejiminin sonunu elan etdi
Dünən, 09:16
Başladı: Trampın masasında İrana qarşı ən dağıdıcı ssenarilər
Dünən, 09:11
İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL - Prezidentə şikayəti kim EDİBMİŞ?
Dünən, 09:00
Cənubi Qafqaza ABŞ gəlir, Rusiya gedir: Kremlin təhdid etdiyi İrəvan Türkiyəyə üz tutur
13-01-2026, 21:11
İlham Əliyev Çapar kəndindəki ailənin qonağı olub - VİDEO
13-01-2026, 16:00
NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq”
13-01-2026, 15:30
“Növbəti illərdə suya tələbin ödənilməsi daha da çətinləşəcək”
13-01-2026, 14:58
Prezident “Qozlukörpü” SES-in açılışında - Fotolar