Ekofəallar Ruben Vardanyanı qovdular, qaldı Vasif Nəbiyev
Xəbər var, erməni milyarder Ruben Vardanyan Xankəndindən qaçıb. Bu isə o deməkdir ki, Laçın koridorunu nəzarətə götürmüş azərbaycanlı ekofəalların aksiyası artıq nəticə vermişdir. Ekofəallar indi də Vasif Nəbiyevlə “haqq-hesab” çəkməlidirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyevin, mühafizə üzrə direktor müavini Tural Qasımovun “xeyir-duası” ilə baş verən meşə talançılığından, ETSN 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilən yoxlamalar zamanı aşkar edilən qırıntı faktları, verilmiş bir meşə biletinin əvəzinə dörd qat artıq sayda və həcmdə ağacların qırılmasının ört-basdır edilməsindən, Vasif Nəbiyevə meşələri qoruyan deyil, maddi marağın təmin olunması müqabilində ağacların qırılmasına şərait yaradan işçilərin sərf etməsindən, əvvəllər Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM), sonra isə Şəmkir MMBM-nin direktoru vəzifələrində işlədiyi dövrlərdə barəsində xeyli şikayətlər səslənməsindən, sabiq nazir Hüseynqulu Bağırovun onu işdən çıxarandan sonra bir müddət ETSN sistemindən kənarda qalmasından, Muxtar Babayev nazir vəzifəsinə təyin olunandan sonra havadarı, nazir müavini Vüqar Kərimovun dəstəyi yenidən vəzifəyə təyin olunmasından yazmışdıq.
Görünən odur ki, Vasif Nəbiyevə “gözün üstə qaşın yoxdur” deyən olmadı. Şikayətlər isə artmaqdadır. Redaksiyamıza daxil olan növbəti məlumatda bildirilir ki, Vasif Nəbiyevin göstərişi ilə Əmirvar meşəbəyliyinin 6 – 10 saylı və digər dolaylarında qiymətli cavan ağaclar kütləvi şəkildə qırılaraq kömür və məmulat tədarükü məqsədilə Gəncə ətrafındakı mebel və yeşik sexlərinə satılır. Gözlənilir ki, yaxın vaxtlarda eləcə də Daşkəsən meşələrində, o cümlədən Dəstəfur meşəbəyliyində də vəziyyət Gədəbəy meşələrindəki kimi acınacaqlı olacaqdır.
Daşkəsən rayonunun Astaf kənd sakini Həsənov Sübhan Musa oğlu ölkə Prezidentinə və ETSN rəhbərliyinə ünvanladığı, surətini isə ictimailəşdirmək məqsədilə redaksiyamıza təqdim etdiyi müraciətnamədə yazır ki, Vasif Nəbiyev işlədiyi dövrdə dövlət meşə fondunun kütləvi şəkildə talan edilməsinə göz yumub, yalan svodkalarla dövləti aldadıb, dövlətin pulunu saxta sənədlərlə mənimsəyib, kadr alveri ilə məşğul olub, bu və digər qanunsuz əməllərinə görə kollegiya qərarı ilə işdən qovulubmuş. Lakin hal-hazırda da eyni əməllərini davam etdirir: “Uşaqlarının kirvəsi Rövşən Rəsulovla əlbir olaraq qohum-əqrəbasını, köhnə meşə qatillərini, keçmişdə talançı hərəkətlərinə görə işdən qovulanları, hərbi xidmətdən yayınanları başına yığıb. Bir vaxtlar sıx meşəlik olan ərazilər erroziyaya uğrayıb, təbii bərpa yoxdur. Təsərrüfat təşkili planına uyğun gəlməyən, meşənin sıxlığı qırılmaya uyğun olmayan yerlərdə qırıntı aparılıb. Meşə Təsərrüfatı Mərkəzində hər gün maşın-texnikaya 200-250 kilometr yol vərəqəsi yazılaraq, rəqəmlərin “şişirdilməsi” yolu ilə yanacaq silinir. Yüzdə bir adama meşə qırıntısı bileti veriuldiyi halda minlərlə sakinin qapısında, az qala hər həyərdə 15 – 20 kub/metr odun var”.
Mövzuya qayıdacağıq.
İbrahim Hümbətov
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?