Niyazi Bayramov sabiq rektor İbrahim Cəfərovu DSK sədri seçdirmək istəyir? - İDDİA

Sentyabrın 6-da Prezident sərəncamı ilə vəzifədən azad edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sabiq rektoru İbrahim Cəfərov hələ Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun işdən çıxarıldığı iyul ayından “qara gününü qablaşdırmışdı”. İyul-avqust aylarında İbrahim Cəfərov özünü rəhbərliyin gözündə ədalətli rektor kimi göstərmək üçün “qılıncını sıyırıb” bir çox tələbələri imtahandan kəssə də, hətta tələbələr sırasından Vətən müharibəsi iştirakçısı olanlara da təhsil haqqı tələbini sərtləşdirsə də, bu çılğın addımları ona kömək etmədi, əksinə, bəlkə də əleyhinə işlədi.
Gəncədəki etibarlı mənbələrdən aldığımız məlumatlara görə, sabiq rektor Gəncə Şəhəri 37 saylı Dairə Seçki Komissiyasının (DSK) 3 gün əvvəl vəfat etmiş sədri Seymur Hüseynovun postunu hədəfləyib və artıq bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla sövdələşib. Xatırladaq ki, İbrahim Cəfərov 2000–2013-cü illərdə 39 saylı Kəpəz birinci (Gəncə) DSK-nın, sonra isə 38 saylı Nizami ikinci (Gəncə) DSK-nın sədri olmuşdur. Onun sədrlik etdiyi dönəmlərdə komissiyaların fəaliyyətində çoxlu sayda seçki saxtakarlıqlarından şikayətlər edilmişdir.
Bildiyimiz kimi, DSK-ları Mərkəzi Seçki Komissiaysına tabedirlər. Elə olan halda Gəncə ŞİH başçısı Niyazi Bayramov İbrahim Cəfərovu DSK sədri kreslosuna əyləşdirmək üçün MSK sədri Məzahir Pənahovla anlaşmalıdır. DSK sədri dövlət qulluqçusudur və belə çıxır ki, İbrahim Cəfərov Niyazi Bayramovun köməyi ilə hədəfinə çata bilsə, öz köhnə qanunsuz əməllərini də ört-basdır etməyə yaxın olacaqdır.
ADAU-da isə Hesablama Palatası yoxlama aparır. Universitetdəki tərəqqipərvər müəllimlər ümid edirlər ki, HP-nın müfəttişləri yoxlama nəticəsində keçmiş rektorun korruptiv əməllərinin izinə düşəcək və aşkar edəcəkləri qanunsuzluq faktlarını Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürəcəklər.
O ki qaldı, ŞİH başçısı N.Bayramovla İ.Cəfərovun yaxın münasibətlərinə, onları birləşdirən ortaq “dəyərlər”, dostluqları və eyş – işrət məclislərində daim bir araya gəldikləri, topladıqları maşın kolleksiyasına aid bahalı avtomobillərin markaları, əldə etdikləri haram kapital hesabına qurduqları biznes imperiyaları, dəbdəbəli villaları Gəncədə uşaqdan-böyüyə hamıya məlumdur. İçki düşkünü olan N.Bayramov gününün çox hissəsini Samux rayonunun girişində olan restoranda keçirir. Rəhbər vəzifədə işləməyə başlayandan şəhərdə onun aktivinə yazılacaq heç bir təqdirəlayiq işə imza atmayıb. Olsa-olsa, Avropa Yenidənqurma və İnkişaf Bankının Gəncədə həyata keçirdiyi “Yaşıl şəhər” layihəsi çərçivəsində görülən işləri öz adına çıxmağauğursuzcasına cəhd göstərib.
İnanmaq istəyirik ki, aidiyyəti qurumlar bu məsələni nəzarətə götürəcəklər //aktualxeber.az//
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur