Hafiz Hacıyev gecələr Tərtəri tərk edən icra başçısını topa tutdu ? O, "mamauşağıdır", qorxağın biridir!
Gundem
Oxunub: 1 200
20 yan 2016 | 00:57
Hafiz Hacıyev gecələr Tərtəri tərk edən icra başçısını topa tutdu ? O, "mamauşağıdır", qorxağın biridir!











"O, yaxşı qumarbaz olub, görünür axşam olanda köhnə xasiyyətləri yadına düşür"

Bu sözləri Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun iş saatı bitdikdən sonra rayonu tərk edərək anadan olduğu Yevlax şəhərinə, ya da Gəncəyə üz tutması xəbəri ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ölkə.Az-a açıqlamasında deyib:

"Bu çox ciddi məsələdir. İcra başçısı xalq üçün təyin edilir, o xalqın yanında olmalıdır. Tərtər strateji əhəmiyyətli bir rayondur. Tərtər ermənilərin hücumuna məruz qalan bir rayondur. Görünür Tərtər rayonun icra başçısı "mamauşağıdır", qorxağın biridir. Əgər o qorxub qaçıb Yevlaxda, Mingəçevirdə qalırsa demək ki, o, yerində olmayan bir kadrdır. Bu gün Azərbaycanda rayon icra başçılarının əksəriyyəti elədir. Hərəsinin bir yerdə malikanəsi var. Eyş-işrətlə məşğul olmaq üçün başqa yerləri var. Onlar hər axşam saunada, barlarda dincəlirlər. Ona görə də, o, Mingəçevirə qaçır.

O adamın o rayona rəhbərlik etməyin heç bir mənası yoxdur. Bu məmurlar hər şeyin həddini keçiblər. Onlar dövlətçilik üçün yox, cibləri üçün işləyirlər. Bu fakta prezident administrasiyasından ciddi münasibət bildirilməlidir. Onun o rayona icra başçısı təyin olunmasında kimin rolu olub yaxşı bilirəm. O, Yevlax rayonunun keçmiş icra başçısının dostlarından biridir. O, yaxşı qumarbaz olub, görünür axşam olanda köhnə xasiyyətləri yadına düşür. Ona görə də, Yevlaxa, Mingəçevirə gedir".

Qeyd edək ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.Səxavət Məmməd
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI