Naməlum qadın və kişi Rüfət Səfərovu ölümlə hədələyib: “Gör, səni...”
Gundem
Oxunub: 1 068
25 yan 2016 | 16:01
Sabiq müstəntiqə zəng edən şəxslər ona “gör, səni necə məhv edəcəyik” deyiblər


Zərdab rayonunun sabiq müstəntiqi, ötən həftə həbsdən azad edilən, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovu ölümlə təhdid edirlər.

Bu barədə musavat.com-a açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, təhdid zəngləri yanvarın 24-dən gəlməyə başlayıb.
Naməlum qadın və kişi Rüfət Səfərovu ölümlə hədələyib: “Gör, səni...”
Naməlum telefon nömrələrindən R.Səfərova zəng edən şəxslər onu biədəb söyüşlərlə təhqir edirlər, özünə və ailə üzvlərinə yönəlik ən təhqiramiz ifadələr işlədirlər: “Rüfət Səfərov dilə gəlməyəcək küçə söyüşləri ilə təhqir olunur. Ardınca isə onu ölümlə təhdid edirlər. Əvvəl zəng vuran şəxs kişi olub. Bu gün isə artıq naməlum bir qadın zəng edərək, eyni tonda danışıb. Müvəkkilimə “gör, səni necə məhv edəcəyik”, “Başın bədəninə ağırlıq edir” tipli hədələr edilib. Təbii ki, bu zənglər naməlum, gizli nömrələrdən edildiyi üçün onların kimliyini müəyyənləşdirmək bizim imkanlarımız xaricindədir”.

B.Bayramov dedi ki, bu təhdidlərlə bağlı bu gün polisə müraciət edəcək. Müsahibimiz zənglərin kim tərəfindən edilməsi ilə bağlı hər hansı təxmin yürütmədi: “Bu adamların kimliyi, məqsədləri mənimçün maraqldır. Çünki Rüfət Səfərov ev dustağıdır, çıxdığı gündən mətbuata hər hansı açıqlama verməyib. Danışmır, hər hansı söz demir. Heç bir fəaliyyəti də yoxdur. Sadəcə, təqsirləndirilən şəxs statusundadır. Onunla bağlı kimin nə problemi var, qaranlıq qalır”.

Hazırda isə R.Səfərova mediaya danışmamaqla bağlı sərt göstəriş verilib. Sabiq müstəntiq bu səbəbdən ona gələn telefon zənglərini cavablandırmır. İlk gün öz fikirlərini sosial şəbəkə vasitəsilə yayan R.Səfərov atasının onun hesabına daxil olub, statusunu silməsinə görə də qəzəblənib və bununla bağlı bir-birinin ardınca iki status paylaşıb.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq, həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

Məhkəmənin qərarına əsasən, R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Musavat.com
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI