Sabah yeni dərs ili başlayır
Gundem
Oxunub: 1 354
14 sen 2015 | 16:55
Sabah yeni dərs ili başlayır

Məktəb bazarındakı son durum

















Sabah uşaqlar üçün sevindirici, valideynlər üçün isə gərgin olan yeni tədris ili başlayır. Valideynlər üçün ona görə gərgin bir il ki, bir çox digərləri kimi öz övladlarına hələ də məktəb ləvazimatları ala bilməyən valideynlər var. Səbəb, əlbəttə ki, insanların sosial vəziyyəti ilə bağlıdır. Çünki bir uşağı normal məktəb ləvazimatları, geyimi ilə məktəbə yola salmaq 150-200 manata başa gəlir. Məktəb ləvazimatlarının qiymətinin isə hələ iki həftə əvvəldən ceyran belinə qalxması haqda məlumat vermişdik. Bəs məktəbə getməyə bir gün qalmış qiymətlər necədir? Sualımıza cavab tapmaq üçün məktəb ləvazimatları satılan bir neçə yerə baş çəkdik və qiymətlərlə yenidən maraqlandıq. Əvvəlki günlərlə müqayisədə qiymətlərdə fərq olmasa da, satıcılar alıcıların azlığını görüb qiymətdə xeyli endirim etməyə hazır idilər. Qiymətlərə gəlincə isə "Neftçilər" metrosu yaxınlığında məktəbli çantalarının qiyməti 15-50 manat arasında, Nərimanov metrosu yaxınlığında yerləşən Metroparkda isə 50-150 manat arasında dəyişirdi. Məktəbli formalarına gəlincə, ölçüsündən asılı olmayaraq aşağı siniflər üçün formalar 35 manata, yuxarı siniflər üçün isə 44 manata satılırdı. Bundan başqa, jilet 6 manata, məktəbli qalstuku 2 manata, kəməri isə 3 manata əldə etmək olar. Ağ köynəklər isə materialından asılı olaraq 12 manatdan başlayırdı. Satıcılar artıq əksər valideynlərin alış-veriş etdiyini və sonuncu günə tək-tək adamların qaldığını deyirdilər. Sərxan Yusifov adlı satıcı məktəbin başlanması ilə onların da bazarlarının artıq bağlandığını dedi: "Artıq hamı məktəb bazarlığını edib. İl boyu yalnızca dəftər, qələm satıla bilər ki, onların da qiymətləri artıq indiki kimi olmayacaq. Nisbətən endirim olacaq". Satıcı ilə söhbətimizin bu yerinə bir valideyn uşaqları ilə birlikdə gəlib çantaların qiyməti ilə maraqlandı. Satıcı alıcı xanımın göstərdiyi çantaların qiymətinin 15 manata olduğunu deyəndə alıcının üzündəki o qayğı dolu yükü sezməmək mümkün deyildi. Satıcı iki çanta alacaqsa, qiymətdə endirim edəcəyini bildirdi. Özünü Süsən Hüseynova kimi təqdim edən alıcı uşaqlarını məktəbə yola sala bilmək üçün bankdan kredit götürdüyünü dedi: "Övladımın biri 4-cü sinfə gedir. Biri də bu il birinci sinfə gedəcək". Maddi sıxıntıya görə övladını bir il məktəbə gec qoyduğunu deyən alıcı təkbaşına 3 uşaq böyütməyin asan olmadığını dedi: "Yaxşı ki, üçüncü övladım hələ ki, məktəbli yaşında deyil. 3 uşağı bir yerdə məktəbə, yəqin ki, yola sala bilməzdim. Həyat yoldaşım tikintidə işləyirdi, ustadır. Amma hazırda işləmir. Yalnız mən işləyirəm. Mənim aldığım pul isə heç uşaqların yeməyinə yetmir. Gördüm ki, uşağı məktəbə yola sala bilməyəcəyəm. Məcbur olub qohumların adına kredit götürdüm. Kreditlə uşaqlarımı məktəbə yola salıram. Sonrası isə necə olacaq, bilmirəm". Söhbəti eşidən satıcı qiymətdə bir az da endirim edərək çantanın birini 12 manatdan verdi. Satıcı qiymətlərin onlardan asılı olmayan səbəblərə görə baha satıldığını dedi: "Qiymətləri biz təyin etmirik. Bizə hər maldan qəpik-quruş qalır". Məktəb ləvazimatları satan digər satıcı isə qiymətlərin bahalığının səbəbini dolların baha olması ilə izah etdi: "Bir var 10-20 manata Çin istehsalı olan çanta, bir də var 50-100 manata Türkiyə istehsalı olan keyfiyyətli çanta. Çox vaxt valideynlər ucuz malın arxasınca qaçırlar. Amma düşünmürlər ki, ilin ortasında o ucuz çanta onları yarı yolda qoyacaq və onlar yenə çanta almaq məcburiyyətində qalacaqlar. Halbuki o iki çantaya verdiyi pulu birləşdirib başdan normal bir çanta alsa, ilin ortasında da bu problemi yaşamaz. Uşaqların kitab-dəftərləri nə ağırlığında olur. Ucuz çantalar bu ağırlığı götürə bilmir və tez cırılır". Alıcılar məktəb bazarlığında keçən illə müqayisə də nəzərə çarpacaq dərəcədə bahalaşmanın olduğunu deyirdilər. Alıcı Gülnarə Quliyeva deyir ki, keçən illə müqayisə 20-30 manat bahalaşma var: "Ötən il 30 manata aldığım Türkiyə istehsalı olan çanta bu il 50 manata satılır. Biz də məcburuq ucuz mala qaçaq. Axı hər şey məktəb ləvazimatlarını almaqla bitmir. Həm də mən bahalı və ucuz məhsulların əksəriyyətində elə də bir fərq görmürəm. Məsələn, 50 qəpiyə də karandaş var, 2 manata da. Uşağa nə lazımdır? O karandaşın yazmağı və ikisi də yazır. Ərzaq məhsullarının da qiyməti bahalaşıb. Biz elə etməliyik ki, aylıq dolanışığımızı da təmin edə bilək. Məktəb bazarlığını son günə saxladım ki, artıq hər kəs alış-verişini edib, qiymətlərdə nisbətən ucuzluq olar. Baxıram ki, yanılmışam. Amma qiymətləri aşağı salmaq olur". Buradan da görünür ki, övladlarına ürəklərincə məktəb bazarlığı edə bilməyən kifayət qədər valideyn var. Bu il Azərbaycan Respublikası üzrə birinci sinfə gedəcək uşaqların sayına gəlincə isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov 150 mindən çox uşağın bu il birinci sinfə gedəcəyini bildirdi: "Ölkənin qərb regionlarında yeni məktəblər istifadəyə veriləcək. Azərbaycanda bu il birinci sinfə gedəcək şagirdlərin sayı isə 150 mindən çoxdur".
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı