Şirkət rəhbəri Xəlil Göyüşov kim(lər)in himayəsindədir?
«KBT» MMC irimiqyaslı mənimsəmələrə yol verir
Ramiz Göyüşovun məsələsi Müdafiə Nazirliyi, Hərbi Prokurorluq və Səfərbərlik Xidməti tərəfindən araşdırılmalıdır
Xəlil Göyüşovun sədri olduğu «Körpü-Bina-Tikinti» MMC («KBT» MMC) ilə bağlı əldə etdiyimiz ən son məlumatlarda qeyd olunur ki, sözügedən şirkət külli miqdarda dövlət vəsaitini vergidən yayındırmaqla bir xeyli əlavə gəlir əldə etməyə nail olub. Belə ki, MMC sədrinin arxasında nüfuzlu şəxslərdən birinin dayandığını iddia edən mənbə bildirir ki, Xəlil Göyüşov elə buna görə də müxtəlif yollarla dövlətə vergi ödəməkdən boyun qaçırır.
«KBT» MMC-nin həyata keçirdiyi tikinti layihələrinin qiymətinin milyardlarla ölçüldüyünü vurğulayan məlumatlı şəxsin sözlərinə görə, müvafiq nazirliklərin və dövlət qurumlarının tikinti işlərinin çoxunu adıçəkilən şirkət görür: «Xatırlayırsınızsa, hələ 2011-ci ilin mart-aprel aylarında bəzi informasiya vasitələrində yayımlanan məlumatlarda Nəqliyyat Nazirliyi yanında «Azəryolservis» ASC-nin tenderin nəticəsini gözləmədən Bakıda 4 yeraltı piyada keçidinin tikintisi üzrə «Körpu Bina Tikinti» MMC ilə müqavilə bağladığı bildirilirdi. Həmin vaxt qeyd olunurdu ki, «Azneft» meydanında 3 keçid və Neftçilər prospektilə Sərdar Səfərov küçəsinin kəsişməsində bir keçid tikintisi üzrə martın 3-də elan edilmiş tenderin şərtlərinə əsasən tikinti şirkətlərindən sənəd qəbulu aprelin 19-dək davam edəcək. Lakin bu layihədə sifarişçi kimi çıxış edən «Azəryolservis» ASC göstərilən müddəti və tenderin nəticələrini qabaqlayaraq «KBT» MMC ilə müqavilə bağlamışdı. Bu isə onu deməyə əsas verir ki, şirkət rəhbəri Xəlil Göyüşova kimlərsə müstəsna imtiyazlar verib. Bu kimi müqavilələr çox böyük məbləğlərdə layihə-smeta dəyərinə malik olurlar. Onların bağlanması zamanı xüsusi imtiyazlardan yararlanan bəzi müəssisə rəhbərləri isə sonradan özlərini ayrılan dövlət vəsaitlərinin tam olaraq səmərəli və məqsədyönlü istifadəsinə kökləyə bilmirlər. Nəticədə irimiqyaslı mənimsəmələrə, keyfiyyətsiz icraatlara yol verilir. Elə 2011-ci ildə «Körpu Bina Tikinti» MMC Ziya Bünyadov prospektilə Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki yol qovşağının tikintisini həyata keçirmişdi. Hesabatlarda göstərilirdi ki, bu məqsədlər üçün 125 milyon manat vəsait xərclənib. Lakin 2007-ci ildə həmin şirkət elə həmin rayonda yol qovşağını 32 milyon manata inşa etmişdi. Deməli belə çıxır ki, Xəlil Göyüşov 4 il sonra tikinti üçün tələb olunan məbləği nə az, nə çox düz 4 dəfə artırıb. Görünür, bu yolla külli-miqdarda mənimsəmə halına yol verilir».
Şirkət rəhbərinin oğlu Ramiz Göyüşovun hazırda hərbi xidmətdə olduğunu deyən məlumatlı şəxs qeyd edir ki, o, əsgərliyə getdiyi günə kimi «Range Rover», «BMW X6», «Cadillac», «Bentley», «Maserati» kimi bahalı maşınlarla paytaxt küçələrində «avtoş»luq edib və yol hərəkəti qaydalarının tələblərini kobud surətdə pozub: «Mətbuat bu barədə dəfələrlə yazdıqdan sonra Xəlil Göyüşov oğlunu hərbi xidmətə yollamaq məcburiyyətində qaldı. Bu gün artıq Ramiz Göyüşov hərbi xidmətdədir. Lakin onun hansı hərbi hissədə qulluq etməsi də bir qədər müəmmalı məsələdir. Böyük ehtimalla, Xəlil Göyüşov əlaqələrindən istifadə edərək oğlunu məmur balalarının daha çox üstünlük verdikləri hərbi hissələrdən birinə göndərtdirib. Və bu gün Ramiz Göyüşov əsgər yox, az qala zabit həyatı yaşamaqdadır. Yəqin ki, yaxın vaxtlarda Müdafiə Nazirliyi, Hərbi Prokurorluq, eləcə də Səfərbərlik Xidməti bu məsələni ciddi şəkildə araşdıracaq».
P.P.S. Növbəti sayımızda «KBT» MMC-nin gördüyü işlərdə sonradan müxtəlif fəsadların özünü büruzə verməsi, görülən inşaat işlərinin gedişində çoxsaylı qanun pozuntularının aşkarlanması, həmçinin Xəlil Göyüşovun rəhbərlik etdiyi şirkətin Nizami rayon ərazisində yaşıllıqları məhv etməsilə bağlı ətraflı məlumat verəcəyik.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI