50 saylı Yol İstismar İdarəsinin “kral”ı kimdir?
Gundem / Bolge / Maraqli
Oxunub: 613
16 dek 2022 | 11:25
50 saylı Yol İstismar İdarəsinin “kral”ı kimdir?


Füzuli Babayev: “Mən təqaüddə olan şəxsəm, nəsə başa düşə bilmirəm. Mənə niyə tapşırıq verirlər?”

Bir çox media qurumları üzərindən apardığımız jurnalist araşdırmalarından, əksər neftçalalıların danışdıqlarından və s. bəlli olur ki, 50 saylı Yol İstismar idarəsinin əvvəlki rəisi Füzuli Babayev, vaxtilə rəhbərlik etdiyi bu idarədə əməlli-başlıca “kral üsul-idarəsi” formalaşdıra bilib. O halda sual oluna bilər ki, görəsən bu şəxs hansı qabiliyyətin sahibidir ki, vaxtilə “Sədərək” Ticarət Mərkəzində ....... satışı ilə məşğul olmaqla yol istismar idarəsində müdir vəzifəsinə sahiblənən Füzuli Babayev, müəyyən vaxtdan sonra 50 saylı Yol İstismar idarəsində “kral üsul-idarəsi” formalaşdırır? Deməli, burada müəyyən incəliklər, əksəriyyətin bilmədikləri həssas məqamlar var ki, bu şəxs birbaşa “Sədərək”dən yol istismar idarəsinə müdir vəzifəsinə “transfer” olmağı bacarır. Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, bu şəxs müdir vəzifəsinə sahibləndikdən bir müddət sonra əməlli-başlıca var-dövlətə sahib olur. Yəni, çox keçmir ki, köhnə yolları təzələmək adı altında pullar silinir, idarənin balansında olan karyerin qumu, qrabili yük maşınları ilə daşınıb imkanlı şəxslərə satılır, ticarətlə məşğul olan şəxslərin mağazalarının, yaşayış evlərinin qarşısına asfalt örtüyü döşənib pul qazanılır. Bütün bunların nəticəsi olaraq, çox keçmir ki, Füzuli Babayev oliqarx həyatı yaşayır, qısa zaman kəsiyində geniş var-dövlətə, bahalı maşınlara sahib olur, günlərini restoranlarda, ziyafət məclislərində keçirir. Söz yox ki, bu şəxs belə bir imkanın hansısa kənar şəxsin ixtiyarına keçməsinə heç cür razı ola bilməzdi. Ona görə də o, əvvəlcədən düzüb-qoşduğu, formalaşdırdığı “kral üsul-idarəsi” prinsiplərini əsas tutaraq, məhz 50 saylı Yol İstismar idarəsində müdir vəzifəsini doğma oğlu Ruslan Babayevə ötürür. Elə ki, verilmiş belə bir təyinatla bağlı hansısa ünvanda müzakirələr aparılır, o halda əvvəlki müdir Füzuli Babayev “Bilirsiniz, mənim oğlum əvvəllər Əvəz Qocayevin yanında işləyib, sonra da Əvəz müəllim məsləhət gördü və o, oğlumu bu idarəyə müdir təyin etdirdi” deyir. Düzdür, Füzuli müəllim Əvəz Qocayevə qarşı belə bir münasibətdə olsa da, onun Neftçala RİH-nin başçısına qarşı fərqli münasibətdə olduğunu, məhz dilə gətirdiyi narazılıqlardan da hiss etmək mümkündür. Məsələn, əksəriyyətə bəllidir ki, yaxın vaxtlarda ölkə rəhbərinin bu rayona rəsmi səfəri baş tutacaq. Ona görə də indidən müəyyən hazırlıq işləri görülür və Neftçala RİH tərəfindən rayon ərazisindəki idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar da verilir. Belə bir tapşırıq 50 saylı Yol İstismar idarəsinin bugünkü rəisi Ruslan Babayevə deyil, məhz onun atası, bu idarənin ağsaqqal rəhbəri, hal-hazırda təqaüddə olan Füzuli Babayevə verilir. Söylənilənlərə görə o, belə bir tapşırıqdan sonra “Mən təqaüddə olan şəxsəm, nəsə başa düşə bilmirəm. Mənə niyə tapşırıq verirlər?” deyərək, rayon rəhbərliyinə qarşı orda-burda giley-güzarını bildirir.
Diqqəti bir məqama da yönəldək ki, son vaxtlar ayrı-ayrı media qurumlarında müəyyən məqalələr yayımlanır ki, guya 50 saylı Yol İstismar idarəsinin bugünkü müdiri Ruslan Babayev çevik idarəetmə bacarığına malik şəxs olduğundan, o, indiyə kimi bənzəri olmayan uğurlara imza atıb. Belə bir məqalələrin yayımlanmasına baxmayaraq, Neftçalanın bəzi sakinləri bu şəxslə bağlı fərli fikirlər səsləndirirlər və hətta, onu ara-sıra “topa tutmaq”dan da ehtiyat etmirlər. Çünki, Neftçala sakinləri ilə bərabər, Ruslan Babayevin rəhbərlik etdiyi kollektiv üzvləri daha dəqiq məlumata malikdirlər ki, bu şəxs idarəçiliyini həyata keçirərkən hansı “oyun qaydaları” oynayır, büdcə vəsaitlərini və digər əmlakları hansı yollarla “tarmar edir”. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Daha ətraflı növbəti yazımızda yayımlanacaq. Bizi izləməyi unutmayın.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?