Sabirabad İcra hakimiyyətində şübhəli tender – Bir illik şirkət 850 min manatlıq tenderi necə qazanıb?
Gundem / Bolge / Maraqli
Oxunub: 528
3 dek 2022 | 18:50
Sabirabad İcra hakimiyyətində şübhəli tender – Bir illik şirkət 850 min manatlıq tenderi necə qazanıb?


Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayəndəliyi “MM İnşaat” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Maliyyə dəyəri 45 968.63 AZN təşkil edən müqavilədə Sabirabad şəhərində yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “MM İnşaat” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.
Açıq mənbələrdə “MM İnşaat” MMC və Mirkamal Ağayev barəsində hər hansı məlumat yoxdur. Görünür, bu şirkətin yeni yaranması ilə bağlıdır. “Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Bir ilin şirkəti olan, veb-səhifəsi, əlaqə nömrələrinin olmadığı, barəsində hər hansı məlumata rast gəlinmədiyi “MM İnşaat” MMC-nin bu kriteriyalara cavab verməsi bir qədər şübhəlidir.
Buna baxmayaraq, “MM İnşaat” MMC yarandığı bir il ərzində toplam maliyyə dəyəri 856 581.89 AZN təşkil edən 12 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayənədliyi, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar Şəhər Nümayənədliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi, Beyləqan Mənzil İstismar Sahəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsi, Lənkəran Reabilitasiya Mərkəzi, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası, Bakı Neft Energetika Kolleci, Ağsu Rayon Mərkəzi Xəstəxanası və “Azərbaycan Hava Yolları” QSC ilə bağlanıb.
Bu arada qeyd edək ki, Sabirabar Şəhər Nümayəndəliyi 2022-ci ildə abadlıq işləri ilə bağlı 970 134.71 AZN dəyərində 8 müqavilə imzalayıb.\\Qaynarinfo.az
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?