Əhmədzadənin idarə rəisi xalqı icra başçısına qarşı -QALDIRIR

İmişli suvarma sistemləri idarəsinin rəisi sakinlərin etirazlarını rayon icra hakimiyyətinin başçısına yönəldir
Ölkədə qəribə situatsiya yaranıb. Artıq yuxarılar illərdir formalaşdırdıqları, özlərinə məxsus fərdi idarəçilik üsullarını arzularına uyğun şəkildə həyata keçirə bilmirlər. Ən maraqlı cəhət isə prosesin özünü əyalətlərdə daha qabarıq şəkildə biruzə verməsidir.
Bir neçə gün öncə Conflict.az-ın poçtuna İmişli şəhərinin mərkəzindən keçən MTS adlı su kanalının üzərində rayonun imkanlı şəxslərinə məxsus çoxlu sayda müxtəlif təyinatlı obyektlərin tikilməsinin son zamanlar kütləvi hal alması ilə bağlı məlumat və şəkillər daxil olub. Etibarlı mənbə bildirir ki, məhz baxımsızlıqdan, təmizləmə işlərinin aparılmamasına görə bu su kanalı kifayət qədər çirklənib.
O da qeyd olunur ki. əslində İmişli suvarma sistemləri idarəsi istəsə belə kanalı təmizləyə bilməz. Çünki kiçik məsafələrlə kanalın üzərində müxtəlif təyinatlı tikililər var. Məhz həmin tikililər texnikanın kanalda təmizlik işləri aparmasını ciddi şəkildə əngəlləyir. Su kanalının rayon mərkəzindən keçməsinə baxmayaraq, ətrafında yaranmış antisanitar vəziyyət əsasən də yay aylarında şəhər əhalisinin normal nəfəs almasınına mane olur. Belə ki, ətrafa yayılan üfunət bəzən dözülməz həddə çatır. İmişli şəhər sakinləri məsələ ilə əlaqədar İmişli suvarma sistemləri idarəsinin rəisi Nizami Məmmədova dəfələrlə yazılı və şifahi şəkildə müraciət etmələrinə baxmayaraq, məsələ bu günə qədər həllini tapmayıb. Hətta su kanalının mühafizə zolağının belə ayrı-ayrı şəxslərə satılması ilə bağlı şəhər sakinlərinin etirazlarınaa isə qəribədə olsa İmişli suvarma sistemləri idarəsinin rəisi Nizami Məmmədov "Sərəncamı mən yox, Vilyam Hacıyev verir” – deyə cavab verir. Dəfələrlə Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Ə.Əhmədzadəyə problemlə bağlı teleqramların ünvanlanılmasına baxmayaraq, məsələ nəinki həllini tapmır, əksinə su kanalının üzərində yeni tikililərin inşası sürətlə davam edir. Ən qəribəsi isə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin idarə rəisinin kaprizlərinə dözümlü yanaşmasıdır. Mənbə onu da qeyd etdi ki, cənab Hacıyevin bu dözümü səbəbsiz deyil. İmişli suvarma sistemləri idarəsinin rəisinin bu ikinci təyinatıdır.
O uzun illər Ə.Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC –yə tabe olan başqa bir dövlət müəssisəsinə rəhbərlik edib. Mövcud qaydalarda yuxarılarla iş prinsipini əla bilir. Deyilənə görə qonaq qarşılayıb yola salmaqda isə idarə rəisinin əvəzi belə yoxdur. Imişli isə o qədər də balaca rayon deyil. Deməli qonaqları da az olmaz.Bəs İmişli şəhər sakinlərinin udmaq məcburiyyətində qaldıqları üfunət iyi?
Qadağan edilmiş ərazidə tikilən müxtəlif təyinatlı obyektlərin yaratdığı problemlər? İdarə rəisnin rayon sakinlərinin etirazlarının birbaşa icra başçısına yönəltməsinin səbəbləri? Ayrı-ayrı müəssisə rəhbərlərinin mövcud situatsiyadan Vilyam Hacıyevə qarşı istifadə etmələri ilə bağlı informasiyaların dolaşması? İmişlidə kimlər özünü Vilyam Hacıyevdən sonra icra başçısının kreslosunda görür?
Qadağan edilmiş ərazidə tikilən müxtəlif təyinatlı obyektlərin yaratdığı problemlər? İdarə rəisnin rayon sakinlərinin etirazlarının birbaşa icra başçısına yönəltməsinin səbəbləri? Ayrı-ayrı müəssisə rəhbərlərinin mövcud situatsiyadan Vilyam Hacıyevə qarşı istifadə etmələri ilə bağlı informasiyaların dolaşması? İmişlidə kimlər özünü Vilyam Hacıyevdən sonra icra başçısının kreslosunda görür?
Mövzuya qayıdacağıq.



Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI