Bağça müdiri Elmira xanım gələcəyimiz sayılan uşaqlara soyuq münasibət göstərir
Gundem
Oxunub: 1 815
17 okt 2015 | 16:11
Bağça müdiri Elmira xanım gələcəyimiz sayılan uşaqlara soyuq münasibət göstərir
















Ölkə bağçalarının inkişafına xüsusi önəm verilir.

Ölkəmizin gələcək qurucularının formalaşaraq yetişməsində böyük əməyi olan uşaq bağçaları, bir sıra problemlərlə gündəmlərdən səngimək bilmir. Sosial problemlər kateqoriyasına aid olunan pedaqoji bağça problemləri, hər zaman tərəfimizdən xüsusi nəzarətə götürülərək, körpələrimizin bağçalarda lazımi şəraitlə təmin olunma sxemini müxtəlif materiallar vasitəsi ilə işıqlandırmışıq. Elə ötən ay qəzetimizdə işıq üzü görən "Yasəmən" uşaq bağçasında qanunsuz işlər cərəyan edir" sərlövhəli yazımızda olduğu kimi, bu sahədə baş verən hər hansı bir problemlərə gələcəkdə də obyektiv yanaşaraq ictimaiyyətin ixtiyarına verəcəyik. Tərbiyəvi xarakter daşıyan ötən material, heç də sözügedən bağçanın fəaliyyətində dönüş yaratmadı. Necə deyərlər: "Köhnə hamam, köhnə tas". 3 nömrəli "Yasəmən" uşaq bağçası körpələr evinin mövcud durumu heç də ürəkaçan deyil. Söhbətin bizim gələcəyimiz olan şirvanlı vətəndaşların formalaşmasında yaranan ciddi problemlərdən getdiyini bir daha diqqət önünə çəksək, o zaman bu mövzuya qarşı həssas olmaq, hər bir ölkə vətəndaşının borcudur. Ümumilikdə uşaq bağçaları, məktəbəqədər təhsil sisteminin çox mühüm bir pilləsidir. Bütün inkişaf etmiş ölkələrdə uçaq bağçaları - təhsilin əsas və ilkin pilləsi kimi hesab olunaraq elə ilkin məktəbəqədər təhsil müəssisəsi sayılır. Lakin "Yasəmən" uşaq bağçasının komplekslərdən azad müdiri Elmira xanım isə belə düşünmür. Çünki, Elmira xanım sözügedən bağçanı, "qızıl boxçası" timsalında görür. Burada hökm sürən qeyri-normallıq atmosferi, Elmira xanımın necə bir rəhbər olduğunu bir daha ön plana çəkir. Uşaqlarımızın idrak və təfəkkürünün formalaşdığı "Yasəmən" uşaq bağçası, neqativ səbəblər üzündən valideyn kütləsinin haqlı narazılıqları ilə müşayiət olunur. Gələcəyimiz olan uşaqlarımızın cəmiyyətdə və evdə özünü aparmalarını, ibtidai biliklərə yiyələnmələrini, habelə onların sağlamlığının əsas şərtləri olan sanitariya - gigiyena qaydalarına əməl olunması mexanizminə qəti şəkildə əməl etməyən Elmira xanım, uşaqlarla qeyri - konstruktiv davranışlara yol verir. Buranın tərbiyəçiləri isə, tərbiyəçi deyil, sanki "Gestaposu" xarakteri daşıyaraq uşaqlarla aqressivliklə davranırlar. Uşaqlara adi bir şeri parçası, o cümlədən elementar olaraq ölkə himnini belə öyrətməyən tərbiyəçilər, "Yasəmən" uşaq bağçasının zəruri qida elementləri ilə təmin olunmasında səhlənkarlıq nümayiş etdirirlər. "Sup ilə yaşayaq" şüarını əldə rəhbər tutan bağça rəhbərliyi, sadalanan nöqsanlar müqabilində bir dəfə də olsun şəhər İcra Hakimiyyəti tərəfindən heç bir cəza və o cümlədən ciddi xəbərdarlıq almayıb. Görəsən ciddi neqativ fəaliyyətlər mərhələsini yaşayan "Yasəmən" uşaq bağçasının rəhbərliyinin cəzalanması üçün nə etmək lazımdır ki, Şirvan kimi iri sənaye şəhərində uşaqlarımızın heç olmasa 60%-ni zəruri təlim - tərbiyə elementləri ilə təmin edərək cəmiyyətin normativlərinə cavab versin? Bağça ərazisini tamamilə zəbt edib dövlət hesabına maliyyələşən müasir üslubda təmir olunmuş otaqları, lazımsız və köhnə inventarlarla dolduraraq uşaqları yararsız otaqlarda yerləşdirənlərə qarşı necə davranmaq lazımdır? Bu gün müasir Azərbaycanın azyaşlı nümayəndələri olan uşaqlarımızın fiziki və mənəvi sağlamlığının qorunması məsələsi dövlətimizin daimi diqqət mərkəzindədir. Şübhəsiz ki, dövlətçiliyimizin bu addımı, Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində atılan bir addımdır. Ölkə vətəndaşlarının normal həyat sürməsi və o cümlədən cəmiyyət maraqlarına xidmət etməsi üçün tələb olunan ilk meyar isə sağlam düşüncə və sağlam orqanizmdir. Bu gün ölkə vətəndaşlarının övladlarının sağlam gələcəyini təmin etmək missiyası kimi vacib postlardan birini tutan Elmira xanım kimi laqeyd və korruptiv Elmira xanım gələcək cəmiyyətə biganəlik nümayiş etdirir. Gələn sayımızda ünvanlı sosial yardımını Elmira xanma verdiyini deyən zavallı valideynin acı etiraflarından söhbət açacağıq.
Dünən, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Dünən, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Dünən, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Dünən, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Dünən, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Dünən, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Dünən, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Dünən, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Dünən, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Dünən, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Dünən, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Dünən, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Dünən, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Dünən, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Dünən, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Dünən, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Dünən, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Dünən, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Dünən, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Dünən, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Dünən, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Dünən, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Dünən, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
24-08-2026, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
24-08-2026, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
24-08-2026, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
24-08-2026, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ