Oğlu özünü asan vəzifəli şəxs: "O, evə gəldi və..."
Gundem / Kriminal
Oxunub: 1 925
23 yan 2016 | 18:12
Oğlu özünü asan vəzifəli şəxs: "O, evə gəldi və...""Oğlumun külli miqdarda borcu olması barədə məlumat yayanlar məhkəmədə cavab verəcəklər".

Ötən gün Ağdaş rayonunun Qolqəti kəndində özünü yaşadığı evin həyətindəki çardaqdan asan 1986-cı il təvəllüdlü Taleh Allahverdiyevin atası oğlunun intihar etməsinin səbəbindən danışıb.

ANS PRESS-ə açıqlama verən Nizami Allahverdiyev bildirib ki, oğlunun borca görə özünü öldürməsi barədə yayılan məlumatlar doğru deyil:

"Belə məlumatlar bilmirəm kimlər tərəfindən, nə üçün yayılır. Ancaq onu deyə bilərəm ki, oğlumun heç kimə bir manat da olsa borcu yox idi. Bəzi kütləvi informasiya vasitələri yalandan Talehin külli miqdarda borc üzündən özünü asdığı barədə məlumatlar dərc ediblər. Həmin məlumatları yayanların hər biri məhkəmə qarşısında cavab verəcəklər".
Nizami Allahverdiyev oğlunun ölümünün dəqiq səbəblərini bilmədiyini dedi: "Bütün ailə hazırda onun nə üçün intihar etdiyini düşünür. Oğlum istixanada işləyirdi. İşdən evə gəlib yuyundu və daha sonra küçəyə çıxdı. Küçədən saat 22 radələrində qayıtdı, evə girdi və evdən yenidən çıxıb həyətə düşdü. O, həyətə düşdükdən bir neçə dəqiqə sonra anası da həyətə düşdü və Talehin özünü asdığını gördü. Hələlik onun kimlə görüşdüyünü, nə səbəbdən belə bir addım atdığını araşdırırıq. Ancaq son dəfə evə girəndə onun kefi yerində idi, bizimlə danışıb-güldü".

Oğlu intihar edən ata oğlunun işsizlikdən intihar etməsinə də aydınlıq gətirdi:

"Düzdür, Taleh uzun müddətdir işsiz idi. Hazırda Ağdaşda biyan zavodu tikilir. Oğlum oranın mühafizə xidmətinə rəhbər kimi işə başlayacaqdı. Ötən gün onun işə təyinatı baş tutacaqdı. Ancaq təyinatdan bir gün əvvəl Taleh belə bir addım atdı", - deyə ata əlavə etdi.
N. Allahverdiyev Talehin onun tək oğlu olduğunu da əlavə etdi: "Ondan mənə iki övlad miras qaldı. Biri 6 yaşlı Mahnur, digəri 4 yaşlı Aliyə. Bütün ömrümü bu körpələrə baxmağa həsr edəcəm".
İntihar hadisəsi ötən gün Ağdaşın Qolqəti kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev yaşadığı evin həyətindəki çardaqda özünü kəndirlə asıb.

Prokurorluqdan bildirmişdilər ki, ilkin ehtimala əsasən, 30 yaşlı kişinin intihar etməsinə səbəb onun uzun müddət işsiz qalması ilə bağlıdır.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dünyasını dəyişən Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar rayon şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI