GÖYÇAYDA AĞLASIĞMAZ OLAYLAR

İcra başçısının qardaşı oğlu Olimpiya Kompleksində qumarxana açıb
Uzun müddətdir ki, ölkədə məmur övladlarının və qohumlarının özbaşınalığı əsas problemlərdən birinə çevrilib. Hətta bu məsələ ölkə başçısı səviyyəsində də müzakirə olundu, bir sıra məmurlar və övladları cəzalandırıldı. Amma buna baxmayaraq, bəzi məmurlar hələ də nəticə çıxarmırlar.
Bu günlərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qohumları, xüsusən də, məmur qardaşı oğlu ilə bağlı ilginc iddia ortaya çıxıb.
Belə ki, Mübariz Ağayevin qardaşı oğlu rayon Olimpiya İdman Kompleksinin müdiri vəzifəsində çalışır. O, kompleksdə rəhbər olduğu vaxtdan burada qanunsuzluqlar baş alıb gedir. Belə ki, rayondakı Olimpiya Kompleksinin zalları müxtəlif şəxslərə icarəyə verilib. Pulsuz məşq etməli olan idmançılardan belə, hər ay pul tələb olunur.
Mənbə bildirir ki, o, hələ keçmiş icra başçısı Mənsur Məmmədovun vaxtında da Kompleksdə özbaşınalıq edib. Ancaq rayon icra başçısı Mübariz Ağayev gələndən sonra sanki kompleks onun şəxsi obyektinə çevrilib və buradan öz mülkiyyəti kimi istifadə edir.
Mənbənin iddiasına görə icra başçısının qardaşı oğlu kompleksdəki idman zallarını ayrı-ayrı sahibkaralara icarəyə verərək bu yolla pul qazanır. Kompleksin böyük zallarını bölərək sauna kimi işlədən icra başçısının qardaşı oğlu ilə və burda baş alıb gedən əxlaqsızlıqla bağlı bir neçə dəfə aidiyyatı orqanlara şikayət edilsə də, sonda heç bir nəticə əldə olunmayıb.
Mənbə onuda bildirir ki, Mübariz Ağayevin qardaşı oğlu bir çox otaqlarda dostları və “özəl” qonaqları üçün qumarxana yaradıb. Həmin qumarxanalarda demək olar ki, hər gün gecələr Göyçay rayonunda məmur işləyən şəxslərin övladları əylənir, müxtəlif qumar oyunları ilə məşğul olurlar.
Mehman Salmanov yetimlərə oruc tutdurur
Təhsil Nazirliyinin Göyçay rayonundakı internat tam orta məktəbinin dahi şairlərimizdən Səməd Vurğunun adını daşımasına, şəhərin Rəsul Rza küçəsində yerləşməsində görünür, bir əlamət varmış. Bu müssisədə məskunlaşmış uşaqlardan birinin valideyni internat-məktəbdə baş verənləri yazdığı şeirlə təsvir etməyə çalışıb. Doğrudur, S. Vurğunun, R. Rzanın poeziyası ilə müqayisəyə gəlməsə də, hər halda diqqətə layiqdir. Hələliksə, həmin şeiri təqdim etməzdən əvvəl hörmətli oxucularımızı məktəbin fəaliyyəti barədə bəzi həqiqətlərlə tanış etmək istəyirik.
Əsasən kimsəsiz və əlil uşaqlar üçün nəzərdə tutulan və nüfuzlu ictimai təşkilatların himayəsində olan Göyçay internat-məktəbinə Mehman Salmanov rəhbərlik edir. Daha dəqiq desək, rəhbərlik etmir, çapıb-talayır. Aztəminatlı ailələrin uşaqları üçün dövlət tərəfindən verilən müavinətlər təyinatı üzrə çatmır. İnternat direktoru Salmanov bu işdə öz vasitəçilik funksiyasını yerinə yetirmir, əmanətə xəyanət edir. Kağız üzərində qeydiyyatda 350 uşaq olsa da, gün ərzində 80-100 nəfər, yay mövsümündə isə daha az uşaq məktəbdə olur və qidalanır. Bir vaxtlar ictimai iaşə xidməti sistemində (OPİT) işləyib kifayət qədər yeyinti təcrübəsinə yiyələnən Mehman Salmanov indi həmin təcrübəni uğurla tətbiq edir. Direktor bütün uşaqların dilindən yazılı iltizamnamə alır ki, guya onlar hər gündə dörd dəfə keyfiyyətli xörək yediklərini təsdiqləyirlər. Beləliklə, 350 nəfərin Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun kəmiyyətdə ərzaq payının təxminən 4/3 hissəsi mənimsənilərək, direktor və onun korrupsiya ortaqları tərəfindən “həzm-rabe”dən keçirilir. Qalan guya çatdırılan ərzaq da mətbəxdəki vaxtı keçmiş, keyfiyyətsiz məhsullardır. Hələ ayrı-ayrı xeyriyyə təşkilatlarının, bələdiyyələrin uçota alınmayan yardımlarını, sahibkarların ianələrini, dini icmaların göndərdikləri ehsan paylarını demirik. Dini icmadan söz düşmüşkən, internatda baş alıb gedən qanunsuzluqlardan müxtəlif vaxtlarda həm aidiyyati dövlət qurumlarına, də qeyri-hökumət təşkilatlarına, o cümlədən, Əbu-Bəkr məscidinə şikayətlər olunub. Həmin şikayət direktorun gözünə dəyən kimi, uşaqlara “öyüd-nəsihət” verməyə başlayıb ki, bəs Allahın Evinə (bizim misalda məscidə) şikayətçi düşməyi haqq etmək üçün gərək namaz qılasan, yeməyib-içməyib oruc tutasan. Bu yolla Mehman Salmanov uşaqları həmin o dörddə bir pay keyfiyyətsiz qidadan da məhrum etmək istəyir.
Əlbəttə, internat-məktəbin direktorunun ərzaq maxinasiyaları hələ lap ertədən – həmin məhsulların dövlət satınalınmasının keçirildiyi tenderlərdən başlayır. Nədənsə, həmin tender və kotirovka sorğularında həmişə eyni firmalar qalib gəlir ki, bu sırada qutudan adı daha tez-tez çıxan Mehmanın ən etibarlı maxinasiya tərəfdaşı “Çinar Ticarət – 1” MMC – dir. O da bildirilr ki, Samanovun haram gəlirlərini formalaşdıran daha bir mənbə əmək təlimi vəsaitlərinin aktla silinərək satılmasıdır. Dərs bölgüsü müstəvisində həyata keçirdiyi qanunsuzluqlar da direktor az gəlir gətirmir. Bir ara lap söz çıxdı ki, o, hətta məktəbin balansına aid torpaq sahəsinin də bir hissəsini satıb. Amma həmin məsələdə Göyçay RİH – nin baççısı cənab Mənsur Məmmədovun adı hallandığı üçün söz-söhbət çox uzun çəkmədi. Fərqli olaraq, internat-məktəbə qoşulmuş bu şeiri ömrü isə zənnimizcə uzun olacaq və zaman – zaman xatırlanacaq.
Ey müsəlman imana gəl,fitrə ver
Ramazandır ay qardaşlar,bacılar,
Ayaq saxla,səmti dəyiş qulaq ver.
Körpələrin azuqəsi qurtarıb,
Ey müsəlman iman gətir,fitrə ver.
*****************************
Keçmişindən belə deyib dədələr,
Əməliylə hər bir insan ad eylər.
Dərd eyləmə keçmişini föftə ver,
Ey müsəlman iman gətir,fitrə ver.
*****************************
Ac qalıbdır körpələrim dad eylər,
Nalələri göyə dəyər çat eylər.
Uzaq gəzmə,həmdəmim ol ümid ver,
Ey müsəlman imana gəl,fitrə ver.
*****************************
Anbarda qalmayıb nə öyünə yağ,
Kefim kökdür,nəşəm artıq,damağ çağ.
Ortağımla aramızdan əsməz yel,
Ey müsəlman iman gətir,fitrə ver.
*****************************
Coluğ-cocuq dərdi çəkən deyiləm,
Elm öyrədib alim yetişdirmərəm.
Lal ol – uşaq,açma qarşımda sən dil,
Ey müsəlman iman gətir,fitrə ver.
*****************************
Ərzağı mən bazarda satdıraram,
“Yuxarı”nın hesabın çatdıraram.
Qəmli durma körpəm,danış bir az gül,
Ey müsəlman iman gətir,fitrə ver.
*****************************
Yemək yoxdur,ümid ki,var ağlama,
Tanrıya əl tut,mənə bel bağlama.
Lal-kar ölsən,özgəsinə vermə sirr,
Ey müsəlman iman gətir,fitrə ver.
(Ardı var)
"Qaynar Xətt" qəzeti
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI