Vergilər idarəsinin biznesmen məmuru – İDDİA

Bu gün bölgələrdən daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, dövlət başçısı İlham Əliyevin ölkədə azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə verdiyi göstəriş və tapşırıqlardan irəli gələn vəzifələrin icrası hələ də bir çox məmurlar tərəfindən məqsədyönlü şəkildə əngəllənməkdəir
Mövzuya dair ötən saylarımızda dərc olunmuş yazılarda da qeyd etdiyimiz kimi, son vaxtlar ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı həyata keçirilən mübarizətədbirlərinin daha da sərtləşməsi bütün iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ölkədə müşahidə olunan proseslər bunu deməyə əsas verir ki, son vaxtlara qədər qarşılaşdıqları haqsızlıqlar müqabilində daha çox susmağa üstünlük verən sahibkarlar, artıq öz hüquqlarının müdafiəsinə qalxıblar. Bu xüsusda ölkə mətbuatında yayımlanan məlumatlarda da vurğulanır ki, xüsusilə son bir ay ərzində yüzlərlə sahibkar tərəfindən Prezident Adminstrasiyasına, o cümlədən şəxsən prezident İlham Əliyevin adına çoxsaylı müraciətlər ünvanlanır və həmin müraciətlərdə onlardan heç bir əsas olmadan rüşvət tələb edən məmurların adları açıq-aşkar qeyd olunur. O cümlədən, bu günlərdə daxil olan məlumatlarda da Mingəçevir şəhərində yerləşən 11 saylı ərazi Vergilər idarəsinin rəis müavini, vergi xidməti müşaviri Münasib Əsgərovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs edilir. Aldığımız açıqlamalarda sahibkarlıqla məşğul olan şəxslər 11 saylı ərazi Vergilər idarəsindən ciddi narazılıqlarını ifadə edirlər. Təqdim olunan məlumata görə, Yevlax-Mingəçevir bölgəsində aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur. Bu xüsusda aldığımız müraciətlərdən birində deyilir: “Sahibkarların sıxışdırılması üçün əsas kimi, vergi faiz dərəcələrinin gələn ildən artırılacağı göstərilir. Vergilərin 2%-dən 6%-ə qədər qalxacağını deyən idarə işçiləri, idarənin rəis müavini Münasib müəllimin göstərişi ilə sahibkarları hədələməkdən belə çəkinmirlər. Ölkə rəhbərliyi, şəxsən cənab prezident İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini nə qədər vurğulayırsa, iş adamlarını incitməməyi məmurlardan nə qədər çox tələb edirsə, Münasib Əsgərovun işçiləri də bizi bir o qədər çox sıxışdırırlar. İlin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin bizdən vergi adı ilə aldıqları pulu hesabladıqda məlum olur ki, il ərzində əldə etdiyimiz qazanclarımızı bütünlüklə 11 saylı ərazi Vergilər idarəsinin rəhbərliyinə vermişik. Ətraf rayonlardan Mingəçevirə gələn şikayətçilərin isə, ümumiyyətlə sözlərini eşidən yoxdur. Onların bildirdiyinə görə, idarə rəhbərliyi bu kiçik sahibkarları qəbul etməkdən belə imtina edir…” Digər tərəfdən də, mətbuata daxil olan başqa bir məlumatda mənbə Münasib Əsgərovun azad rəqabət mühitinin boğulmasında hansı səbəbdən bu qədər maraqlı olduğuna dair maraqlı açıqlamalar verir. Açıqlamada deyilir: “Münasib Əsgərov özü hal-hazırda Mingəçevirin ən “uğurlu” sahibkarlarından biridir. Belə ki, bu məmurun Mingəçevir və ətraf ərazilərdə üç yanacaqdoldurma stansiyası, beş mağazası, ferması və istirahət mərkəzi fəaliyyət göstərir. Buna görə də, eyni profilli fəaliyyət növü ilə məşğul olan bütün digər sahibkarlar Münasib Əsgərovun sərt təpgisi ilə üz-üzə qalırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu məmur isə, həmin iş adamlarının biznesini çökdürmək üçün bütün vasitələrə əl atır”.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI