ŞİKAYƏT VAR

“Hadisə yerində acqarına saatlarla gözlədik ki, mübarək “AXA MBASK” işçiləri gəlsin”...
Yardımlı rayonu Zövün kənd sakini Rufullayev Murad İmanxan oğlunun adından şikayət məktubu daxil olub. Narazı vətəndaş yazır:
“Yazıb sizə bildirirəm ki, 20 iyul 2015-ci ildə südüyüm “Niva-Şevrolet” maşını ilə (nömrəsi: 90 EJ 952) qəzaya düşdüm. Cəlilabad rayonu Uzuntəpə kənd sakini Tağıyev Rafailin sürdüyü “Niva” Rusiya istehsalı maşını mənim “Niva-Şevrolet” maşınım ilə Cəlilabad rayonu ərazisində toqquşdu. Polis gəldi, protokol yazdı. Hər ikimiz həkim müayinəsindən keçirildik, sərxoşluq olmamışdı.
Məsələ burasındadır ki, həm Tağıyev Rafailə məxsus “Niva”, həm də mənə məxsus “Niva-Şevrolet” maşınları “AXA MBASK” sığorta şirkətində sığortalanmışdır. Hadisə yerində dayanıb acqarına saatlarla gözlədik ki, mübarək “AXA MBASK” şirkətinin işçisi gəlib çıxacaq, bizə rəhm edib sığorta kağızı yazacaq, dəyən ziyan ödəniləcək. Şirkətin nümayəndəsi gəlib yerində vəziyyətlə tanış oldu. baxış keçirdi. Hər ikimiz bütün sənədlərimizi toplayaraq “AXA MBASK” sığorta şirkətinə təqdim etdik. Lakin uzun müddət keçməsinə baxmayaraq, şirkət bizə heç bir reaksiya vermir, heç bir nəticə yoxdur”.
Daha sonra narazı vətəndaş yazır: “Hal-hazırda mənim maşınım elə həminki əzik vəziyyətdədir, işlərim hamısı maşınsızlıq ucbatından pozulmuşdur, güclü maliyyə çətinlikləri ilə üzləşmişəm. Rafail Tağıyev isə öz cibinin pulu ilə maşınını yarıyadək düzəltdirmişdir. “AXA MBASK” şirkətinə mürciətlər etsək də, şirkət bizi saya salmır. Tək biz deyilik, kimdən soruşuruq, bu şirkətin onlarda sığortalanmış maşına görə pul ödəməsi işləri hər yerdə beləcə müşkülə düşüb. Yəqin kiməsə arxayındırlar ki, xalqı açıq-aşkar aldadaraq pullarını mənimsəyirlər.
“AXA MBASK” şirkəti bizim kimi vətəndaşları aldadaraq pulunu alır, lakin maşınlar əzilərkən pul ödəməkdən boyun qaçırır. Şirkət adətən maşının remont pulunu qarşı tərəfə, yəni qəzada günahı olana ödətdirir, ədliyyə işçiləri vasitəsilə pulu alıb öz klientlərinə verir, yəni havayı pul ciblərinə qalır. Bizim variantımızda isə elə gətirib ki, hər iki maşın məhz bu fırıldaqçıların şirkətində sığortanıb, ona görə də çıxılmaz vəziyyətdə qalıblar, bilmirlər pulu kimin boynuna qoysunlar, vəziyyətdən necə sivişib çıxsınlar”.
Narazı vətəndaş dia.az-a müraciətini belə yekunlayır: “Hüquq-mühafizə orqanlarından və Dövlət rəhbərliyindən xahiş edirəm ki, “AXA MBASK” sığrota şirkətinin əməlləri tam yoxlanılsın, bu qndarma şirkət respublikada sığorta işlərindən kənarlaşdırılsın. O cümlədən mənim məsələmə reaksiya verilsin, sığorta pullarımızın qondarma şirkətdən alınıb bizə verilməsində yardımçı olun. Media orqanlarından isə xahiş edirəm ki, “AXA MBASK” fırıldaqçı şirkətinin əməllərini açıb xalqa faş etsinlər ki, zavallı vətəndaşlarımız heç bir vəchlə bu şirkətdə sığorta olunmasınlar, pulları əllərindən çıxıb bizim kimi boş yerdə qalmasınlar”.
Qarşı tərəfi də dinləməyə hazırıq...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI