Gəncə Psixatriya Xəstəxanası “kolxoz bazarı”na çevirib – İTTİHAM VAR!
Gundem / Bolge
Oxunub: 535
21 noy 2022 | 20:07
Gəncə Psixatriya Xəstəxanası “kolxoz bazarı”na çevirib – İTTİHAM VAR!


Artıq xeyli müddətdir ki, Elmira Mirzəyevanın rəhbərlik etdiyi Gəncə Psixatriya Xəstəxanasında yaşanan problemlərlə varlığı ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrildiyindən, bu gün də əksər media qurumlarında bu səhiyyə müəssisəsi ilə bağlı tənqidi məqalələr tirajlanmaqdadır. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında Gəncə şəhərinin “Bağmanlar” adlanan ərazisində, yəni B. Əliyev-2 ünvanında 2020-ci ilin iyun ayında inşası həyata keçirilən bu səhiyyə müəssisəsi, hal-hazırda Elmira Mirzəyevanın əsas gəlir mənbəyinə çevrilib. Məsələn, media üzərindən apardığımız araşdırmalardan, şəhər sakinləri arasında dolaşan söz-söhbətlərdən bəlli olur ki, Gəncə Psixatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan, məhz daşıdığı vəzifəsindən sui-istifadə etməyə qərar verir. Yəni, xanım Mirzəyeva bu vəzifəsinə sahibləndikdən sonra idarəçiliyini öz düşüncə tərzinə uyğun həyata keçirməyə başlayır. Belə ki, o, adı işdə olub özü iş üzü tanımayan bəzi işçilərə əmək haqları yazır və onlara çatmalı olan əmək haqqlarını mənimsəyir, hətta dövlət tərəfindən xəstələrə verilən ərzaq məhsullarını, yataq dəstlərini, ayaqqabları, suyuyucu mayeləri, geyim paltarlarını, bəzi dərmanları və s. bazarlarda, ticarət mərkəzlərində satdırır. Hətta dolaşan söz-söhbətlərə görə, baş həkim bu cür mənimsəmə əməllərini özünə bağlı olduğu bildirilən şəxslərin idarə etdikləri “VAZ-06” markalı 57-BE-836 və “Mersedes” markalı 20-DJ-856 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə yerinə yetirir. Belə bir səbəbdəndir ki, Elmira Mirzəyeva Gəncə Psixatriya Xəstəxanasına baş həkim təyin olunduğu ilk vaxtlardan başlayaraq, bu müəssisədə rüşvətxorluğa və korrupsiyaya geniş yollar açılır.
Gəncə Psixatriya Xəstəxanası ilə bağlı dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, bu səhiyyə müəssisəsi inşa olunub qurtardıqdan sonra, əslində köhnə bina Əmlak Komitəsinə (xeyli müddətdir ki, bu Komitə ləğv olunub) təhvil verilməli idi. Həmin vaxtlarda baş həkim vəzifəsini daşıyan Elmira Mirzəyeva, nəinki köhnə binanı təhvil verir, əksinə o, teztələsik köhnə binanın dam örtüklərini, su borularını, qapı və pəncərələrini, bir neçə tonluq dəmir su çənlərini, mişar daşlarını, dəmir reşotkaları,
elektrik trasformatorunu və digər lazımi avadanlıqları sökdürərək satır. Deyilənlərə görə, xanım Mirzəyeva təkcə belə bir yolla xeyli məbləğdə qazanc əldə etməyi bacarır. Bundan əlavə, Elmira xanım vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan bu səhiyyə müəssisəsində ikili tabel sisteminə keçir. Yəni, birinci sənəddə gündəlik işə gəlib-gedən şəxslərin siyahısı olur, ikinci sənəddə isə ümumi xəstəxananın işçiləri, o cümlədən iş üzü tanımayanların ad və soyadları tam şəkildə yazılır. Ad və soyadları ikinci sənəddə olan işçilərin əksəriyyəti gecə növbəsinə yazılırlar ki, onlardan da bəziləri gecə növbəsində işə çıxmırlar. Əksər vaxtlarda tabel sənədlərinə həmin şəxslərin əvəzindən baş tibb bacıları qol çəkirlər.
Söylənilənlərə görə Gəncə Psixatriya Xəstəxanasının baş həkimi rəhbərlik etdiyi bu sahəni bir növ “kolxoz bazarı”na çevirib. Elə ki, hansısa bir şəxs zəng edib xəstəxanada boş yerin olub-olmadığını soruşur, o halda baş həkim üstüörtülü formada olsa belə, həmin şəxsdə pulun olub-olmadığını dəqiqləşdirə bilir. Əgər həmin şəxsdən “pul iyi” gəlmirsə, həmin vaxt ona “gələn ay gələrsən” cavabını verir. Növbəti ay da başqa bir bəhanəni ortaya atır. Beləliklə həmin şəxs etdiyi telefon zənglərindən bezir və bir daha ora zəng etmir. Bundan əlavə, Psixatriya Xəstəxanasına verilən yeni ştatları baş həkimin “bazara çıxartdığı” da söylənilir. Faktdır ki, Elmira Mirzəyeva rəhbərlik etdiyi bu müəssisədə gündəlik külli miqdarda var-dövlət qazanır. Yəni, baş həkim daim “başını işlədir” və gündəlik əldə etdikləri ilə heç də kifayətlənmir. Belə ki, o, daim müştəri axtarışına çıxır və hansı şəxs xəstəlik adı altında pensiyaya çıxmaq istəyirsə, o halda həmin şəxslə “dil tapmağı” bacarır. Bir sözlə, Elmira Mirzəyeva ayrı-ayrı şəxslərdən aldığı “haqq-hesablar”ın qarşılığında, məhz həmin şəxslərə saxta əlillik dərəcəsinin müəyyən olunmasında xüsusi rola malik olur.
Qeyd edək ki, həm media üzərindən apardığımız araşdırmalar zamanı, həm də Gəncə şəhər sakinləri arasında dolaşan söz-söhbətlər əsasında redaksiyamıza daxil olan bu kimi məlumatları dəqiqləşdirmək üçün, təqribən üç-dörd gün bundan öncə Elmira xanıma zəng etdik və qarşı tərəf olaraq ondan məsələlərə münasibətini öyrənmək istədik. Həmin vaxt o, ünvanladığımız suallardan heç birinə cavab vermədi. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elvin Hacıyevə ünvanladığımız suallar da cavabsız qaldı. Deməli, «balıq başdan iylənibmiş». Belə qənaətə gəldik ki, bu səhiyyə müəssisəsi baş həkiminin qol qoyduğu “qara-qura əməllər”, məhz bundan sonra daha çox ictimailəşdiriləcək, aidiyyatı dövlət qurumları baş verənlərlə bağlı daha ətraflı məlumatlandırılacaq.
Mövzuya qayıdacağıq.

P.S. Hörmətli oxucular! Çox yaxın vaxtlarda hər kəsi Gəncə Psixatriya Xəstəxanasında qol qoyulan türürpədici əməllərin mahiyyəti ilə də məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Geniş araşdırmamız davam edəcək./dəryaz/
Bu gün, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Bu gün, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Bu gün, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Bu gün, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Bu gün, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Bu gün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bu gün, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Bu gün, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Bu gün, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Bu gün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Bu gün, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Bu gün, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?