"Zapravka"nın işçiləri sürücülərə kələk gəlir
Gundem / Sosial
Oxunub: 1 529
9 okt 2015 | 06:52
"Zapravka"nın işçiləri sürücülərə kələk gəlir
















Paytaxtda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı günü-gündən çoxalsa da, əksəriyyətinin fəaliyyəti istehlakçıları razı salmır.

Belə ki, yanacaqdoldurma məntəqələrinin çoxu yanlış ərazilərdə yerləşdirilib. Belə zapravkalardan biri də Binəqədi rayonu ərazisində yerləşən Binəqədi (BP) petrol yanacaqdoldurma məntəqəsidir. Sözügedən obyekt Azadxan adlı iş adamına məxsusdur. Binəqədi petrol yanacaqdoldurma məntəqəsi əhalinin sıx məskunlaşdığı ərazidə yerləşdirilib. Yaşayış evləri ilə zapravka arasında məsafə azdır. Ona görə də sözügedən yanacaqdoldurma məntəqəsi həmin ərazidə məskunlaşan sakinlər üçün təhlükə mənbəyidir.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq dünyanın bir sıra ölkələrində "zapravka"lar yaşayış evlərindən ən az bir kilometr uzaqlıqda yerləşir. Bu ölkələrdə yanacaqdoldurma məntəqələrində qəza baş verəndə vətəndaşlar bundan əziyyət çəkmirlər. Azərbaycanda bu sahədə qanunvericilik bazası yox deyil. Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən verilmiş lisenziya ilə tənzimlənir. Lisenziyanın tələbinə görə, yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırma aparmalıdırlar.

Müvafiq qanunvericiliyə əsasən, yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol sahələrində salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmiryol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədəmüvafiqdir. Həmçinin bu cür obyektlərin layihələndirilməsi zamanı 1200 minik avtomobili üçün 1 yanacaqpaylama kolonkası nəzərə alınmaqla həyata keçirilməli və onların torpaq sahələrinin ölçüləri hektarla qəbul edilməlidir. Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur. Bu məsafə yanacaqpaylama kolonkalarından və yeraltı maye yanacaqsaxlama çənlərindən hesablanmalıdır. Təhlükəsizliyi təmin etmək məqsədilə yüksək gərginlikli, yəni 1000V və daha yuxarı gərginliyə malik elektrik hava xətlərindən yanacaqdoldurma məntəqələrinə qədər olan məsafə 10 metrdən az olmamalıdır. Gərginlik və ya digər parametrlərdən asılı olmayaraq yüksək gərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır.

Təhlükəsizliyin təmin olunması məqsədilə yanacaqdoldurma məntəqələri, həmçinin yeraltı və yerüstü magistral qaz kəmərlərindən müəyyən məsafədə aralı olmalıdır.

Lakin iş adamı qanunları pozaraq "Binəqədi petrol" yanacaqdoldurma məntəqəsinin fəaliyyətini həyata keçirir. Bizə daxil olan şikayətlərdə göstərilir ki, sözügedən "zapravka"nın operatorları sürücüləri aldatmaqla məşğuldur. Belə ki, adını çəkdiyimiz yanacaqdoldurma məntəqəsinin işçiləri müəyyən yollarla yanacağı çənə az vururlar. Bundan başqa "Binəqədi petrol" yanacaqdoldurma məntəqəsində yanacağın keyfiyyəti həddindən artıq aşağıdır. Bir sözlə, orada xidmət sıfıra bərabərdir.

Hətta "zapravka"da çalışanların əksəriyyəti iş vaxtında mobil telefon istifadə edirlər.

Xatırladaq ki, "zapravka"larda mobil telefonlardan istifadə olunması da təhlükəsizlik qaydalarına uyğun deyil. Yadda saxlamaq lazımdır ki, cib telefonlarının açılması və ya zəng çalması nəticəsində yaydıqları dalğa yanmaya səbəb ola bilər. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrində olarkən və ya maşınlara, yanacaq doldurarkən mobil telefonlardan qəti surətdə istifadə edilməməlidir.

Mənbənin sözlərinə görə, "Binəqədi petrol" yanacaqdoldurma məntəqəsinin yanında Azadxan adlı iş adamına məxsus hamam fəaliyyət göstərir. Lakin deyilənlərə görə, obyekt hamam adı altında başqa məqsədə xidmət edir. Azadxan adlı iş adamı heç kəsdən və heç nədən çəkinmədən qanunlara məhəl qoymayaraq bu cür xoşagəlməz işlərə yol verir. Bu şəxsin fəaliyyətinin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Ümid edirik ki, hüquq mühafizə orqanları iş adamının rəhbərlik etdiyi obyektlərdə yoxlamalar aparacaq və lazım gələrsə, həmin şəxsin məsuliyyətə cəlb olunmasını təmin edəcək.
Dünən, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Dünən, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Dünən, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Dünən, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Dünən, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Dünən, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Dünən, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Dünən, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Dünən, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Dünən, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Dünən, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Dünən, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Dünən, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Dünən, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Dünən, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Dünən, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Dünən, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Dünən, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Dünən, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Dünən, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Dünən, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Dünən, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Dünən, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
24-08-2026, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
24-08-2026, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
24-08-2026, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
24-08-2026, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ