Masallıda meşə qalmayıb: Hərə əlinə bir balta götürüb... - NAZİRLİK İSƏ...
Gundem / Bolge / Maraqli
Oxunub: 553
23 may 2023 | 19:19
Masallıda meşə qalmayıb: Hərə əlinə bir balta götürüb... - NAZİRLİK İSƏ...


Azərbaycan polisi şərəfli xidməti ilə daima xalqın və dövlətəin keşiyində dayanır. Polisimizin yorulmadan verdiyi xidmətləri zaman-zaman mətbuatdan izləyir və şahidi oluruq. Təəssüflə qeyd etmək istərdim ki, bəzən polis adına layiq olmayanların hansısa şəxsi maraqları səbəbilə möhtəbər polis adına ləkə salanlara da təsadüf edirik.

Bu yazımda belə birisindən, Masallı rayon Polis Şöbəsinin müstəntiqi Davud Novruzovdan bəhs etmək istəyirəm.

Masallı rayon Bədəlan kəndində yaşayıram sıravi vətəndaş Cəfərov Mıkayıl evinin qarşısında olan və hər an ciddi faciələrə yol aça biləcək qurumuş palıd ağacını kəsir. Vətəndaş ağacı kəsmədən öncə 1sayli Ekologiya və Təbii Sərvətlər İdarənin rəis əvəzi Şakir Quliyevin qəbulunda olur və gözlənilən təhlükə barədə məlumat verir. Eyni zamanda adı gedən quru ağac yalnız Mikayılın evinə deyil, orada olan orta məktəb, pesə-texniki məktəb, ictimaii iaşə obyekti üçün də ciddi təhlükə yaradıb. Mikayıl Cəfərovun müraciətinə əhəmiyyət verməyən Şakir Quliyevlə Bədəlan kənd İcra Nümayəndəsi telefon əlaqəsi saxlayıb və təhlükənin aradan qaldırılmasını xahiş edib. Ağacın nəhəng bir hissəsi qoparaq qonşu binanın dam örtüyünü tən yarıya bölməklə "ciddi xəbərdarlıq etmişdi"
Şakir Quliyevin biganəliyini görən Mikayıl Cəfərov öz imkanları daxilində təhlükəni aradan qaldırır. Amma, bilmir ki, Şakir Quliyevlə, Davud Novruzovla "qardaşlıq münasibətləri" olan Mehdi İsrafilovun təhlükəsinə tuş gəldi. 12 fevral 2022-ci il tarixində (tarixlərə xüsusi diqqət yetirin) ağacın kəsilməsi ilə bağlı da Mehdi İsrafilov DİN-nin 102 qaynar xəttinə zəng edir. Sanki, böyük bir cinayət baş vermis kimi, Masallı rayon Polis Şöbəsinin müstəntiqi Davud Novruzov başıalovlu Bədəlan kəndinə gəlir. "Qatı cinayətkar"Mikayıl Cəfərov barəsində inzibati Protokol tərtib edir. Bununla da yetinməyən Davud Novruzov vəzifə səlahiyyətlərindən suistifadə etməklə və "qardaşı" Mehdiyə xoş gəlsin deyə Mikayila hədə-qorxu gəlməkdən belə cəkinmir.

Nəhayət hadisədən 10 ay ötdükdən sonra, yeni 11 noyabr tarixli Şakir Quliyevə ünvanladığı məktubla Mikayıl Cəfərovun İXM-si ilə 2000(iki min) manat cərimə olunması barədə Qərar çıxarmasını tələb edir. Şakir Quliyev də Qanunlar çərçivəsində deyil, şəxsi maraqlar xatirinə Davudla, Mehdini razı salır. Bu minvalla Mikayılov qarşı Azərbaycan Respublikası İXM-nin 19-cu və 38-ci maddələri kobud şəkildə pozulur. Bu da yetməzmis kimi, M.Cəfərova 671, 044 manat ziyan vurması barədə Şakir Quliyevin imzası ilə təsdiq olunmuş məktub ünvanlanır. Heyrət doğuran hal bu ki, Şakir Quliyev sözügedən ağac kəsildikdən sonra, baxış üçün heç bir ekpert komissiyası yaratmadan, vurulan ziyan Aktlasdıılmadan ağlına gələn rəqəmi tətbiq etmişdir.

Belə bir vəziyyətdə ortaya çıxan sual budur ki, Çay fabriki adlanan ərazidə Mehdi İsrafilov nadir və qorunan ağaclar siyahısında olan onlarca yaşıl ağacı doğrayır, gözün üstə qaşın var deyən yox. Və ya mətbuatdan da məlumunuz var ki, Masallıda Hacı Mazan adlı şəxs yaşıl soyqırım edir, heç bir səlahiyyətli şəxs cürət edib "niyə kəsirsən" demir. Görünən o ki, "çanaq yenə də kasıbın, Mikayılın başında çatlayır".Qanunu ayaq altı edən Davud Novruzov, Şakir Quliyev kimilər, Qanun adı altında Mehdini "yağlayıb", Mikayili "dağlayırlar".

Nəticədə Ali Qanunlarımız, məmur qanunsuzluqları ilə "karroziyaya uğrayır".

Müəllif: Tərifə Maqsudova

Redaksiyadan: Yazıda adı gedən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Dogruxeber.az
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?