Kütləvi etirazlar: Həbslər, intihar cəhdləri... - İcra başçısına qarşı sərt tələb - VİDEOLAR
Bu gün Lənkəranda keçirilən aksiyaya görə AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənli və Müsavat partiyası Lənkəran rayon təşkilatının sədri İman Əliyev saxlanılıblar. Hazırda hər iki şəxs Lənkəran şəhər polis şöbəsindədir
***
Füzuli rayonu, Böyük Bəhmənli kənd sakinləri bu gün axşam saatlarında yenidən aksiyaya başlayıb. Bahalaşma əleyhinə təşkil olunan aksiyanın hazırda da davam etdiyi bildirilir.
Qeyd edək ki, rayonda bahalaşmaya etiraz zamanı 2 gənc saxlanılmışdı. Camaat gənclərin buraxılması tələbiylə polis idarəsinin qabağına toplaşıb. Etirazların ciddi xarakter aldığını görən polis, saxlanılan gənclərdən birini sərbəst buraxıb. Buraxılan gəncin polis rəisinin onu narkotiklə hədələməsini deməsi isə, kütləni bir qədər də qəzəbləndirib.
Füzuli sakinləri isə bugünkü aksiyada icra başçısı və polis rəisinin rayondan çıxmasını tələb ediblər.
Bu barədə "Azadlıqa məlumat verən mənbənin sözlərinə görə, Füzulinin Böyük Bəhmənli kəndinin iki sakini, dünən və bu gün keçirilən aksiyalarda fəal olan Nəbi və Hikmət adlı şəxslər saxlanılıb.
"Füzulinin icra başçısı Alı Alıyev aksiya zamanı kəndə gəlib, sakinlərə problemlərin həll ediləcəyinə dair söz verib. Amma icra başçısı kənddən çıxandan sonra ora polis göndərilib və adları çəkilən iki sakin saxlanılıb. Bundan qəzəblənən kənd camaatı bu gün saat 19 radələrində Bakı-Horadiz yolunu kəsib. Tələbləri isə odur ki, tutulan iki nəfər buraxılsın, deyə məlumatda bildirilir.
Mənbə qeyd edir ki, hazırda da rayonda gərginlik davam edir. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri kəndə gəlsələr də, insanlar dagılışmır, tutulanların buraxılmasını tələb edirlər. Hadisə yerinə Füzuli ilə yanaşı, Beyləqan rayonundan da polislərin cəlb olunduğu bildirilir.
***
Daha bir etiraz aksiyası da Ağcabədidə keçirilib. Sakinlər bahalaşmaya eturaz ediblər. Bundan başqa, məlumatlara görə, 3 Ağcabədi sakini binanın başına çıxaraq intihar etməyə cəhd göstərib.
Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli isə Azadlıq Radiosuna deyib ki, intihar etmək istəyən bir nəfər Ramil adında məcburi köçkün olub. O biriləri dama onu intihar fikrindən daşındırmaq üçün çıxıblarmış: Həmin gənc deyir ki, qaçqındır, ailə başçısıdır, bu gün 30 qəpik tapmayıb ki, evinə çörək alsın. Mən özüm orda olduğum müddətdə neçə adamdan eşitdim ki, dolanışıq baxımdan əziyyət çəkirlər. Səfalət içində yaşayırıq, biz özümüz də intihar həddinə çatmışıq deyirdilər.
Rayon sakini Cahid Hacıbəyli Azadlıq Radiosuna bildirir ki, aksiyanı keçirən ağcabədililər yox, burda məskunlaşan məcburi köçkünlər olub.
Rəşid Nəcəflinin sözlərinə görə, aksiya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.
Hadisə yerinə icra başçısı, polis rəisi, prokuror və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Aksiyaçılar iş və çörək tələb ediblər.
Dedilər ki, nə probleminiz var, həll edəcəyik. O gənc də dedi ki, həmişə söz verirsiniz, amma sonra da aldadırsınız. Bəziləri danışır ki, hökumətin onlara verdiyi evləri kirayə verib gedib ata-ana, qardaş-bacı yanında yaşayırlar ki, birtəhər aldıqları pulla dolansınlar. Bir müəllimə cibindən resepti çıxardı, dedi ki, bir aydır gəzdirir, ancaq dərman ala bilmir. İcra başçısı da onları dinləyəndən sonra cavab verdi ki, ölkənin 20 faizi işğal altındadır, müharibə bitməyib, bu cür etirazlara ehtiyac yoxdur və s Rəşid Nəcəfli deyib.
Rəsmilər və sakinlər gənci intihar fikrindən daşındırıblar. İcra başçısı problemlərin həllini vəd edib.
VİDEOYA BU LİNKDƏN BAXA BİLƏRSİNİZ
VİDEOYA BU LİNKDƏN BAXA BİLƏRSİNİZ
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı