Araşdırma
Gundem / Sosial
Oxunub: 1 325
14 sen 2015 | 14:38
Araşdırma

Sulutəpə sakinlərinə işgəncə, yoxsa Nəqliyyat Nazirliyinin pul tələsi?
















Bu günlərdə Bakı sakinlərini narahat edən suallardan biri də avtobusların şimal qəsəbələrindən şəhərə daxil olmasına icazə verilib-verilməyəcəyi ilə bağlıdır.

Bakının şimal qəsəbələrindən şəhərə gələn avtobuslar Avropa oyunlarından əvvəl şəhərin 20 Yanvar dairəsinin müxtəlif yerlərində dayanırdı. Avropa oyunlarından əvvəl isə sıxlığın aradan qaldırılması məqsədilə avtobusların marşrut xətti Avtovağzal ərazisində məhdudlaşdırıldı. Sulutəpə, Xocasən, Qobu, Güzdək, Atyalı, Nübar, 28 May, Müşfiq və s. kimi qəsəbələri şəhərlə birləşdirən müvafiq 114, 151, 153, 156, 158, 159, 167 nömrəli avtobuslar Avropa oyunlarından sonra qəsəbə sakinlərini yeni avtovağzala qədər gətirə bildi. Bu isə öz növbəsində sakinlər arasında narazılığa səbəb olmağa başladı. Çünki əvvəllər sakinlər 20 və ya 30 qəpiyə 20 Yanvar dairəsinə qədər gələ bilirdilərsə, indi həmin yolu gəlmək üçün müvafiq olaraq 40 və ya 50 qəpik ödəməli olurlar. Əvvəllər şəhərin hər hansı bir yerində çalışan sakinlər iki avtobus dəyişirdilərsə, indi üç və ya daha çox avtobus dəyişməli olurlar. Belə olan halda isə orta aylıq əmək haqqı 300 manat civarında olan bir vətəndaş maaşının demək olar ki, üçdə biri və ya yarısını avtobuslara xərcləməli olur.

Sakinlərin fikrincə, tətil dövründə bu məbləğin qismən az olmasına baxmayaraq, dərslərin başlaması ilə həmin pul iki mislinə qədər artır. Bundan əlavə, ətraf qəsəbələrdən olan sakinlərin əhəmiyyətli hissəsinin iş yeri Bakı şəhərindədir. Adlarını sadaladığımız qəsəbələrdə məktəblərin və ya təhsilin keyfiyyətinin aşağı olması səbəbilə də uşaqların əksəriyyəti şəhər məktəblərində oxuyur.

Məsələylə bağlı açıqlama almaq üçün ilk növbədə Nəqliyyat Nazirliyinə üz tutduq. Nəqliyyat Nazirliyinin ön qapısından nazirliyə daxil olduq. Bizə mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun yerində olmadığını, yan qapıdan müraciət etməyimiz lazım olduğunu dedilər. Yan qapıdan nazirliyin nəzarət buraxılış məntəqəsinə yaxınlaşdıq. Orada 3 nəfər mühafizəçi var idi. Nə üçün gəldiyimizi soruşanda, hansı məsələylə bağlı gəldiyimizi dedik. Mühafizəçilərin bizə cavabı isə problemin tam “həllini” özünə ehtiva edən cavab oldu: “Marşrutlara nəzarəti Nəqliyyat Nazirliyi yox, Nəqliyyat Departamenti həyata keçirir. Ona görə də siz ora müraciət edin”. Nəqliyyat Departamenti Azərbaycan prezidentinin 2006-cı ildə imzaladığı bir sərəncamla ləğv olunaraq, səlahiyyəti və tabeliyində olan müəssisə və təşkilatlarla birgə Nəqliyyat Nazirliyinin tabeçiliyinə verilib. Bundan sonra dəfələrlə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə zəng etdiksə də telefonu ya götürmədilər, ya da götürüb kənara qoydular.
Bundan sonra üz tutduq Müşfiq qəsəbəsini şəhərlə birləşdirən 114 nömrəli avtobusun tabe olduğu “Xaliq Faiq Oğlu” MMC-yə. Şirkətdən bizə bildirdilər ki, onların tabeliyində olan avtobusların marşrut xətti Nəqliyyat Nazirliyi tərəfindən müəyyən olunur və avtobusların marşrutunun bərpa olunması ilə bağlı hələ ki, heç bir göstəriş gəlməyib.

Daha sonra isə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı ilə əlaqə saxladıq. Şəfa xanım da bizə bu barədə çalışdığı qurumda hər hansı bir məlumatın olmadığını bildirdi: “Avropa oyunlarından öncə də, sonra da marşrut xətlərinin optimallaşdırılması üçün işlər görülür. Paytaxtda tıxacların və sıxığın aradan qaldırılması ilə bağlı bir sıra addımlar atılır. Adını çəkdiyiniz qəsəbələrdən gələn avtobuslar şəhərdə kifayət qədər tıxac yaradırdı. Bundan sonra isə həmin marşrut xətlərinin uzadılacağına dair məlumatımız yoxdur. Mən başa düşürəm ki,bu günki əmək haqqı və ya təqaüdlərlə müqaisədə bu bir az çox görünə bilər. Amma onu da nəzərə almalıyıq ki, Azərbaycanda gediş haqları kifayət qədər azdır. Məsələnin bir başqa tərəfi də saatlarla tıxaclarda oturmaqdır. Çünki bu qədər avtobusun dərs vaxtında şəhərə daxil olması uzun sürən tıxaclara səbəb olacaq”.

Şəfa Mehmanqızı, bundan başqa, marşrut xətlərinin optimallaşdırılması ilə bağlı təkliflər planının hazırlandığını və ola bilsin ki, həmin təkliflər planında bu məsələyə də toxunulacağını bildirib.

Metronun Avtovağzal stansiyasının isə hələ də açılmaması sakilərin işini bir az da çətinləşdirir. Nəqliyyat Nazirliyinin bu məsələyə laqeyid yanaşmasının isə nədən irəli gəldiyi heç kimə məlum deyil. Düzdür, burada zərbənin yenə də vətəndaşlara dəydiyini, artıq gəlirin isə Nəqliyyat Nazirliyinə axdığını nəzərə alsaq, məsələni başa düşmək o qədər də çətin deyil.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI