Kim kimi yordu...

Şəhər meri Xətai rayonundakı qanunsuz ticarət obyektlərinin sökülməsi barədə göstəriş verib
Rayonun memarlıq üslubunu bərbad hala salan məmuru ağır cəza gözləyir.
Paytaxtda qeyri-qanuni tikilən, yəni sənədləri qaydasında olmayan ticarət obyektləri, eləcə də fərdi yaşayış sahələri daha çox Xətai rayonunun payına düşür. Təxminən 10 ilə yaxındır ki, Xətai Rayon İcra Hakimiyyətinə başçılıq edən Razim Məmmədov və ətrafındakı bəzi insanlar vətəndaşlara şifahi şəkildə razılıq verməklə onların tikinti işləri aparmasına şərait yaradıblar.
Son vaxtlar isə həmin tikililərin başının üstünü qara buludlar alıb. Bildiyiniz kimi, bu ilin yanvar ayında Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən yaşayış binalarına əlavə tikililərin sökülməsinə başlanıldı. Qeyd edək ki, beşmərtəbəli binaların birinci mərtəbələrinin yol istiqamətində tikilmiş artırmaların söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin rəhbərliyi altında həyata keçirildi. Söküntü ilkin layihə vəziyyətini pozmaqla binanın yükdaşıyan konstruksiyalarını və bütövlükdə dayanıqlığın zəifləməsinə səbəb olan yenidənqurma, genişləndirmə və qeyri-qanuni aparılan tikililərə şamil olunub.
Həmin tikililərin sahibləri isə bildiriblər ki, artırmalar müxtəlif illərdə icra hakimiyyətinin icazəsi ilə aparılıb, amma rəsmi sənədləri mövcud deyil. Bizdə olan məlumatlara görə, Xətaidə bu tip yaşayış binalarının sayı yüzlərlədir. Vətəndaşların yetərli hissəsi Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə nəysə verərək eyvan artırıb, digər qanunsuz tikinti işləri görüblər.
Özəl mənbələrdən aldığımız bilgilərə əsasən rayonda yeni söküntü işlərinin aparılması gözlənilir. Məlumatlı şəxsin dediyinə görə, bu dəfə sənədləri qaydasında olmayan ticarət obyektləri buldozerlərin qabağına verilə bilər: “Xətai rayonunun Əhmədli və Köhnə Günəşli qəsəbələrinin ərazilərində saysız-hesabsız ticarət obyektləri mövcuddur.
Deyilənə görə, bu obyektlərin yarıdan çoxunun sənədi yoxdur. İcra hakimiyyəti ilə anlaşan iş adamları harda gəldi obyekt tikiblər. Bəzi dükan və avtoyuma məntəqələrinin yerləşdiyi ərazidən kommunal xətlər keçir. Amma icra başçısı Razim Məmmədov və adamları buna məhəl qoymadan tikinti işlərinin aparılmasına göz yumublar. Rayon rəhbərinin ümumiyyətlə tikinti sektorundan və bu sahədəki qanunlardan xəbəri yoxdur. Buna görə də rayonun memarlıq üslubunu tamamilə bərbad hala salıb. Sakinlərin istirahəti üçün nəzərdə tutulan məhəllə arasındakı ərazilər qeyri-qanuni şəkildə satılıb.
Hazırda rayon ərazisində boş torpaq sahəsi tapmaq müşkül məsələdir. Xətaidə qanunsuz artırılmış eyvanların söküntüsündən sonra şəhər meri Hacıbala Abutalıbova bir sıra obyektlərin də sənədinin qaydasında olmaması haqda məlumat çatdırılıb. Bundan qəzəblənən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı belə obyektlərin sənədlərinin araşdırılması məqsədilə komissiya yaradıb.
Aparılan araşdırmalardan sonra məlum olub ki, həqiqətən də, əksər ticarət obyektinin tikintisi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Yəni Razim Məmmədov Hacıbala Abutalıbovun xəbəri olmadan tikinti işlərinin aparılmasına icazə verib.
İddialara görə, bu məsələdə Xətainin icra hakiminin paytaxt meri ilə hesablaşmaması onun daha çox gəlir əldə etmək istəyi ilə bağlı olub. Əgər o bu barədə şəhər meriyasına xəbər versəydi, o zaman külli miqdarda gəlirdən məhrum ola bilərdi”.
Etibarlı mənbənin sözlərinə görə, Hacıbala Abutalıbov ondan xəbərsiz işlər çevirən icra başçısını cəzalandırmaq fikrinə düşüb:
“Artıq rayonun Əhmədli qəsəbəsində yerləşən bəzi iri ticarət obyektlərinin sahiblərinə söküntü işlərinin aparılacağı barədə xəbərdarlıq edilib. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin sənədi olmayan obyektləri sökmək ixtiyarları var. Sahibkarlar bu məsələdə şəhər meriyasına etirazlarını bildirə bilməzlər. Onlar haqlarını yalnız və yalnız Razim Məmmədovdan tələb etməlidirlər. Ona görə ki, torpaq sahələrini icra başçısının xeyir-duası ilə alıb, tikinti işlərini də onun razılığı əsasında aparıblar. Ölkə rəhbərliyi aidiyyəti dövlət qurumlarına şəhərin memarlıq üslubuna xələl gətirən tikililərin sökülməsi haqda tapşırıq verib. Xətaidə bu cür obyektlərin sayı yüzlərlədir. Yaxın günlərdə həmin ticarət mərkəzlərinin söküntüsünə start veriləcək. Düzdür, bu, böyük narazılıqla qarşılanacaq, amma qanun qanundur. Vaxtında Razim Məmmədov qanunsuz tikinti işlərinin aparılmasına şərait yaratmasaydı, vəziyyət belə olmazdı”.
Deyilənə görə, Xətainin icra başçısı mer Hacıbala Abutalıbova hətta minnətçi belə göndərib. Lakin şəhər merinin fikri dəyişməyib və o söküntü işləri aparmaqda israrlıdır. Məsələ ilə bağlı qarşı tərəflərdən münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Buna baxmayaraq, hər iki icra hakiminin münasibət bildirmək hüququ var.
P.S. Növbəti sayımızda “Razim Məmmədovun “Dostluq” parkındakı problemləri və qohumu Famil Quliyevin 5 aylıq həbsinin təfərrüatları” yazısı dərc olunacaq.Rayonun memarlıq üslubunu bərbad hala salan məmuru ağır cəza gözləyir.

P.S. Növbəti sayımızda “Razim Məmmədovun “Dostluq” parkındakı problemləri və qohumu Famil Quliyevin 5 aylıq həbsinin təfərrüatları” yazısı dərc olunacaq. (azinforum.az)
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI