İş adamı nə qanunları, nə də camaatı sayır

Son illər tıxaclar Bakıda əsas problemlərdən birinə çevrilib.
Maraqlı fakt ondan ibarətdir ki, tıxaclar yalnız mərkəzdə və pik saatlarda deyil, şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bu barədə çox yazılıb, çox deyilsə də, problemin həlli yolunda az irəliləyiş müşahidə olunur. Təmir-tikinti işlərinin həcminin və yeni avtomobillərin sayının artmasını, yeni körpülərin inşasını, şəhərə miqrantların axınını, mikroavtobusların plansız və özbaşına hərəkətini tıxacların yaranmasının əsas səbəbləri hesab etmək olar.
Bundan başqa trolleybus və tramvayların ləğvi, dar yollar, yol planlaşdırması işinin qeyri-dəqiqliyi, sürücülərin yol hərəkəti qaydalarını bilməməsi, avtomobillərin dayanacaqlardan kənar yerlərdə saxlanması, dayanacaq və qarajların azlığı, əhalinin mərkəzə doğru meyli və daha onlarca səbəb bu problemi daha da kəskinləşdirir. Yolların genişləndirilməsi, yol ötürücülərinin inşası, yeraltı keçidlərin tikilməsi və bu kimi üsullarla problemin aradan qaldırılması istiqamətində paytaxtda lazımi tədbirlər görülsə də, mütəxəssislər xarici ölkələrin təcrübəsini rəhbər tutaraq bu üsulların uzunömürlü olmayacağını deyirlər. Son vaxtlar şəhərimizdə tıxac probleminin yaranmaması üçün müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan maşınların Bakıya girişinə qadağa qoyulub. Bundan savayı, tıxacın qarşısının alınması istiqamətində digər tədbirlər də görülür. Bütün bunlara baxmayaraq, Bakıda və ətraf qəsəbələrdə tıxac problemi yenə də müşahidə olunur. Qeyd edək ki, tıxacı yaradan əsas səbəblərdən biri də yol kənarlarında, daha doğrusu qadağan olunmuş ərazilərdə tikilən ticarət obyektləridir. Redaksiyamıza daxil olan məlumatlara görə, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 37 ünvanında yerləşən Bakıxanov Çörək Zavodu bu ərazidə gün ərzində tıxacın yaranmasına səbəb olur. Bu barədə məlumat verən şəxsin sözlərinə görə, bir neçə il əvvəl aidiyyəti dövlət qurumları sözügedən ərazidə tıxacın qarşısını almaq məqsədilə yolu enlədiblər: "Lakin bu da tıxacın qarşısını almağa bəs etmədi. Ona görə ki, ərazidə çörək zavodu fəaliyyət göstərir. Zavoda gün ərzində onlarla avtomobil daxil olur və çıxır. Çörək daşıyan maşınlar tıxac yaradır. Günün pik saatlarında burdan keçmək olmur. Sürücülər və ətrafda yaşayan sakinlər bununla bağlı zavodun sahibi Rasim Nəbiyevə şikayət ediblər. İş adamı insanların etirazına məhəl qoymur. Hələ üstəlik deyir ki, bir neçə ildən sonra zavodun ərazisini yolun hərəkət zolağına doğru daha da genişləndirəcək". Məlumatlı mənbənin sözlərinə görə, Rasim Nəbiyevə məxsus digər ticarət obyekti "Sərham" market də Bakıxanov qəsəbəsində tıxac yaradır: "Bu market demək olar ki, günün 24 saatı müştərilərə xidmət edir. Marketə gələn şəxslər maşınlarını harda gəldi park edirlər. Bunun nəticəsində Bakıxanov dəmiryolu stansiyası istiqamətində günün müəyyən saatlarında uzun müddət davam edən tıxaclar yaranır. Sürücülərin əsəbi artıq tarıma çəkilib. Siqnal səsi ətrafda yaşayan sakinləri bezdirib. Rasim Nəbiyev var-dövlətini artırır, camaatın rahatlığı əlindən alınıb. İş adamı nə qanunu sayır, nə də camaatı". Xatırladaq ki, Bakıxanov Çörək Zavodunun və "Sərham" marketin tıxac yaratması ilə bağlı əvvəllər də məsələ gündəmə gəlmişdi. Hətta bu obyektlərin söküləcəyi deyilirdi. Lakin Rasim Nəbiyev bəzi əlaqələrini işə salaraq biznesini sığortalamağı bacardı. Maraqlıdır, görəsən artan şikayətlərdən sonra zavod direktoru yenə də obyektlərini qoruyub saxlaya biləcəkmi? Növbəti saylarımızda iş adamının Sabunçu rayonu Anaşkin küçəsində tikdirdiyi sənədsiz villalar və oğlu Sərhamın özbaşına əməlləri barədə yazı dərc edəcəyik. Bizi izləməyi unutmayın.
Qarşı tərəfi də dinləyə bilərik.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI