İpoteka Fondunda nə baş verir?

Məlum olduğu kimi bu gün ölkəmizdə əhaliyə təqdim olunan ipoteka kreditləri iki kateqoriyaya bölünür.
Bunlardan biri 8%-lik illik faiz dərəcəsi nəzərdə tutulmaqla yerli bankların vəsaitlərindən verilir. Digər, güzəştli kateqoriyaya aid olan və illik faiz dərəcəsi 4% nəzərdə tutulan ipoteka kreditləri isə artıq dövlət tərəfindən maliyyələşdirilir. Bu da məlumdur ki, son vaxtlar ölkənin bank sektorunun bir çox təmsilçiləri müxtəlif maliyyə maxinasiyaları, vətəndaşların hüquqlarının pozulması kimi hallarla tez-tez gündəmə gətirilirlər. Məhz elə bu səbəbdən də əhaliyə verilən ipoteka kreditlərinin alınması prosedurlarında maksimum şəffaflığın təmin olunması məqsədilə dövlət tərəfindən xüsusi tədbirlər həyata keçirilir. O cümlədən, bir müddət əvvəl yaradılmış amf.az saytı da bu məqsədlərə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Bu elektron portalın əsas funksiyası ipoteka krediti üçün müraciət edən vətəndaşların ərizələrinin qəbulu və onların atmalı olacaqları sonrakı addımlar barədə təlimatın verilməsidir. İdeya belədir ki, vətəndaş sayta daxil olaraq özünün maliyyə imkanları barədə məlumatı, eləcə də hansı kateqoriyadan krediti və məxsusi olaraq hansı bankdan almaq istədiyini elektron ərizə formasında təqdim edir. Bir müddət sonra isə, vətəndaşa cavab və müvafiq təlimat verilir. Təbii ki, əksər vətəndaşlar bu zaman məhz güzəştli kredit almağa üstünlük verirlər. Amma...Bəli, yenə də bir əmma. Təəssüflər olsun ki, bizim işlərimizin əksəriyyəti əmmasız ötüşmür. Elə kredit almağımız da. Məsələ bundadır ki, vətəndaşlar ərizə vermək üçün amf.az saytına daxil olan zaman demək olar ki, bütün hallarda illik faiz dərəcəsi 4% nəzərdə tutulan güzəştli ipoteka kreditləri bölməsi bağlı olur. Sayta daxil olan vətəndaş yalnız 8%-lik kreditlər üçün nəzərdə tutulmuş bölməyə müraciət etmək imkanı əldə edə bilir. Bəs nəyə görə bu baş verir? Bax ən maraqlı məqam da bu sualın cavabı ilə bağlıdır. Bu xüsusda redaksiyamıza açıqlama verən etibarlı mənbənin sözlərinə görə, saytda məhz güzəştli ipoteka kreditləri bölməsini idarə edən şəxs Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondunun icraçı direktorunun müavini Rəhman Hümmətovdur. Mənbə bildirir ki, saytın hər iki bölməsi 24 saat aktiv olmalı olduğu halda, Rəhman Hümmətov özünə aid olan sistemi gün ərzində bağlı saxlayır. Yalnız sutkanın müəyyən sattlarında, həm də ümumilikdə 1 saatdan artıq olmayan vaxt ərzində sistemi aktivləşdirərkən isə, Rəhman Hümmətov öz “müştərilərindən” aldığı məlumatları özü sayta daxil edir. Mənbənin sözlərinə görə, bu müştərilərin yığılmasında Rəhman Hümmətova onun çoxsaylı yardımçıları, “maklerlər” kömək edirlər. Beləcə, çox sadə bir üsulla İpoteka Fondunun məmuru bütün qadağaları aşaraq, vətəndaşlara ipoteka kreditlərinin verilməsi prosesini özünün şəxsi biznesinə çevirə bilib. İddialara görə, Rəhman Hümmətov daha çox Bakı və Sumqayıtda fəaliyyət göstərən maklerlərin vasitəçiliyi ilə həyata keçirdiyi bu maxinasiyaların müqabilində hər kredit məbləğindən 10%-dən 18%-ə qədər qeyri-qanuni rüsum (şapka) tələb edir...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI