"Hamı "lə iləhə illallah" deyə qışqırırdı" - Foto
Gundem
Oxunub: 1 398
7 dek 2015 | 15:04
Yanan platformada parçalanan qayıqda olan neftçidən tükürpədən açıqlama
"Hamı "lə iləhə illallah" deyə qışqırırdı" - Foto
"Hamı "lə iləhə illallah" deyə qışqırırdı" - Foto
"Hamı "lə iləhə illallah" deyə qışqırırdı" - Foto
"Axşama yaxın idi. Düşünürdük ki, bir azdan yeməyə gedərik. Elə bu vaxt dəhşətli partlayış baş verdi və hər tərəfi güclü tüstü bürüdü". Bunu ANS PRESS-ə “Günəşli” yatağında baş verən yanğından xilas edilən və hazırda Neftçilər xəstəxanasında müalicə edilən konstruksiya və qazma işləri trestinin energetiki Ənvər Əliyev deyib.

Ölümün cəngindən xilas edilən neftçi fırtına günü başlayan yanğın zamanı olanlardan danışıb. Ə.Əliyev deyib ki, partlayış səsi eşidildikdən sonra platformanın şərq tərəfindəki qayıqlara tərəf qaçmağa başlayıblar. Lakin güclü yanğın onların yolunu kəsib. Daha sonra onlar şimal istiqamətində olan qayıqlara minməyə başlayıblar.
"İki qayıq var idi. 62 nəfər həmin qayıqlara mindi. Bir nəfər isə yuxarıdan qayığı aşağı sallayırdı. O, düşə bilmədiyi üçün yuxarıda qaldı. Biz burada öyrəndik ki, bizi aşağı sallayıb, özü yuxarıda qalan iş yoldaşımız sağ qalıb. Ancaq o çoxsaylı yanıq xəsarətləri alıb. Biz aşağı endiyimizdə çox güclü dalğa var idi. Qayıqları sudan bir neçə metr yüksəklikdə saxladıq. Dalğalar bizi vursaydı sağ qalmaq şansımız yox idi".

Hadisənin dəhşətini tam şəkildə yaşayan Ə.Əliyev deyir ki, havadan asılı qalan qayıqlar güclü küləyin təsirindən bir neçə dəfə platformaya çırpılıb. "Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı və 3 nəfərdən başqa hər kəs suya tökülüb. O üç nəfər də qayıq parçalanan zaman tullanaraq platformanın dəmir hissəsindən tutdular. Onlardan ikisi bu gün sağdır, xilas edilib. Bir nəfər isə dəmir parçasından tuta bilmədi və suya düşdü. Qayıq parçalananda 7 nəfər ən böyük hissənin üzərində dənizə düşdü. Onlardan biri də mən idim. Sevindik ki, sağ qalmaq ehtimalımız var. Mən özünü belimdəki kəmərlə həmin parçaya bağladım. Daha sonra güclü dalğa həmin parçanı da çevirdi və hər kəs suların arasına itdi.Yoldaşlarımızı sular harasa apardı. Mən isə özümü o hissəyə bağladığım üçün batmadım və köməyə gələnlər məni xilas etdilər".

Özülün rəisi Allahverdi İmran oğlu Məmmədov isə deyir ki, partlayış baş verən vaxt insanlar həyəcandan özlərini dənizə atmaq istəyib. lakin o bunun qarşısını alıb.

"Hadisə barədə əvvəl rəhbərliyə məruzə etdim. Bildirdim ki, burada qalsaq həyatımızın sonu olacaq. Daha sonra bütün işçilərə batmamaları üçün gödəkcələr geyindirdik və qayıqlara mindirdik. Bizim insanları qayıqlara mindirməkdə məqsədimiz onların tüstüdən zəhərlənməsinin və yanmasının qarşısını almaq idi. İki qayığı da suya endirdik. Bir neçə dəqiqə sonra qayıqlardan biri parçalandı".

A.Məmmədov birinci qayığın da estakadasının reysləri arasında ilişib qaldığını və bu sayədə havadan asılı qaldıqlarını deyib.

Xilas edilən neftçilər təhlükə zamanı hər kəsin bir ağızdan "Lə iləhə illallah" deyə bağırdıqlarını deyirlər.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

İtkin düşmüş insanların axtarış- xilasetmə əməliyyatlarına SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

10-cu platformada qəza ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Baş nazir Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə prezidentə mütəmadi məlumat verilir.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI