Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi -NONSES
Gundem / Bolge / Maraqli
Oxunub: 262
14 dek 2022 | 23:39
Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi -NONSES


Mingəçevir Şəhər İşıqlanma İdarəsi "Azman LTD" MMC ilə 58444 manatlıq müqavilə bağlayıb
Yenixeber.org: Dövlət satınalmaları ilə bağlı yumşaq desək anlaşılmaz mənzərə hələ də aktuallığını qorumaqdadır. Baxmayaraq ki, az qala hər gün mediada bu mövzuda araşdırılması zəruri olan faktlarla zəngin yazılar tirajlanır. Amma, bu istiqamətdə durum dəyişmir ki, dəyişmir... Hələ də dövlətin pulunu “babasından qalma xəzinə” bilib, istədiyi kimi, istədiyi tərəflərlə pay-püş edənlər var.
Baxmayaraq ki, cənab prezident də vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Bu istiqamətdə irad və tövsiyələrini səsləndirir, məsul şəxslərə xəbərdarlıqlar da edir...
Azərbaycan Respublikasının Hesablama Palatası da vaxtaşırı olaraq dövlət satınalmaları ilə bağlı korrupsiya faktları ilə zəngin araşdırmalar yayır.
Hətta bir müddət əvvəl Vüqar Gülməmmədov mediaya açıqlamasında rəhbərlik etdiyi qurumun apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət etdiyini bildirmişdi: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.

Mingəçevir şəhərinin küçələri belə işıqlanır

Dövlət satınalmaları ilə bağlı daha bir ilginc məlumat Mingəçevir Şəhər İşıqlanma İdarəsi ilə bağlıdır. Məlumata görə Mingəçevir Şəhər İşıqlanma İdarəsi mal-materiallar və ehtiyat hissələrinin alınması məqsədi ilə "Azman LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.
Mingəçevir Şəhər İşıqlanma İdarəsinin 02.12.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə dörd gün sonra - 05.12.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi "Azman LTD" MMC olub. Bu müqavilə ilə "Azman LTD" Mingəçevir Şəhər İşıqlanma İdarəsini mal-materiallar və ehtiyat hissələri ilə təmin etmək qarışılığında 58444 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Mingəçevir Şəhər İşıqlanma İdarəsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də alınacaq mallar barədə məlumat verilmədən(?) Mingəçevir Şəhər İşıqlanma İdarəsi "Azman LTD" MMC ilə 58444 manatlıq müqavilə bağlayıb!
Mingəçevir Şəhər İşıqlanma İdarəsi həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqla bağlı heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək Mingəçevir Şəhər İşıqlanma İdarəsinin də, vəzifə borclarından biridir...
Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 58444 manatından gedir...

**
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...
Elə isə sual olunur: Mingəçevir Şəhər İşıqlanma İdarəsi nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.
Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq.
Bu ayın 5 -də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılova elektron sorğu ünvanladıq. Bu sorğunun eynisini Mingəçevir Şəhər İşıqlanma İdarəsinin rəisi hörmətli Azərin İsmayılova da göndərdik... Dörd gün sonra Mingəçevir Şəhər İcra Hakimiyyətindən anlaşılmaz cavab aldıq: sorğumuzdakı suallara toxunmadan, qısaca olaraq, əgər buna cavab demək mümkünsə:

Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi -NONSES


Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi -NONSES
Müraciətinizə cavab olaraq bildiririk ki, şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan müəssisə və təşkilatlar Dövlət Satınalmaları haqqında qanuna uyğun olaraq ona ayrılmış vəsaiti elektron satınalmalar vasitəsi ilə açıq tender və ya digər prosedurlar üzrə həyata keçirir. Bütün bu prosedurlara Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət edilir.
Sizi maraqlandıran suallarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.
Mingəçevir Şəhər İşıqlanma İdarəsinin rəisi Azərin müəllim isə elə həmən gün cavab yazacaqlarını desə də, bugünüədək heç bir xəbər yoxdur(?)
Digər tərəf - "Azman LTD" MMC ilə isə heç bir əlaqə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bir şirkətlə bağlı internet üzərindən hansısa bir məlumata rast ola bilmədik...(Yenixeber.org)
Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Dünən, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Dünən, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Dünən, 10:10
ADNA terrorundan 15 il ötür