Eldar Mahmudovla MTN generallarının sensasion əməlləri
Gundem
Oxunub: 1 869
19 okt 2015 | 12:27
Eldar Mahmudovla MTN generallarının sensasion əməlləriİki gün əvvəl prezident İlham Əliyevin qəfil sərəncamı ilə Milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudovla bağlı məsələ nəinki Azərbaycan mediasında, hətta qonşu ölkələrin mətbuatında da gündəm yaradıb. Nazirin işdən qovulması ilə bağlı mətbuatda bir neçə versiyalar irəli sürülsə də, hələlik bu barədə heç bir rəsmi açıqlama verilməyib. Lakin “Qafqazinfo” eksklüziv olaraq Eldar Mahmudovun və onun komandasının postundan gözlənilmədən götürülməsinin sensasion səbəblərini öyrənə bilib.

Məlum olub ki, Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh olan Eldar Mahmudov və bir qrup MTN-in yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr və bu kimi əməllər törədiblər. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib. Nazirə hətta konkret faktlar üzrə törədilən əməllərin arxasında onların durduğu ilə bağlı şübhələr çatdırılıb. Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın prezidenti şəxsən müdaxilə etməli olub. Hətta Eldar Mahmudov ölkə başçısı İlham Əliyevə yalan danışmaqdan belə çəkinməyib.

Prezidentin xüsusi tapşırıqlarından sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup yüksək rütbəli əməkdaşları, əsasən general-mayor Teymur Quliyev, antiterror mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in monitorinq mərkəzinin əməkdaşı Natəvan Məmmədova, o cümlədən, nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla qanunsuz əməllər törədiblər. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.
Baş verənlərlə bağlı dövlət qurumlarının dolğun açıqlamasının yayaılacağı gözlənilir. Hazırda proses prezident İlham Əliyevin birbaşa nəzarətindədir və intensiv olaraq dövlət başçısına araşdırmalarla bağlı məruzələr edilir.

Qeyd edək ki, dünən prezident bu olayla bağlı Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirərək xüsusi tapşırıqlar verib.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI