Ayaq üstdə dura bilmirəm, dübl piyanam, gecə ilə gündüzü səhv salmışam - Ağstafa xəstəxanasının baş həkimin səs yazısı
Hörmətli oxucular! Bəlkə də bir kimsə bu məqalənin başlanğıcını oxuyub öz-özünə sual verəcək ki, bir qədər gözdən uzaq, könüldən qıraq ərazidə fəaliyyət göstərən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına 2020-ci ildən rəhbərlik edən İlham Sofiyev, həqiqətənmi andi içdiyi “Hippokrat andı”na xəyanət edir?
Yaxud da, bu şəxs hələ də daşıdığı vəzifəsinin mahiyyətini və əhəmiyyətini lazımınca qiymətləndirməyi bacarmır? Əslində Ağstafa MRX-na rəhbərlik edən İlham Sofiyev and içdiyi “Hippokrat andı”nın mahiyyətini də, əhəmiyyətini də gözəl başa düşür. Amma, ortada bir nüans var, o da bu şəxsin spirtli içkilərə hədsiz sevdasının olmasıdır.
Məhz, belə bir səbəbdəndir ki, bu gün İlham Sofiyevin adı ətrafında belə bir fikrin formalaşıb və bu şəxsin içki düşkünü olması ictimai müzakirələrə səbəb olur. Bir anlığa diqqət yetirək ki, Ağstafa MRX-sı Publik Hüquqi Şəxsin baş həkimi İlham Sofiyevə, adı çəkilən bu səhiyyə müəssisəsində xəstələrə göstərilən xidmətin göstəricisi və yaxud da bu və digər məsələlərlə bağlı iş saatları zamanı sual verdikdə o, “Bilirsən nə var, bir də mənə səs göndərməyin, ling göndərməyin, şantaj eləmək istəyirsinizsə işinizdə olun. Oldumu!
Mənim Allahım var, hökmətim var, dövlətim var, gözü görür. Siz işinizdə olun. Bir də mənə səs göndərməyin. Əəəgüstə dura bilmirəm, “dubl” piyanam. Danışığına da sən fikir ver. Mən həyatımda Allah adamıyam, içki deylən o, o….. Alikdə sənin kimi deyirdi, “gedirəm otağında ayıq tapmıram”. Mən içki içirəm, bir az ağıllı olun, ağıllı olun və işinizdə, işinizə...
Mən səhər tezdən başdayıram, hardasa “zavtrak”dan. Axşama zornan yekunlaşdırıram. Vallah, deyirsən, mən başdyanan savaxnan günortanı itirerəm. Tezdən başdıyaram gözümə görünməsin ki, savax nə vaxt olur, günorta nə vaxt olur. Nə bilim, ayılanda savax saat 7-yə, 8-ə işləmiş, onnan başdıyıram, gecə saat 10-a kimi, onnan sonra gözümə yuxu gedir, savax bir də başdayıram. Mən gejiynən gündüzü itirmişəm, mən həddinən çox içirəm”.
Bəli, bütün bunlar Ağstafa MRX-na rəhbərlik edən İlham Sofiyevə, iş saatları zamanı əməkdaşımızın bu və digər məsələlərlə bağlı ünvanladığı suallara verilən cavablardır. O halda ortaya belə bir sual çıxır ki, görəsən bu kimi göstəriciləri özündə cəmləşdirən və hal-hazırda Ağstafa MRX-na rəhbərlik edən bu şəxsin atdığı addımlarla bağlı səhiyyə naziri cənab Teymur Musayev xəbərdardırmı?
Əgər xəbərdar deyilsə, o halda cənab Nazirdən onu xahiş edərik ki, həm Ağstafa səhiyyəsində lazımi yoxlamaların həyata keçirilməsinə göstəriş versin, həm də baş həkim vəzifəsini daşıyan İlham Sofiyevin “dubl” vəziyyətdə etdiyi çıxışa diqqət yetirsin. Yəqin ki, o halda Ağstafa səhiyyəsinin “etibarlı əl”də olduğu bəlli olacaq.
"Azərbaycan Reallığı" sözü gedən səs yazısın təqdim edir
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?