Bakıda yenə Ermənistan nömrə nişanlı avtomobilin olmasıyla bağlı məlumat yayılıb.
Gundem
Oxunub: 1 550
25 sen 2015 | 12:14
Bakıda yenə Ermənistan nömrə nişanlı avtomobilin olmasıyla bağlı məlumat yayılıb.























Bakı sakinlərindən daxil olan məlumata görə “Audi” markalı avtomobilə artıq bir neçə gündür ki, şəhərin mərkəzi küçələrində rast gəlinir.

Düşmən ölkənin nömrə nişanlı avtomobilin sərbəst hərəkəti müəyyən şayiələrin yaranmasına da səbəb olub. Bu şayiələrin əsasını həmin avtomobilin Azərbaycana sığınan Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyana məxsus olması təşkil edir. Hesab olunur ki, Azərbaycan hökuməti ona sahib çıxdığı üçün onun avtomobilinin də sərbəst hərəkətinə icazə verə bilər.

Dünən axşam saatlarında AM 118 AA nömrəli nömrə nişanlı həmin avtomobili Filarmoniya bağından “Azneft dairəsi” istiqamətinə hərəkət edərkən görüntüləyə bilib. Doğrudan da həmin avtomobil AM seriyası ilə başlayır.

AM 118 AA nömrəli “Audi” markalı həmin avtomobilinin hansı ölkəyə aid olmasını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ilə əlaqə saxladıq. Kamran Əliyev açıqlamasında bildirdi ki, şəkildəki bu nömrə nişanlı avtomobil Ermənistana aid deyil: “Ermənistanın avtomobil nömrələrində 2 rəqəm, 2 hərf sonra isə 3 rəqəm olur. Bu səbəbdən onun Ermənistana məxsus olması mümkün deyil”.

Apardığımız araşdırmalara əsasən şəkildəki avtomobilin Ukraynanın Jitomirskaya vilayətinə məxsus olması ehtimalı var. Çünki vilayətin dövlət nömrəli avtomobilləri əvvəl 06 ВА, ВВ (ЖÐ?) olub. 2004-cü ildən bəri isə yeni nömrə АМ 06 olub. Bu da həmin avtomobil nömrəsinin Jitomirskaya vilayətinə məxsus olduğunu deməyə əsas verir.

Qeyd edək ki, ötən ilin may ayında da oxşar hadisə baş vermişdi. Belə ki, E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya, Ermənistana aid olduğu bildirilirdi. Amma araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəsinə aiddir.

Bakıda yenə Ermənistan nömrə nişanlı avtomobilin olmasıyla bağlı məlumat yayılıb.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI