A.Həziyev rayonda ünvanlı sosial yardımı imkanlı ailələrə peşkəş edir
Gundem / Bolge
Oxunub: 1 760
28 sen 2015 | 06:32
A.Həziyev rayonda ünvanlı sosial yardımı imkanlı ailələrə peşkəş edir
















Sakinlər qeyd edirlər ki, ƏSMM direktoru bu vəzifəyə qədər bir neçə kənd və qəsəbədə icra nümayəndəsi olub.

Bu da onun əlaqələrini genişləndirməyə şərait yaradıb. Nəticədə sosial müavinətlərin mənimsənilməsində öz əhatəsini formalaşdırıb. Hazırda Füzulidə sosial müavinəti saxta sənədlə rəsmiləşdirən bir komanda iş başındadır.
Həmin məmur qruplaşması A.Həziyevin ətrafında sıx birləşərək imkansız ailələri sosial yardımdan məhrum edir, rüşvət piramidasını ucaldaraq varlılara kasıbların pulunu yediririr.
Şikayətçilərin dediklərinə görə, A.Həziyev ünvanlı sosial yardımı öz ailə üzvlərinə də saxta sənədlər əsasında verib. “Adil Həziyev kürəkəni Teymurov Seymur Balaxan oğlu Bakı şəhərində məskunlaşmasına baxmayaraq ona 163 manat, bibisi qızı Murtuzayeva Mahniyar Qaçay qızına 173 manat, dayısı oğlanları Əliyev Dərgah Ərşad oğluna 150 manat, Əliyev Şirvan Ərşad oğluna 141 manat, həmkəndliləri traktoru olan Quliyev Bağdad Əlabbas oğluna 111 manat, Məmmədov Ramin Yolçu oğluna 157 manat, bacanağı Həsənov Elşən Eldar oğluna 140 manat ünvanlı sosial yardım təyin etmişdir.
Daha sonra Adil Həziyev 2№-li Qayıdış qəsəbə icra nümayəndəsi işləyən Rzayev Nuğayın oğlu Cəlilzadə Cəmil Nuğay oğluna 128 manat sosial yardım təyin etmişdir. Halbuki, həmin ailənin “Cip” markalı avtomobili, pay torpağı və böyük ticarət mağazası vardır.
Bakı şəhərində məskunlaşıb yaşayan rayon sakini Qəhrəmanov Bakir Ərşad oğluna 166 manat yardım təyin etmişdir. Adil Həziyev səxavətini artıraraq katibəsi Mamedova Tacirə Abbas qızına 163 manat sosial yardım təyin etmişdir.
Bu xanımın həyat yoldaşının və ailənin avtomobil olmasını nəzərə almayan Adil Həziyevin belə məcarələri çoxdur və saymaqla qurtarmaq olmaz”.
“İcra nümayəndələri vətəndaşlarla Adil Həziyev arasında dəllal vəzifəsini yerinə yetirirlər. Adil Həziyev öz məkrli niyyətinə çatmaq üçün ünvanlı sosial yardım almağa imtiyazlı vətəndaşları qəbul edərkən onları növbəlik siyahısına yazdırır.
Bir neçə ay sonra həmin insanlara sosial sığorta kartlarının almalarını tapşıraraq daha altı ay keçdikdən sonra gəlməsini tövsiyə edir. Bu prosesdən narazı qalan insanlar sosial yardımdan imtina edirlər.
Nəticədə Adil Həziyev qazanır. Belə ki, rayonda ünvanlı sosial yardım alanların sayı azalır və yardımlar bir qrup şəxslərin iştirakı ilə mənimsəyir”, - deyə sakinlər məktubda qeyd edirlər.
Sakinlər bildirirlər ki, ünvanlı sosial yardımları alanlar bu yardımı sanki hərracda udurlar:
“İki illik sosial yardım alanlar yardımın səkkiz ayını alırlar. Yardımın bir ili Adil Həziyevə, bir ayı isə maklerə və bir ayı isə saxta arayış verən icra nümayəndəsinə çatır.
Ünvanlı sosial yardım alan şəxsin əvvəlki bir il yardım məbləği üçün rüşvət vermək məqsədilə pulu olmazsa, o, məcburən bank və kredit təşkilatlarından kredit götürərək bu “hərracda” iştirak edir.
Bu səbəbdən də sosial yardım alan şəxslər götürdükləri kredit üçün əlavə olaraq 18 faizdə kredit verən təşkilata ödədiyini nəzərə alsaq onda onlar aldıqları sosial yardımın 2 ay məbləğinin itirilmiş olurlar”.
Sakinlər yazır: “Ümid edirik ki, nazir Səlim Müslümovun ünvanlı sosial yardımların verilməsində qanunsuzluğun aradan qaldırılması və şəffaflığın təmin edilməsi ilə bağlı çağırışların Füzuli rayonuna gec gəlib çatacaq. Çünki Adil Həziyev vəzifəyə təyin olunanda Səlim Müslümovu aldatmışdır. Onun 200 hektar fermer torpağı və iri heyvandarlıq ferması olmasını gizlətmişdir. Halbuki, mövcud qanuna əsasən dövlət qulluqçusu bizneslə məşğul ola bilməz”.
Yazı ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI