Qətl yoxsa "namus cinayəti"
Gundem / Sosial
Oxunub: 1 771
8 okt 2015 | 15:32
Elə həftə olmur ki, kriminal xronikada qatı cinayət hadisəsi barədə məlumat olmasın. Ata-anasını gecə yatdığı vaxt qətlə yetirən oğlu, qaynatası ilə birləşib ərini öldürən, daha sonra ayaqyoluna atan qadın... Bunlar sadəcə son günlər kriminal xronikada yer alan, yada düşən ən tükürpədici hadisələrdən bir neçəsidir.

Amma son illər adına "namus cinayəti" deyilən, əsasən qadınların vəhşicəsinə qətlə yetirilməsi ilə müşayiət olunan hadisələrin sayı artmaqdadır. Qəribə xəyanət hekayələrinin də fonda olduğu hadisələrə isə cəmiyyətin təpkisi birmənalı olur. Xüsusən Şərq cəmiyyətlərində sözügedən cinayətlərə az qala haqq qazandırılır.

Ümumən, dünya üzrə rəqəmlərə nəzər salaq. Birləşmiş Millətlər Təşkilatının Demoqrafik Fondunun məlumatına görə, hər il dünyada 5 mindən çox qadın namus məsələsinə görə öldürülür. Bu cinayətlərin 70 faizi ərləri, ya da sevgililəri tərəfindən törədilir. Dünyada hər 3 qadından 1-i həyatının bir dönəmində zorakılığa məruz qalır. Hər 5 qadından 1-i isə həyatının hansısa mərhələsində təcavüz və yaxud təcavüz cəhdinin qurbanı olur. ABŞ-da hər 90 saniyədə 1 qadın təcavüzə uğrayır, İraqda 2003-cü ilin aprelindən bu yana ən azı 400 qadın təcavüzə uğrayıb. Bu cinayətlər daha çox Banqladeş, Braziliya, Ekvator, Misir, Hindistan, İsrail, İtaliya, İordaniya, Mərakeş, Pakistan, Türkiyə, Uqanda və İngiltərədə baş verir.

ABŞ-da qadınlar daha çox silahla öldürülür, Hindistanda amansız yola əl atırlar. Hindlilər qadınları döyür, sonra da yandırırlar. Polislərə isə "mətbəx qəzası" deyib, canlarını qurtarırlar.
Türkiyədə mürtəce tayfa adət-ənənələri və namus məsələsi qadınların həyatı üçün real təhlükədir.

"Təmiz dünya" İctimai Birliyinin araşdırmalarına görə, Azərbaycanda 2013-cü ildə 56 qadın öldürülüb, 32 qadınla bağlı isə ölümə qəsd faktı qeydə alınıb. Öldürülən qadınlardan 24 nəfəri qısqanclıq zəminində, 9-u ailə münaqişəsi zamanı, 1-i isə namus üstündə qətlə yetirilib. Daha 18 nəfər münaqişə nəticəsində öldürülüb. Qısqanclıq zəminində ölümə qəsdlə üzləşənlər 21 nəfər, münaqişə nəticəsində ölümə qəsdlə üzləşənlər isə 12 nəfər olub. Araşdırmaya görə, 2012-ci ildə 15 qadın əri tərəfindən öldürülüb. Kişilərin öz həyat yoldaşlarını öldürməyə cəhd etməsi ilə bağlı isə 13 fakt qeydə alınıb. 2 qadını qardaşı qətlə yetirib. Ölümə qəsdlə bağlı isə bu faktların sayı 4 olub. Kürəkəninin qətlə yetirdiyi qaynanaların da sayı az deyil - 4 nəfər. Bacısı oğlu tərəfindən 5 nəfər, tanışı tərəfindən 10 nəfər, atası tərəfindən isə 1 nəfər qətlə yetirilib. Öldürülən qadınların 3-ü balta, 3-ü isə tüfənglə qətlə yetirilib. Ölüm halları ilə bağlı qalan 50 hadisə bıçaqla törədilib.

Əvvəllər namus cinayətlərinin qurbanları əxlaqsızlıq edən və təcavüzə uğramış qızlar olurdusa, bu gün ailədaxili problemlər nəticəsində öldürülən qadınların üzərinə ləkə kimi "əxlaqsız" damğası vurulur və cinayətkar özünü namuslu insan kimi təqdim edir.
Eyni təşkilatın KİV-də apardığı monitorinqə əsasən, 2012-ci ildə təxminən 109 "namus üstündə qətl" törədilib, bu cinayəti törətmək istəyi ilə bağlı təxminən 63 cəhd qeydə alınıb. 2011-ci ildə 136 nəfər öldürülüb. 2013-cü ildə isə artıq təxminən 38 "namus üstündə qətl" törədilib.

Dünyada hər il ən azı 20 min qadının "namus üstündə" öldürülməsi isə bir başqa statistikanın nəticəsidir.

Psixoloqlar məsələni tamam fərqli aspektdən izah edir. Onların qənaətinə görə, öldürülən qadınların heç də hamısı əxlaqsız olmur. Çünki öldürülən zərif cinsin nümayəndələrinin bir hissəsi iftiraya məruz qalan qadınlar, digər bir hissəsi isə ailə adət-ənənələrinə üz çevirən qadınlardı. Öldürülən 10 qadından 2-nin əxlaqsız olma ehtimalı var. Amma bunu da heç kəs sübuta yetirə bilməz.

Yaxşı, bəs bu qəddar qətllərin kökündə nə dayanır? Sovet dönəmində də bu cür qətllərin olduğunu düşünən sosioloqların fikrincə, həmin vaxt media, sosial media bu qədər aktiv olmadığı üçün hər şey "bir daş altda, bir daş üstdə" prinsipi ilə gizli saxlanırdı. Amma indi baş verənlər dərhal mediaya, oradan da cəmiyyətin bütün təbəqələrinə yayılır. Nəticədə isə ajiotaj yaranır.

Amma belə düşünənlərlə yanaşı, məsələnin psixoloji qatlarına enənlər də az deyil. Belə ki, heç də hər şey kasıblığın yaratdığı aqressiya ilə bağlı deyil.

Cəmiyyətdə özünü göstərən ciddi təbəqələşmə vəziyyəti daha da ağırlaşdırır. İnsanların dolanmaq üçün bir neçə mərhələdən keçməsi və hər dəfə də uğursuzluğa düçar olması məlum mənzərəni daha da faciəvi edir. Həyatda uğur qazana bilməyənlər çox vaxt aqressiyasını daha çox öz yaxınından çıxarır. Ən kiçik səhvini belə bağışlamır və bəzən "sudan səbəblərlə" emosiya partlaması yaşayırlar.

Aqressiyanın, dolayısı ilə belə dəhşətli, amansız qətllərin kökündə həm də işsizlik duru. Sutkada 11-12 saat çalışan adamlarda isə fiziki yorğunluqla yanaşı, mənəvi gərginlik də olur və bu, özünü aqressiya formasında üzə vurur.

Dünya üzrə yayılan anlayışlardan biri də cinayətin profilaktikasıdır. Yəni cinayətkarların islah olunacağı hər hansı məkan yoxdur. Son nəticədə isə haçansa cinayət edənlər təkrar cinayət törədirlər. Buna residiv deyirlər.

"Yeni Müsavat"
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI