Gənc icra başçısı yolu bağlayıb, ticarət mərkəzi tikdirir - Foto
Ağstafa sakini icra başçısından Prezidentə şikayət etdi – Şəhərin mərkəzi bazarında yolu bağlayıb obyekt tikdirir.
Ağstafa şəhər sakini Elçin Əlisgəndərov Rayon İcra Hakimiyyətinin başçısının rayonda abadlıq-quruculuq işləri adı altında yerli infrastruktura xələl gətirən yeni ticarət obyektlərinin tikintisinə rəvac verməsindən şikayətlidir. Dəryaz qəzetinin redaksiyasına müraciət edən Elçin Əlisgəndərov Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunu acıq dərc edilərək ictimailəşdirilməsini xahiş etmişdir:
“Cənab Prezident, Sizə məktubu təkcə öz adımdan deyil, bir kücənin sakinləri adından yazıram və bu məktub vasitəsilə bir sıra iaşə obyektləri və dövlət müəssisələrinin harayını çatdırıram.
Yazıb bildirmək istəyirəm ki, Sizin Ali Baş Komandan olaraq fədakarcasına yuxusuz gecələriniz və siyasətiniz nəticəsində 44 gündə sarsılmaz ordumuza rəhbərliyinizlə işğal altındakı inləyən torpaqlarımız düşmən tapdağından azad edildi. Bu, Sizin necə əzmkar siyasətci olduğunuzun, güclü ordu qurmağınızın bariz nümunəsidir.
Bəllidir, torpaq azad ediriksə, torpağı öz qanı bilib azadlığımız ücün canından kecən şəhidlərimiz də olacaqdı. Oldu da. Onlar da torpağın bir parcasına cevrildilər, baş tacımızdırlar. Rayonlarda vətəndaşları ən cox narahat edən məsələlərdən biri də Sizin rayonlara təyin etdiyiniz icra başcılarının “abadlıq işləri”dir. Maraqlıdır, əgər icra başcısı hər hansı kücədə və ərazidə abadlıq işi görürsə, o ərazidə “nişangahın”a gələn bir iaşə obyekti olur ki, onu da bələdiyyənin əli ilə satmaq və ya icarəyə vermək ücün ücün abadlıq işlərini qabardır. Ağstafa rayonunun Mərkəzi Bazarının sol tərəfində illərdir salınmış yol və sağ və sol tərəfində olan ticarət dükanları da illərdir faliyyət göstərir. Lakin birdən — birə rayon rəhbərinin yadına düşür ki, sən demə, həmin ərazidən kecən yolun elə ortasında bir obyekt yeri qurmaq olar. Tez — bazar qolbəyilərə göstəriş verilir ki, yol avtomobil ücün tamamən bağlansın, ancaq piyada yolu olsun, adı da “ticarət yolu” olsun və nəticədə həmin ərazidə bir neçə yeni ticarət obyekti də inşa edilsin. Düzü, ilk əvvəl bünövrə qazılanda hamının fikrini azdırmaq üçün həmin yerdə fəvvarəli hovuz inşa olunacağı deyilsə də, çox keçmədən əsl niyyət bəlli oldu. Nə yazıq ki, bu işi hər kəs görməzdən gəldi. Hərçənd, yaxın obyekt sahibləri narazılıq etsələr də, hərəsi bir üsulla sakitləşdirildi. Onu da qeyd edim ki, sözügedən ərazidən magistral su və kanalizasiya xətləri keçir, amma “kimdir tələb edən, kimdir sayan” deyib xeyir — dua ilə işə start verildi.
Cənab Prezident, Sizin köməyinizə ağstafalıların ehtiyacı var. Yol bağlamaq bu qədərmi asandır, anlamıram?!
Sizdən xahişim regiona səfəriniz zamanı 100 metrə yaxın uzunluğu olan bu kücəni ziyarətiniz planına daxil etməniz olacaq. Bu, tək mənim yox, demək olar ki, bütün agstafalıların xahişidir. Ərazidə obyekt inşa edilib yekunlaşana qədər bütün aidiyyəti qurumlara müraciət ünvanlayıram, amma müharibədə dəmir iradə nümayiş etdirdiyiniz kimi, bu kimi məsələlərdədə Sizə arxalanırıq.
Hörmətlə, Elçin Əlisgəndərov”.Poliqon.info
Dünən, 16:00
Kreml və Tehran zəiflədi, rəqib bu ölkədir - ABŞ
Dünən, 15:30
İllər sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfər
Dünən, 14:29
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
Dünən, 13:19
AZAL-ın üç reysi Bakıya çatıb - YENİLƏNİB
Dünən, 13:15
Valideynlərdən Səhiyyə Nazirliyinə etiraz - Yeni dərmanlar ölümə səbəb olur?
Dünən, 12:55
Hökumə Əliyevanın həyatı film olur
Dünən, 12:50
Qərbi Azərbaycan İcması TƏCİLİ BƏYANAT YAYDI
Dünən, 12:46
Prezident Əbu-Dabidə açılış mərasimində - Foto
Dünən, 12:05
Fransa səfiri İran XİN-ə çağrıldı - Nota verildi
Dünən, 12:01
Los-Ancelesdəki yanğınlarla bağlı ŞOK: Belə yandırdılar - FOTO
Dünən, 11:39
20 Yanvar günü iş olacaq?
Dünən, 11:34
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
Dünən, 10:43
Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edir
Dünən, 10:38
Kaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək
Dünən, 10:15
Nəzrinin həyat yoldaşı: İsrailin təsdiqlədiyi sənədimiz var - VİDEO
Dünən, 10:10
Zurabyan: Paşinyan psixi cəhətdən qeyri-adekvatdır
Dünən, 09:52
Vəfat edən Şəmsəddin Xanbabayev: baş nazir, icra başçısı... - DOSYE
Dünən, 09:47
AZAL-ın üç təyyarəsi dumana görə Gəncədə eniş etdi
Dünən, 09:42
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
Dünən, 09:21
Bakı Qafqaz masasını təkbaşına idarə edir: ABŞ və Qərb də, Rusiya da Azərbaycandan icazə ala bilmir
Dünən, 09:13
Zəngəzurla bağlı ayrıca razılaşma var, təhvil veriləcək - Akopyan
Dünən, 09:00
Hərb olmadan bu ərazi ABŞ-yə birləşəcək - Vens
13-01-2025, 16:00
Hollivud yanğınları: Süni videolar sürətlə artır: Necə ayırd edək? – İzah
13-01-2025, 15:30
"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"
13-01-2025, 14:29
İlon Mask indi də Britaniyada "hökumətə gəlmək istəyir" - Teyti dəstəkləyir
13-01-2025, 14:25
Prezidentlər birgə nahar etdi
13-01-2025, 13:32
Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb