XİN-dəki gizli bomba partladı
Gundem
Oxunub: 1 509
18 okt 2015 | 10:45
Azərbaycanın daha bir diplomatı ölkəyə qayıtmaq istəmir.
XİN-dəki gizli bomba partladı
Xarici İşlər Nazirliyində (XİN) böhran dərinləşir və Azərbaycanın daha bir diplomatı ölkəyə qayıtmaqdan imtina edir.
ANS PRESS-in məlumatına görə, “Turan” informasiya agentliyi bu barədə məlumatlı mənbələrdən informasiya aldığını bildirir. Agentilik ölkəyə qayıtmaq istəməyən diplomatın İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədovun vaxtında Azərbaycanın Strasburqdakı diplomatik nümayəndəliyində işləmiş Samir İsmayılov olduğunu vurğulayır.

Samir İsmayılova ANS PRESS tərəfindən edilən müraciətlərini cavabsız qalması və XİN-in məsələ ilə bağlı susması yayılan xəbərin doğru olduğunu güman etməyə imkan verir. Bununla da son dövrdə xidmət etdiyi ölkədən geri qayıtmaq istəməyən Azərbaycan diplomatlarının sayı dördə çatdı. Daha öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov ölkəyə qaytmaq istəməmişdi. Həmçinin yerli mətbuatda Azərbaycanın Avstraliyadakı səfirilyinin keçmiş əməkdaşı Anar Həsənovun və Niderland krallığındakı konsulu Nahid Cəfərovun fəaliyyət göstərdikləri ölkələrdən siyasi sığınacaq istəməsi ilə bağlı xəbərlər yer almışdı. Xəbər yayılanda hər iki diplomatın Arif Məmmədovla çox yaxın münasibətdə olduğu vurğulanırdı. Elə Samir İsmayılov da Arif Məmmədovun vaxtında Azərbaycanın Strasburqdakı diplomatik nümayəndəliyində işləyib.

Beləliklə, bir sıra politoloqların XİN-dəki diplomat seçimi ilə bağlı nümayiş etdirdikləri şübhələr özünü doğrultmağa başladı. Məsələn, bir müddət öncə məsələ ilə bağlı ANS PRESS-ə müsahibə vermiş politoloq Qabil Hüseynli problemin səfirliklərə işçi götürən zaman başladığını vurğulamışdı: “Hər hansı bir ölkəyə səfir təyin edilən diplomat kadrları özü müəyyən edərək XİN-ə təqdim edir. Bu zaman yaxın tanışların, qohumların və həmyerlilərin işə götürülməsi istisna edilmir. Buna görə də səfirliyin 1-ci katibi, 2-ci katibi, konsul kimi vəzifələrə təsadüfi adamların düşməsi asanlaşır.”

Politoloq bu cür kadrları “XİN-ə yerləşdirilmiş gizli bombalar” adlandırmışdı. Yəni Samir İsmayılovun geri qayıtmaq istəməməsi ilə, Qabil Hüseynlinin təbirincə deyilərsə, həmin bombalardan biri də açılıb. Bu, artıq zaman-zaman növbəti gizli bombaların açılacağını da ehtimal etməyə imkan yaradır.

Düzdür, vaxtılə diplomatik xidmətdə çalışmış politoloq Fikrət Sadıxov məsələnin elə də ciddi olmadığını vurğulayır. Politoloq önəmli diplomatik mövqelərə götürlən işçilərin xüsusi testdən keçirildiyini vurğulayır. “Samir İsmayılov səfirlikdə elə də önəmli diplomatik mövqe tutmayıb. O, sadəcə səfirliyin təsərrüfat xidmətinin müdiri idi. Görünür, işində nəsə dolaşıqlıq var ki, geri qayıtmaq istəmir”, - deyə Fikrət Sadıqov ANS PRESS-ə bildirib.

Politoloq bu cür problemlərin həlli üçün belə diplomatları məhkəməyə verməyə təklif edir: “Bunlar həmin ölkələrdən sığınacaq almaq istəyirdilər, xidmət müddəti başa çatmamış bu addımı atmalı idilər. Dövlət bu işçilərə və ailələrinə külli miqdarda vəsait xərclədikdən sonra onların başqa ölkəyə getməkdən imtina edərək, sığınacaq istəməsi artıq sui-istifadədir. Buna görə də məhkəmə qarşısında cavab verməlidirlər. Bunun üçün diplomatik fəaliyyət haqqında qanuna da xüsusi əlavə etməyə ehtiyac var”.
Bununla yanaşı, Azərbaycanda da dünyanın əksər dövlətçiilk ənənəsi olan ölkələri kimi diplomatların xüsusi testdən keçirilməsinə ehtiyac var. Artıq bir neçə yüz ildir ki, Çində diplomatik xidmətə götürülən əməkdaşlar Konfutsi təlimindən xüsusi imtahan verirlər. Bu imtahanlar digər dövlət qulluqçularının verdiyi imtahanlardan fərqlənir. Çünki diplomat savadlı olmaqla yanaşı həm də patriot olmalıdır. Postsovet məkanı ölkələrindən Ukrayna da artıq keçən ildən diplomatlar üçün xüsusi testlər təbiq edilir.
Həmçinin Azərbaycan diplomatik xidmətə götürülmüş istənilən əməkdaşa başa salınmalıdır ki, bir ölkələ xidmət müddəti 5 ili keçə bilməz. Diplomatın xidmət etdiyi ölkə ilə bağlı uzun müddətli planlar qurmasına imkan vermək olmaz və bu qanuna xüsusi əlavə kimi daxil edilməlidir. Əmək müqaviləsinə bu qaydanın pozulması ilə bağlı xüsusi bənd salınmalıdır ki, bu cur əməkdaşı məhkəməyə vermək üçün hüquqi əsas olsun.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI