Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi tamamilə başqa işlərlə məşğul olur
Gundem / Bolge
Oxunub: 1 342
18 sen 2015 | 07:34
Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi tamamilə başqa işlərlə məşğul olur















Vətəndaşları canından bezdirən şöbə rəhbəri Ədliyyə Nazirliyində daha yüksək vəzifəyə keçəcəyinə ümid bəsləyir

Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Ancaq müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi üzündən ölkədə heç bir islahat aparılmadı, Yeni Konstitusiyanın yaradılması həyata keçirilmədi.

Bu istiqamətdə sistemli işlərə yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə respublika rəhbərliyinə yenidən qayıtdıqdan sonra başlandı. Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu-Konstitusiyası qəbul olundu. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola-qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapdı. Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq islahatlarının aparılmasının da əsasını qoydu. Hazırda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə böyük önəm verilir. Ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini hər zaman xüsusilə qeyd edən dövlət başçısı həyata keçirilən tədbirlərdə, dövlət idarəetməsində ictimaiyyəti daha fəal olmağa çağırır.

Bu məqsədlə Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirir. Ədliyyə sistemində müəyyən uğurların əldə olunması həm də nazir Fikrət Məmmədovun gərgin əməyi ilə bağlıdır. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu gün Ədliyyə Nazirliyinin strukturunda yüksək vəzifələri tutan bəzi şəxslər nazirin əməyini heçə endirməyə çalışırlar. Yadınızdadırsa, qəzetimizin ötən saylarında Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovun fəaliyyətindəki qanun pozuntuları və onun vətəndaşları əsassız yerə incitməsi barədə məlumat vermişdik. Sabirabad rayonunun Yenikənd kənd sakini Qanı Cəlilov redaksiyamıza şikayət məktubu göndərərək şöbə rəisinin özbaşınalıqlarından söz açmışdı. Həmin şikayətin müəyyən hissəsini yenidən diqqətinizə çatdırmaq istəyirik: "2011-ci ilin sentyabr ayında Quruzma bələdiyyəsinə müraciət edərək 2000-ci ildən həmin bələdiyyənin keçmiş sədri olan Əliyev Fazil Balaqardaş oğlunun icarəsində olan Yenikənd kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsini subicarəyə götürdüm. Quruzma bələdiyyəsi ilə 15 illik subicarə müqaviləsi bağladım.

Bu müqavilə əsasında qoyunçuluğu inkişaf etdirməyə başladım. Bundan sonra mənimlə ədavəti olan iki nəfər Yenikənd sakini həmin torpaq sahəsini ələ keçirmək məqsədilə Quruzma bələdiyyəsinin keçmiş sədri Fazil Əliyevdən və Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovdan müxtəlif dövlət orqanlarına şikayətlər etməyə başladılar. Yazılı çəkişmələr nəticəsində öz vəzifəsini qorumaq üçün Nizami Hüseynov bələdiyyə sədri Fazil Əliyevə təzyiq göstərərək mənimlə bağlanmış subicarə müqaviləsini ləğv etməyi tələb etdi. Beləliklə, Fazil Əliyev Nizami Hüseynovun təzyiqləri nəticəsində mənə subicarəyə verilmiş torpaq sahəsinin boşaldılmasına dair mənim və bələdiyyə üzvlərinin iştirakı olmadan özbaşına qərar verdi.

Mən isə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəmə prosesi zamanı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təklif aldım. Təklif bundan ibarət oldu ki, qarşılıqlı razılaşma əsasında Yenikənd ərazisində olan 30 ha torpaq sahəsini boşaldım və bunun əvəzində qonşu kəndin ərazisindən sahibkarlıq fəaliyyətimi davam etdirmək üçün mənə torpaq sahəsi ayrılsın. Çəkişmələrin bitəcəyi barədə mənə təminat verən hər üç şəxsə - icra başçısı, bələdiyyə sədri və Nizami Hüseynova inanaraq razılaşdım. Təklifin icrasını rayon rəhbərliyi və Nizami Hüseynov şəxsən öz üzərinə götürdü. Lakin bu çəkişmələr daha da qızışdı. Nizami Hüseynovun Fazil Əliyevə təzyiqləri daha da artdı. Bu təzyiqlərə tab gətirməyən Fazil Əliyev insult diaqnozu ilə uzun müddət xəstəxanada qaldı.

Sonra həkimlərin məsləhəti ilə vəzifəsindən istefa verdi". Əfsuslar olsun ki, vətəndaşların hüquqlarını pozan şöbə rəisi bu gün də öz işinin başındadır. Məlumatlı mənbələr tərəfindən redaksiyamıza ötürülən informasiyalardan belə aydın olur ki, Nizami Hüseynov Şirvan Regional Ədliyyə Şöbəsinə tabe olan bütün rayonlarda bu tip qanunsuz işlər törətməklə məşğuldur. Deyilənə görə, o müəyyən maraqlarının təmin olunması müqabilində sənədlə, müqavilə ilə vətəndaşlara məxsus olan torpaq sahələrini başqa yollarla ələ keçirərək müxtəlif iş adamlarına satır: "Neçə illərdir bu prinsiplə işləyən şöbə rəisi regiona daxil olan rayonlarda əhalinin canını boğaza yığıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar şöbə rəisinin təzyiqləri ilə üzləşmək məcburiyyətində qalıblar. Rəis iş adamlarını ona hörmət etməyə məcbur edir. Bəzi şəxslər onun yersiz tələblərindən bezərək sahibkarlıq fəaliyyətlərinə son qoyublar. Bir məsələni də deyim ki, Nizami Hüseynovun daxilində sanki bir müxaliflik yatır. Çünki o özünə yaxın şəxslərlə təşkil etdiyi məclislərdə həmişə bəzi yüksək rütbəli şəxslərin, əsasən də Ədliyyə Nazirliyinin rəhbər işçilərinin barəsində xoşagəlməz fikirlər işlədir. Hətta bir dəfə tanışlarından birinə "Mənim yerim bura deyil. Mən nazirlikdə işləməyə layiq adamam. Amma geci-tezi var, nə vaxtsa nazirlikdə yaxşı vəzifəyə keçəcəm" deyib. Nizami Hüseynov kimi insanların yüksək vəzifəyə keçirilməsi sadəcə faciə ola bilər. Belə ki, o şöbə rəisi işlədiyi halda insanları bu qədər incidir, əgər bundan yuxarı vəzifəyə keçsə, camaata gün verməz".

Etibarlı mənbənin sözlərinə görə, işinə qeyri-peşəkar münasibət bəsləyən şöbə rəisi əsas diqqətini biznes layihələrinə yönəldib: "Deyilənə görə, şöbə rəhbərinin Şirvan, Salyan, Neftçala və Hacıqabul rayonlarının ərazisində iri ticarət obyektləri fəaliyyət göstərir. Bildirilir ki, Nizami Hüseynov bu obyektləri sözügedən rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə təsir göstərməklə tikdirib". Bizə çatan başqa bir informasiyaya əsasən, şöbə rəisi qəzetdə dərc olunan məqalələrdən sonra bərk narahat olmağa başlayıb.

Eşitdiyimizə görə, yazıların dayandırılması üçün hətta bizə "xod" axtarır. Biz isə Şirvan Regional Ədliyyə Şöbəsinin rəisinə demək istəyirik ki, bizə "xod" axtarmaq lazım deyil. Gedin fəaliyyətinizdəki qüsurları aradan qaldırın, ədliyyə sisteminin daha da inkişaf etməsi istiqamətində cənab Fikrət Məmmədova köməklik göstərin. Növbəti sayımızda Nizami Hüseynovun biznes imperiyası haqda tükürpədən faktları açıqlayacağıq. Bizi izləyin.


Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


P.S. Deyirəm bir müddət öncə olan 200 dil açıb danışacaq.
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü