Məktəbi şəxsi mülk kimi idarə edərək ölkənin ali qanunlarına etinasızlıq nümayiş etdirirlər

Ölkənin ümumtəhsil sahəsi - Azərbaycan Respublikasının Konstitusiyasını, Təhsil qanununun əhatə etdiyi müvafiq fərman, qərar və sərəncamları ilə, Təhsil Nazirliyinin əsasnaməsi və digər normativ sənədlərə uyğun fəaliyyət göstərir.
Təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil şöbəsinin (idarələrinin) və təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin, yaradıcılıq fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin yüksəldilməsi, ümumi təhsilin əsas inkişaf prioritetlərini müəyyən edir. Azərbaycan Respublikasının təhsil sistemi, hər zaman tolerantlıq nümayiş etdirərək məktəblərində Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız və alman dillərinin tədrisini təmin edir. Şirvan şəhərində ilk məktəb Kür sahilində 1920 -1921-ci illərdə ibtidai məktəb kimi açilmiş, natamam 1 nömrəli məktəb isə 1926-ci ildə tikilmişdir. 1957-ci ilə kimi Şirvan şəhərində cəmi 1 məktəb fəaliyyət göstərmişdir. Lakin rayon kimi 1942-1943-cü dərs ilində 4 məktəb var idi. Onlardan biri şəhərin özündə, digərləri isə indiki Salyan rayonunun yuxarı Xalac və eləcə də qonşu Sabirabad rayonunun Muğangəncəli və Şəhriyar kəndlərində yerləşirdi. Ümumiyyətlə rayonda neft istehsalınin və yeni sənaye müəssisələrinin inşasına başlaması, Əli-Bayramlı rayonunun ləğv edilərək şəhər statusu alması, təhsilin inkişafına böyük təkan vermişdir. Hazırda 14 tam orta,1 ümumi orta və 1 ibtidai olmaqla 16 ümumi təhsil məktəbi, 5 məktəbəqədər tərbiyə və 60 məktəbdən kənar tədris müəssisələri fəaliyyət göstərir. Bütün təhsil müəssisələrinin maddi texniki bazasi yüksəldilmiş, istilik sistemi ilə təchiz olunmuşdur. Bu gün Şirvan təhsili, ölkənin təhsil həyatında özünəməxsus yer tutaraq təhsilin ümumi inkişafina böyük töhfələr verir. Lakin müvəffəqiyyətlərlə yanaşı bir sıra ciddi problemlər ağuşunda boğulan şəhər təhsili, bir sıra neqativ fəliyyətlə dövlətin təhsil islahatlarından konkret olaraq məhrumdur. Belə ki, fəaliyyətində bir sıra ciddi neqativ faktlar aşkarlanan? 1 nömrəli məktəb-lisey, məktəbin müvafiq rəhbərliyi tərəfindən qanunsuz hallar əsasında idarə olunur. Liseyin rəhbəri Rəfiqə Rzayeva isə, üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə, ölkənin təhsil proqramının təşkili işində ciddi nöqsanlara yol verir. Rəfiqə Rzayeva, məktəbi sanki şəxsi mülkü kimi idarə edərək ölkənin ali qanunlarına etinasızlıq nümayiş etdirir. Bundan əlavə litseydə təhsilin normadan aşağı olması, "müxtəlif yollarla" litseyə şagird qəbulu sistemi, davamiyyətin normadan aşağı olması kimi hallar durmadan artır. Yol verdiyi nöqsan və özbaşınalıqlarla ümumi şəhər təhsilinin geriləməsinə potensial səbəbkar olan Rəfiqə Rzayeva, həmçinin məktəbdə anti-santariyanın tüğyan etməsinə belə göz yumaraq şəxsi ambisiyasına xidmət edir. Rəfiqə Rzayeva liseyə rəsmi şəkildə götürdüyü sanitar işçilərinin üzünü görməsə də, onlara təyin olunmuş ştat əmək haqlarını təyinatdan kənar işlərə sərf edir. O cümlədən litsey tualetin bərbad və yararsız vəziyyətdə olması, sadalanan nöqsanlardan bir daha xəbər verir. Uşaqlarımızın istifadə etdikləri tualetin natəmiz olması, liseydə mühüm profiaktik tədbirlərin vacibliyini ön plana çəksə də, mövcud durum nəinki Rəfiqə xanımı, hətta Şirvan Şəhər Təhsil şöbəsini belə maraqlandırmır. Narazı müəllim heyəti, baş alıb gedən özbaşınalıqlardan narahatdırlar. Liseyin pərdələrini belə evlərinə aparıb yudurdan pedagoji heyət, o cümlədən öz siniflərində təmizlik işlərini aparmaq məcburiyyətində qalıblar. Bu özbaşınaliq nə ilə əlaqələnir?! Təhsil şöbəsi bu məsələyə hansı səbəblərdən göz yumur? Bütün bunları görən uşaqların bir çoxu baş verənləri öz valideynlərinə irad edərək liseyi tərk etmələrini tələb edirlər. Nəticədə, şagirdlər təhsilini yarimçıq buraxaraq yeni məktəblərə üz tuturlar ki, bu da onların periodik təhsildən yayınmalarına gətirib çıxarır. Lakin şəhər Təhsil şöbəsi hələ də bu zavallı şagirdlərin halına acımayaraq Rzayeva Rəfiqənin barəsində heç bir tədbir irəli sürmür. Məhz bu cür səhlənkar yanaşmanın nəticəsidir ki, ölkə vətəndaşlarının təhsil sisteminə olan inamı, günü-gündən nüfuzdan düşməkdədir. Azərbaycanın təhsil sisteminin inkişafı üçün birinci mərhələ - infrastruktur quruculuğu dövrü artıq başa çatmaq üzrədir. "Cəmiyyətin inkişaf etməsində ölkə təhsilinin mühüm rola malik olması, Azərbaycanda savadsızlıqla mübarizə edərək vətəndaş intellektinin, elmin, təhsilin inkişafina xidmət etməklə əks olunur. Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. İntellekt və potensial, bu gün və eləcə də gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir. Bəli, təhsildəki problemlər, bu gün hər bir vətəndaşı düşündürəcək qədər aktuallığa malikdir, Lakin, mövcud olan problemlər vaxtında həll edilməlidir ki, ali təhsil sferasında keyfiyyət göstəricilərinin sayı artsın, elmi sahədə ciddi nailiyyətlər əldə olunsun. Bununla da, ölkədə insan kapitalının formalaşdırılması prosesi davamlı xarakter alsın. Lakin Rəfiqə Rzayeva kimi kadrların təhsil kimi vacib bir sahəni əhatə etməsi, gənclərin elm-təhsil və mədəniyyətinin, intellektual potensiallarının ortaya çııxmasını əngəlləyərək təhsilin imicinə böyük ziyan vurur. Belə kadrların xalqın elm, bilik potensialına vurduğu ağır zərbələr, sabahın müstəqil Azərbaycan cəmiyyətinin büdrəməsinə gətirib çıxaracaqdır. Güman edirik ki, Təhsil Nazirliyinin müvafiq rəhbərliyi bu materialı oxuduqdan sonra "ziyanın yarısından qayıtmaq da xeyirdir" zərb - məsəlinə uyğun olaran 1 nömrəli məktəbin fəaliyyətsiz rəhbərliyi barədə ölçü götürəcəkdir. P.S. Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI