"PAL Süd"ü batıran kimlərdir?
Gundem / Sosial
Oxunub: 1 636
15 sen 2015 | 15:04
"PAL Süd"ü batıran kimlərdir?

Lənkəranda fəaliyyətə başlayan “PAL süd” şirkətində ciddi maliyyə sıxıntısı var.














PALMALI Şirkətlər Qrupunun tərkibinə daxil olan “PalSüd MMC” bir neçə aydır ki, Azərbaycanın cənub rayonlarında yaşayan əhalidən gündəlik topladığı təbii südün pullarını ödəyə bilmir.

Bu barədə Qaynar.info-ya məlumat verən qaynaq deyir ki, zavodda çalışan işçilərin əmək haqqlarının ödənməsində də eyni problemlər yaşanır.

Ciddi kapital qoyuluşu və yüksək texnologiyaların tətbiqi ilə ərsəyə gətirilən, Azərbaycan bazarında əhəmiyyətli mövqeyə malik olan "PalSüd"ün üzləşdiyi ağır durum istər-istəməz bir sıra suallar yaradır.

Şirkət fəaliyyətə başladığı ilk gündən ona rəhbərlik edən Eldar Fərəcov (Mübariz Mənsimovun xalası oğlu - red.) bir müddət sonra vəzifəsindən uzaqlaşdırılmış, onun yerinə Türkiyədən Zeki Aşçı adlı mütəxəssis gətirilmişdi. Amma çox keçməmiş Zəki Aşçını "Palsüd" "çiçəyinə daraşmış yerli arı"lar sancaraq, vətəninə yola saldı və Eldar Fərəcov yenidən zavod rəhbərliyinə qaytarıldı. Halbuki, gəzən söz-söhbətlərə görə, Eldar Fərəcov bu vəzifədən məhz yol verdiyi kobud nöqsanlara görə uzaqlaşdırılmışdı. Hətta belə deyildisə də, şirkəti rentabelli müəssisəyə çevirə bilməyən bir şəxsin yenidən rəhbərliyə qaytarılması məntiqli görünmür.

Müəssisənin zərərlə çalışdığını isə "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun özü də təsdiq edir. Bir müddət öncə o, müsahibələrinin birində bu məsələyə toxunmuşdu:

"Mən vətənimə necə kömək edə bilərəm deyə düşünürəm. Bəziləri deyir ki, "PAL süd" belə gəldi, belə getdi. Azərbaycana yatırım edirsiz, pul qazanırsız. Şirkət yalnız “PAL süd”ə hər ay 1 milyon manat pul göndərir. “Palmali” olaraq biz Azərbaycanda pul qazanmırıq. Ziyanları bağlamaq üçün yardım edirik. İnsanlar bunları danışsınlar, boş-boş danışmaq lazım deyil. Əgər bu işləri bizdən yaxşı görə bilən qəhrəmanlar, igidlər varsa, biz komandanı və işlərimizi onlara verib çıxmağa hazırıq”.

Son aylar zavodda maliyyə durumunun daha da ağırlaşması isə görünür, baş ofisdən gələn aylıq dotasiyaların kəsilməsi və ya kəskin azalması ilə bağlıdır.

Əslində "Palsüd" Azərbaycan bazarının liderlərindən biridir. Alıcılar da məhsulun keyfiyyətindən razıdır. Məhsulun reklam problemi yoxdur. Ölkədə hər kəsin tanıdığı və razı qaldığı bir brend niyə zərərlə işləməlidir?

Bəlkə problemi idarəçilikdə və zavodun xərclərinin süni sürətdə şişirdilməsində axtarmaq lazımdır?

Eyni problem Palmali Şirkətlər Qrupuna daxil olan digər bir qurum - "Xəzər Lənkəran" futbol klubunda da var. İndiyə qədər yüzmilyonlarla dollar yatırım alan bir klub uzun illərdir ki, heç bir uğuru ilə yadda qalmır. "Palsüd" rəhbərliyində baş verənlər eyni ssenari ilə burda da dəfələrlə baş verib və oxşar dəst-xətti xatırladır. Sonuc da eynidir. Artıq burda da futbolçular aylardır məvacib ala bilmir, bir çox futbolçulara külli miqdarda borclar yaranıb. Əcnəbi futbolçularla baş verən qalmaqallar, kluba tətbiq edilən sanksiyalar durumu daha da ağırlaşdırıb.

Artıq xalq arasında zarafatla dolaşan söz-söhbətlərə görə, rəhbərlik futbolçulara "gedin süd satıb pulunuzu çıxardın" mesajını verib.

Əlbəttə, dünyanın beş ən böyük gəmi daşımaçı şirkətlərindən birini quran və 45 min işçisi olan Mübariz Mənsimovu idarəçiliyi zəif bilməkdə qınamaq sadəlöhvlük olardı. Amma Palmali Şirkətlər Qrupunun Azərbaycandakı qollarının uğursuzluğu təəssüf doğurur. Ümumi analizlərdən doğan nəticə budur ki, bunun əsas səbəbi rəhbərliyin qohumlara tapşırılması və onların kobud idarəçilik səhvlərinin limitsiz bağışlanmasıdır.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI