MTN-də saxlanılmış iş adamı: Mənzilimi banka girov qoydum, 32 min manat gətirib verdim
Gundem
Oxunub: 1 442
23 okt 2015 | 09:55
MTN-də saxlanılmış iş adamı: Mənzilimi banka girov qoydum, 32 min manat gətirib verdim

















Bizi birbaşa MTN-ə aparıb həbsə atdılar

2013-cü ilin sentyabrında mən, Cahangir Məmmədov, Məcid Anqubazov, Orxan və Sərdar adlı tanışlarımla Balakəndən Tbilisiyə "skoç" (yapışqanlı lent - red.) gətirmək üçün getdik. Orda Məcid Anqubazov dedi ki, burda pirotexniki maddələr var, onları da aparmaq olar. Onu qeyd edim ki, biz malı Gürcüstandan İrana aparacaqdıq. Gürcüstan gömrüyündə bütün sənədləşmə işlərini həll etdik. Bəyannamədə qeyd olundu ki, yük pirotexniki maddə və “skoç”dan ibarətdir. Azərbaycanda da gömrük prosedurlarını keçdik.

Yükdə pirotexniki maddə olduğu üçün İran sərhədinə qədər bizi iki gömrük müfəttişi də müşayiət edirdi. İran sərhədinə doğru gedəndə MTN əməkdaşları bizi saxlayıb, qanunsuz yük daşıdığımızı, qaçaqmalçılıqla məşğul olduğumuzu dedilər. Bildirdilər ki, artıq cinayət işi də başlanılıb. Biz gömrük bəyannaməsini göstərdik, gömrük müfəttişləri də yükdə problem olmadığını təsdiqlədilər. Açıb yükə baxdılar, bəyannamədə qeyd olunan mallardan başqa heç nə tapmadılar. Buna baxmayaraq, bizi birbaşa MTN-ə aparıb həbsə atdılar.

Bunu APA-ya müsahibəsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən hüquqlarının pozulduğunu deyən Əfsəl Həsənəliyev bildirib.

Agentliyə müraciət edən keçmiş polis əməkdaşı bildirib ki, onu 4 ay 29 gün həbsdə saxlayıblar:

"Məndən 100 000 manat rüşvət istədilər. Vəkilim də şahiddir. Bu qədər pulum olmadığını dedim, hər gün pula görə çağırıb soruşurdular. Axırda ailəm məcbur olub yeganə mənzilimi "Unibank"a girov qoydu, 32 min manat gətirib verdi. Hətta krediti dollarla götürmüşdülər, mənə dedilər ki, manata çevirib gətirsinlər. İndi o pulu da qaytara bilmirəm, dilənçi vəziyyətindəyəm".

Ə. Həsənəliyev bildirib ki, onlar həbsdə olan vaxt hətta vəkilinin müraciəti ilə Dövlət Gömrük Komitəsi sahibkarların saxlanılmasının qanundankənar olduğunu bildirən etiraz məktubu da göndərib. Ə. Həsənəliyevin vəkilinin təqdim etdiyi iş materiallarında bu məktub da öz əksini tapıb. Lakin bu da işə yaramayıb.

"Bizdən pulu tələb edənlər deyirdilər ki, bunu yuxarı rəhbərliyin tapşırığı ilə edirlər", - deyə Ə. Həsənəliyev bildirib.

O qeyd edib ki, sonradan Məcid Anqubazovun məhz MTN əməkdaşları tərəfindən onlara qoşulduğu anlaşılıb: "Orxan və Sərdardan 100 min, rəhmətlik Cahangirdən isə 80 min manat aldılar. Cahangir 40 gün əvvəl dözməyib intihar etdi. Borcun içində batırdı".

MTN-də saxlanılmış iş adamı: Mənzilimi banka girov qoydum, 32 min manat gətirib verdim
MTN-də saxlanılmış iş adamı: Mənzilimi banka girov qoydum, 32 min manat gətirib verdim
MTN-də saxlanılmış iş adamı: Mənzilimi banka girov qoydum, 32 min manat gətirib verdim
MTN-də saxlanılmış iş adamı: Mənzilimi banka girov qoydum, 32 min manat gətirib verdim
MTN-də saxlanılmış iş adamı: Mənzilimi banka girov qoydum, 32 min manat gətirib verdim
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI