Nardaranda növbəti üsyan yetişir – Ekoloji terror nələrə gətirib çıxara bilər
Gundem / Bolge / Maraqli
Oxunub: 1 454
9 in 2023 | 12:02
Nardaranda növbəti üsyan yetişir – Ekoloji terror nələrə gətirib çıxara bilər


Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində illərdir fəaliyyət göstərən daş karxanası istismar etdiyi ərazini daha da genişləndirərək artıq yaşayış evlərinə yaxınlaşdırıb. Karxanada gecə-gündüz dayanmadan iş gedir. Səhərdən axşama, axşamdan səhərədək “Kamaz” yük maşınları daş daşıyırlar.
Küləkli günlərdə karxanadan qalxan toz dumanı 5-6 kilometr məsafədə ətrafa yayılır və yaxınlıqdakı evlərə, ağaclara hopur. Sakinlər dəfələrlə şikayət etsələr də, aidiyyəti qurumlar yalnız sahibkarı cərimələməklə kifayətləniblər. Polis sahə müvəkkili, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon üzrə nümayəndəsi və digər vəzifəli şəxslər davam edən ekoloji terrora göz yumurlar. Karxana sahibi sakinlərə yalan vədlər verərək aldadır, çoxsaylı şikayətlərdən sonra yalnız bazar günü fəhlə işi bir neçə saatlıq dayanır. Ağır texnikanıln işi isə heç ara vermir.
Karxana sulanmır. Sakinlər tələb edirlər ki, tozun daha çox yayıldığı yay mövsümündə karxananın işi yalnız gündüz saat 11:00-dan axşam 17:00-dək davam etsin. Çünki insanlar yayda bağ evlərinə dincəlməyə gedirlər.
Bildirilir ki, karxanada əməyin etibarlı təhlükəsizliyi təmin olunmayıb. O üzdən bu yaxınlarda bədbəxt hadisə baş verib; işçi yığılaraq xəsarət alıb. Lakin hadisə ictimaiyyətdən gizlədilib. Zavallı fəhlənin sonrakı aqibəti də bəlli olmadı.
Görünür, karxananın işəgötürəninə əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılması, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, işçilərin pulsuz olaraq fərdi mühafizə vasitələri ilə təmin olunması barədə icrası məcburi olan göstərişlər ya verilmir, ya da verilibsə də, vecinə almır.
İşçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, onların əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmadığı müəssisədə avadanlıq və qurğuların istismarı burda çalışanların həyatı üçün təhlükəli şəraitdə həyata keçirilir. İstehsalat qəzalarının qarşısının alınması üçün heç bir profilaktiki tədbirlər də görülmür.
Eyni zamanda, müəssisədə çalışanların böyük əksəriyyəti ilə əmək münasibətlərinin rəsmiləşdirilmir, onlar qeyri-leqal əmək fəaliyyətinə cəlb edilir, normal əmək və istirahət rejiminə, əməyin ödənilməsi normalarına riayət edilmir. Qanunvericiliyə əsasən, əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək dayandırılmalıdır.
ETSN-nin tabeli qurumu olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov ara-sıra mediaya verdiyi müsahibələrində guya bu sahədə qanunsuzluqların qarşısının alınması üçün hansısa işlərin görüldüyünü desə də, nəticə yoxdur. Yagentlik faktiki olaraq yerin təkindən istifadə sahəsində tənzimləməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmir.
Görünən odur ki, Nardaranda növbəti üsyanı eko-terroristlər tətikləyəcəklər. Mövzuya qayıdacağıq.

İbrahim Hümbətov


Nardaranda növbəti üsyan yetişir – Ekoloji terror nələrə gətirib çıxara bilər
Nardaranda növbəti üsyan yetişir – Ekoloji terror nələrə gətirib çıxara bilər
Nardaranda növbəti üsyan yetişir – Ekoloji terror nələrə gətirib çıxara bilər
Nardaranda növbəti üsyan yetişir – Ekoloji terror nələrə gətirib çıxara bilər
Nardaranda növbəti üsyan yetişir – Ekoloji terror nələrə gətirib çıxara bilər
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?