Nazir müavini Vüqar Kərimov Azərbaycanda meşə talançılığı institutu yaradıb - FOTO + VİDEO
Gundem / Bolge
Oxunub: 3 380
7 yan 2023 | 15:56
Nazir müavini Vüqar Kərimov Azərbaycanda meşə talançılığı institutu yaradıb - FOTO + VİDEO




Nazir müavini Vüqar Kərimov Azərbaycanda meşə talançılığı institutu yaradıb - FOTO + VİDEO
Nazir müavini Vüqar Kərimov Azərbaycanda meşə talançılığı institutu yaradıb - FOTO + VİDEO
Nazir müavini Vüqar Kərimov Azərbaycanda meşə talançılığı institutu yaradıb - FOTO + VİDEO
Nazir müavini Vüqar Kərimov Azərbaycanda meşə talançılığı institutu yaradıb - FOTO + VİDEO


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ən qalmaqallı strukturu Meşələrin İnkişafı Xidmətidir (keçmiş Meşələrin İnkişafı Departamenti – red.) desək, bəlkə də yanılmarıq. Bu struktura rəhbərlik edən şəxslər həmişə ictimai qınağın obyektivinə tuş gəliblər, özü də haqlı olaraq. İndiyədək saytımızda meşələrin talan edilməsi mövzusunda yetərincə informasiyalar gedib. Bəzən tənqidlərimiz müsbət nəticə də verib. Amma ümumi mənfi tendensiya dəyişməyib.
Bir statistikaya nəzər yetirək: Ağaqardaş Qardaşovun Departamentə rəhbərlik etdiyi 2019-cu ildə qırma göstəricisi 20 min kub-metrə yaxın olub. Onu direktor vəzifəsində Namik Xıdırov əvəzləyəndən sonra həmin göstərici 2020-ci ildə 11 min kub-metrə, 2021-ci ildə isə 8 min kub-metrə düşüb. Bir il əvvəl həmin vəzifəyə Xalıqverdi Hüseynov təyin olunandan sonra 2022-ci il üzrə qırma göstəricisi yenidən 50-60 faiz sıçrayaraq 13 min kub-metrə yüksəlib.
Diqqətəlayiq məqam budur ki, paralel olaraq qanuni qırma sahələrindən oduncaq satışından dövlət büdcəsinə mədaxil göstəricisi də təzadlı olub. Belə ki, Namiq Xıdırovun rəhbərliyi dönəmində qırmalar az, mədaxil çox olduğu halda, indi tam əksinə, qırma yüksəlib, mədaxil isə azalıb. Bu isə ondan xəbər verir ki, meşələrin qanunsuz məhv edilməsi çoxalıb.
Əlbəttə, bu müqayisəni gündəmə gətirməklə heç də Namiq Xıdırovu mələk kimi təqdim etmək fikrimiz yoxdur. Bəlkə də 2020-2021-ci illərdə pandemiya səbəbindən meşə talançıları da az sifariş qəbul ediblər. Elə Namiq Xıdırov öz ərizəsi ilə vəzifədən gedəndən sonra özünə 100 min manatlıq 10-AA-889 nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil alması ilə yenidən gündəmə gələndə də bəlli oldu ki, işlədiyi dövrdə fəaliyyəti əsla “aydan arı, sudan duru” deyilmiş.
Nə isə, respublika üzrə meşə talançılığı tendensiyasının dərinləşməsi ilə yanaşı, meşə təsərrüfatına kadr seçimində qeyri-peşəkarlara üstünlük verilməsi meyli də aşkar müşahidə olunmaqdadır. Buna dair indiyədək KİV-də, eləcə də bizim saytımızda yetərincə misallar çəkilib. Namiq Xıdırovun özü belə bu tendensiyanın qarşısında aciz qalıb. Hələ Xidmət rəisi işlədiyi vaxt dostu Mehman Səfərovu müavin kreslosunda qoruya bilmədi, Xidmətin Meşə Mühafizəsi Şöbəsinin rəisi, meşəçilik işində qeyri-peşəkar sayılan Mohuma Heraçiyev Mehmanın “torbasını tikib” onun yerinə keçdi. Onun baş hüquqşünas Ülvi ilə birləşərək Namiq Xıdırovu təkləməsi barədə də internet resurslarında maraqlı məlumatlar vardır.
Bu yerdə xatırlatmağa dəyər: Mohuma Heraçiyevin meşəçilikdən anlayışı yalnız bura qədərdir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mühüm vəzifə tutduğu vaxt Abşeronda, Qubada, Qusarda, Qəbələdə, İsmayıllıda, Xızıda və digər bölgələrdə meşə fondunun özəlləşməsinə dair müxtəlif insanlara çoxlu sayda “kupçalar” satıb, topdağıtmaz böyük sərvətə, xarici ölkələrdə mülklərə yiyələnib. Adı odioz MTN generalı Akif Çovdarovla birgə hallanıb. Yalnız bu qədər!
ETSN sistemində hamıya gün kimi aydındır ki, qeyri-peşəkarların irəli çəkilməsində patronajlığı nazir müavini Vüqar Kərimov edir. Məhz onun “xeyir-duası” ilə Şabran, Sabirabad, Göygöl, Lənkəran meşə idarələrinin müdirlərini işdən çıxarıb yerinə baytar həkim, idman müəllimi, hərbçi və s. qeyri-peşəkarları təyin etdilər. Sual olunur: Şamaxı RMTM-nin mühafizə işləri üzrə direktor müavini təyin olunan Firqət Camalov və onun kimi qeyri-peşəkarlar hansı nəzəri və praktik bilikləri ilə az meşəli ölkə olan Azərbaycanın meşələrini inkişaf etdirəcəklər? Maraqlıdır, o direktorları işdən çıxardırlar ki, onlar Rusiyada təhsil almış mühəndislərdi. Hətta Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarına belə iş verilmir (ADAU ildə 15 nəfər meşəçi mütəxəssis hazırlayır – red.).
Mövzuya qayıdacağıq.
İbrahim Hümbətov
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı