Ağdamda icra başçısının müavini, hansı vəzifə sahibinin erməni olduğunu bildirir
Gundem / Bolge
Oxunub: 1 592
19 yan 2016 | 16:09
Ağdamda icra başçısının müavini, hansı vəzifə sahibinin erməni olduğunu bildirir










Yaşanan problem haqda məlumatı verənlər onu da iddia edirlər ki, Malik Məmmədovgilin ailəsinin bu gün belə bir olayla üz-üzə qalmalarına səbəb, 964 saylı mənzili zəbt edən kəlbəcərlilərin Arzu Rəhimovaya 5 min manat rüşvət vermələri olur

Son aylar məcburi köçkün rayonlarından biri olan Ağdam rayonu haqda dövrü mətbuatda silsilə tənqidi məqalələr işıq üzü gördükcə, o halda hər kəs bilib başa düşür ki, hələ də bu rayonun dərdi uzun, yaraları isə sağalmazdır. Düzdür, digər rayonlar kimi Ağdamın da erməni daşnakları tərəfindən ələ keçirilməsi, təkcə ağdamlılar üçün deyil, bütövlükdə Azərbaycanımız üçün ən böyük itkilərdən biri hesab olunur. Amma, bu gün toxunacağımız problemlərin varlığı isə, ərazilərimizi işğal edən erməni daşnakları tərəfindən deyil, yerli vəzifə sahiblərinin günahı ucbatından əmələ gələn problemlərdir ki, bunların da zülmünü, əmələ gətirdiyi iztirabını daha çox sadə vətəndaşlarımız çəkməkdədirlər.

Hələ bir müddət bundan əvvəl informasiya mərkəzimizə, əslən Kəlbəcər rayonundan məcburi köçkün düşən, minbir zülmün hər cür əzab-əziyyətini çəkən Məmmədov Malik Ziyəddin oğlugilin ailəsinin üz-üzə qaldıqları problemlər haqda məlumatlar çatdırılmışdı. Verilən məlumatlarda bildirilirdi ki, Ağdam rayonu ?Dördyol-1? qəsəbəsində Məmmədovlar ailəsinə, 05 fevral 2015-ci il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən 964 saylı mənzil verilsə də, həmin mənzil başqa bir kəlbəcərli məcburi köçkün ailəsi tərəfindən qeyri-qanuni yolla zəbt olunur. Qeyd olunan mənzilin zəbt olunmasında o da iddia olunur ki, Ağdam rayon İcra Hakimiyyətində müavin vəzifəsini daşıyan Arzu Rəhimova xüsusi rol oynayır. Çünki, yaşanan problem haqda məlumatı verənlər onu da iddia edirlər ki, Malik Məmmədovgilin ailəsinin bu gün belə bir problemlə üz-üzə qalmalarına səbəb, 964 saylı mənzili zəbt edən kəlbəcərlilərin Arzu Rəhimovaya 5 min manat rüşvət vermələri olur.

Təəssüf və təəccüb doğuran hal o olur ki, hər iki ailə arasında davam edən çəkişmə son anda pik nöqtəyə qədər çatır. Hətta, ümumi vəziyyətin dramatikləşməsi Malik Məmmədovgili vadar edir ki, problemin ədalətli həlli naminə Ağdam rayon İcra Hakimiyyəti Aparatına da müraciət etsinlər. Düzdür müraciət olunur, amma heç bir nəticə əldə olunmur. Çünki, icra hakimiyyəti aparatında Arzu Rəhimova faktorunun varlığı, problemin həllinə imkan belə vermir. Daşıdığı vəzifəsində ikiəlli yapışan xanım müavin, problemin həllinə köməklik etmək əvəzinə, ?Dördyol-1? qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Valeh müəllimi ?topa tutmaq?dan da çəkinmir. Hələ bunlar azmış kimi, onun ?o Valeh müəllim erməni əsillidir, özü də ermənidir, caamatı tovlayıb mənim üstümə qaldıran odur. Kəlbəcərlidirlər, kimlərdirlər bilmirəm, getsin Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etsinlər? deməsi də, nə yerə, nə göyə sığası məsələdir. Çünki, belə bir ifadənin sadə bir sakin, adi bir şəxs tərəfindən deyil, məhz Ağdam rayon İcra Hakimiyyəti Aparatında müavin vəzifəsini daşıyan Arzu Rəhimovanın dilindən səslənməsi, hələ ki, bizi çaşbaş qoymaqdadır.

Diqqəti o hal da cəlb edir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən lazımi sənəd-sübutla 964 saylı mənzil Malik Məmmədovgilin ailəsinə verilsə də, Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov da, yaşanan

problemin varlığına lazımınca yanaşmır. Onun belə bir yanaşması, yeni-yeni problemlərin əmələ gəlməsinə də səbəb olur. Çıxılmaz duruma düşən Məmmədovlar ailəsi, son anda Ermənistana keçmək qərarına gəlirlər. Yəni, onlar əllərinə müxtəlif plakatlar, ölkə rəhbərinin şəkillərini götürüb sərhəddi keçmək istəsələr də, polis əməkdaşlarımızın ayıq-sayıqlığı nəticəsində 2-ci post adlanan ərazidən geri qaytarlırlar. Baş verən olaydan sonra, Malik Məmmədovgilin ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə təkrar müraciət etsələr də, onlara problemin həlli ilə bağlı verilmiş ongünlük möhlət vaxtı başa çatır, amma problem həllini tapmır ki, tapmır.

Samir adlı başqa bir Ağdam rayon sakini isə bildirir ki, ?mən də Raqub Məmmədova mənzil problemi ilə bağlı dəfələrlə müraciətlər etsəm də, o, mənim də müraciətlərimi hər dəfə qulaqardına vurub. Belə olan halda məcbur olmuşam ki, onun əməllərindən PA-na, mərhum prezidentimiz Heydər Əliyevin soyuq məzarına yazılı şikayətlərimi ünvanlayım. Çünki, mən də DQ müharibəsinin odu-alovu içərisindən keçmişəm, müxtəlif döyüşlərdə olmuşam, sağlamlığımı bu torpaq, bu Vətən yolunda itirmişəm. Rayonumuzun rəhbəri olaraq o, sakinlərin problemlərinin həlli ilə deyil, bu gün qaraşıqızına ev tikməklə, lazımi şərait yaratmaqla məşğul olmaqdadır? deyir.

Bəli, bütün bunlar torpaqları işğal altında olan, əhalisi isə məcburi köçkün həyatı yaşayan Ağdam rayon rəhbərliyi və onun müavini haqda səslənən iradlardır. Çünki, iradı səsləndirənlər iddia edirlər ki, bu gün Raqub Məmmədov daşıdığı vəzifəsindən yalnız yaxınlarına, qardaşı uşaqlarına, digər əzizlərinə və.s şərait yaratmaqla məşğul olur, əhalinin isə problemləri aşıb-daşır. ?Axı, ölkə rəhbəri onu əhalinin problemlərini həll etmək məqsədilə bu vəzifəyə təyin edib? deyən əksər ağdamlılar, bu gün də bu yöndə iradlarını bildirməkdən çəkinmirlər. Adicə, onu vurğulamaq kifayət edər ki, Malik Məmmədovgilin ailəsini minbir iztiraba, hətta düşmən ölkəyə keçməyə vadar edən də, məhz Raqub Məmmədovun şəxsi maraqlarının həlli naminə həyata keçirdiyi idarəçiliyin varlığıdır.

Hörmətli oxucular! Yaxın günlərdə Sizləri Ağdam rayon rəhbərliyinin çoxsaylı maxinasiyaları, həddi-hüdüdü bilinməyən qanunsuzluq əməlləri ilə də məlumatlandıracağıq. Odur ki, bizi izləməyi unutmayın.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI