Qanunları pozan dövlət qurumu
Gundem
Oxunub: 1 753
1 okt 2015 | 16:42
Televiziyaların redaksiya siyasətinə bir başa müdaxilə təhlükəli nəticələrə aparacaq.
Qanunları pozan dövlət qurumu
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS TV-nin efirində ötən gün yayımı dayandırılmış "Sən tək deyilsən" proqramının efir vaxtında - həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər, saat 16.20-dən - 19.00-dək və "Xoşqədəmlə axtarıram səni" proqramının efir vaxtında " hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının təmin edilməsinə dair qərar çıxarıb.

ANS PRESS-in məlumatına görə, bununla MTRŞ onun səlahiyyətində olmayan məsələ ilə bağlı ANS TV-yə göstəriş verməklə kanalın yaradıcılıq və redaksiya müstəqilliyini məhdudlaşdırmağa çalışır.

Hüquqşunas Ələsgər Məmmədli Teleradio Şurasının bu tələbinin qanunsuz olduğunu deyir. Onun sözlərinə görə, Şuranın telekanallara hansı saatda və həftənin hansı günü nə tip verilişlərin yayımlanmasına dair qərar çıxartması televiziyanın fəaliyyətinə müdaxilə hesab olunur: "MTRŞ hər hansı bir televiziyanın işinə müdaxilə edə bilməz. Yayımlanacaq verilişlərin konkret sahəyə aid olmasını da Şura müəyyən etmir."

Hüquqşunas həmçinin qeyd edib ki, Avropa Yayım İttifaqının belə tip qurumlara olan tövsiyyələrində də qeyd olunur ki, televiziyaların yaradıcılıq müstəgilliyinə müdaxilələr yolverilməzdir. Burda sadəcə qanuni nəzarət ola bilər. “Bu tip məsələlərə dair qərarların qəbul edilməsi MTRŞ-ın səlahiyyətində deyil.”

MTRŞ-nın əsaslandığı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda Şuranın səlahiyyət dairəsində olan məsələlər aydın göstərilib: tezliklərin paylanılması, proqramların məzmununa görə onların hansı saatda yayımlanmasının müəyyən edilməsi, efirdə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət, reklamların qanunvericiliyə uyğun yayımlanması.

Həmin qanunun 2.4. bəndində isə qeyd edilir ki, "dövlət və yerli özünüidarəetmə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqı təşkilatlarının, fiziki və hüquqi şəxslərin yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxiləsi qadağandır."

Beləliklə, MTRŞ-ın ANS-dən mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımlanması təmin etmək tələbi, tamamilə qanuna ziddir və bu qurum tərəfindən bir başa qanun pozutusu kimi qiymətləndirilə bilər.
Bəs televiziyaların redaksiya siyasətinə inzibati qaydada müdaxilə etmək, onlara efir vaxtını hansı tip proqramlara sərf etməyə dair göstəriş vermək gələcəkdə hansı problemlərə gətirib çıxara bilər? Teletənqidçi Qulu Məhərrəmli hesab edir ki, televiziyanın redaksiya siyasətinə müdaxilə edilməsi yolverilməz haldır: "MTRŞ telekanallara müəyyən məsələlər ilə bağlı tövsiyələr verə bilər, amma qərar verə bilməz ki, filan televiziya belə veriliş hazırlasın. O ki qaldı tövsiyələr əsasında yayım konsepsiyasına hansı dəyişikliklər ediləcəyinə - bu, televiziyanın öz işidir."
Qulu Məhərrəmlinin fikrinə görə, MTRŞ-nın telekanalların hansı istiqamətlərdə verilişlər hazırlanmasına dair qərar çıxartması televiziyaların redaksiya siyasətinə bir başa müdaxilədir: "MTRŞ-nın əsas işi telekanalların fəaliyyətini, yaradıcılıq məsələlərinə müdaxilə etmədən tənzimlənməsidir."
Qulu Məhərrəmli dövlət qurumunun yaradıcılıq məsələlərinə inzibati qaydada müdaxilə etməsinin gələcəkdə bir sıra problemlərə yol açacağını bildiridi: "Niyyət özü nə gədər yaxşı və işıqlı olsa da, o, nəticə etibarı ilə çox ciddi mənfi və neqativ hallara qətirib çıxaracaq. Bu təhlükəli məsələdir."
Ümümiyyətlə, televiziya məkanında hazırlanan verilişlərin məzmununu telekanal özü təyin edir. Bunun üçün bir çox televiziyaların öz yaradıcılıq şuraları var. Bu sxem təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində tətbiq olunur.

Məsələn, Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi informasiyalara nəzarət üzrə federal xidməti "Roskomnadzor" Rusiya teleməkanında olan verilişlərin məzmununu, mövzularını tənzimləmir. Qurum sadəcə müvafiq qanunvericilik əsasında telekanalların inzibati qaydalara riayət etməsinə nəzarət edir.

Eyni vəziyyət qonşu Türkiyədə də müşahidə olunur. Bu ölkədə televiziya və radioya nəzarəti "Radyo ve Televizyon Üst Kurulu" adlı qurum həyata keçirir. Bu qurumun da MTRŞ kimi əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Yəni burda da telekanalların yaratdığı verilişlərin hazırlanma prosesi və redaksiya siyasətinə müdaxilə yolverilməzdir.

Bütün bunlarla yanaşı, MTRŞ-nın Azərbaycan teleməkanında mədəni maarifçilik, intellektual xarakterli proqramlarını görmək istəyi anlaşılandır. ANS-də yayımlanmış və yayımlanan gənclərin hərbi vətənpərvərlik ruhunu artıran "Marş", məktəblilər arasında intelektual müsabiqə "Ağıl dəryası", Şirməmməd Hüseynovla "İstiqlal" verilişi, məşhur yazıçı Çingiz Abdullayevlə "UniVerSual", Mir Şahin Ağayevin müəllifi olduğu "MilliMetr" verilişləri televiziya sahəsində yayımlanan şou xarakterli proqramların heç 1/10 hissəsini təşkil etmir. Bu da şou programların daha çox reyting və nəticədə gəlir gətirməsi ilə bağlıdır.
Amma özünün maddi cəhətdən ziyana düşməsinə baxmayaraq, ANS TV bu verilişləri yayımlayır və yayımlamaqda davam edəcək.
ANS MYMŞ-nın proqram direktoru Sevda Həsənova deyir ki, ANS yaranandığı ilk gündən tarixi, vətənpərvərlik, milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş verilişlərin yayımlanması üçün efirdə kifayət gədər vaxt ayırıb. "Yaxın zamanda ANS TV tamaşaçılara yeni layihələr təqdim etməyə hazırlaşır".

ANS-in tarixi Azərbaycanın tarixidir. ANS-in məqsədləri Azərbaycan dövlətçiliyinin məqsədləri ilə üst-üstə düşür. Biz dövlətimizə 24 ildir ki, heç kəsin göstərişi olmadan xidmət edirik və edəcəyik.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI