Əliyevin müharibə jesti və Sərkisyanın qorxusu

Müdafiə Nazirliyinin bu gün sentyabrın 6-da yaydığı rəsmi məlumatda deyildiyi kimi Azərbaycan ordusu bir həftə davam edəcək irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu, Ermənistanda keçirilən komanda-qərargah təlimlərinin başa çatmasından dərhal sonraya və bütün təmas xətti boyu mövqe döyüşlərinin şiddətləndiyi bir vaxtda baş verir. Lakin Azərbaycan ordusunun başlatdığı manevrlər həm öz parametrlərinə, həm ssenarisinə görə Ermənistanda keçirilən təlimlərlə heç cür müqayisəyə gəlmir
Azərbaycan ordusunun başlatdığı təlimlərin nə dərəcədə genişmiqyaslı olduğunu Müdafiə Nazirliyinin açıqladığı rəqəmlər də əks etdirir. Belə ki, təlimlərə 65 minlik şəxsi heyət, o cümlədən ehtiyadan çağırılmış 6 minədək hərbçi, 700-ə yaxın zirehli texnika, 500-dən çox raket və artelleriya qurğuları, 100-ə yaxın təyyarə və vertolyot, xüsusi təyinatlı bölmələr, hava hücumundan müdafiə qüvvələri, o cümlədən zenit-raket birləşmələri çıxarılıb.
Təlimlərin ssenarisinə düşmənin mühasirəyə alınması, müdafiə, əks-hücum və hücum əməliyyatları, şərti hədəflərə intensiv hava zərbələri, uzaqmənzilli raketlərdən hədəflərə dəqiq zərbələr daxil edilib. Manevrlər sentyabrın 13-nə qədər davam edəcək.
Azərbaycan ordusunun poliqonlara çıxarılmış şəxsi heyəti Ermənistan ordusunun və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin şəxsi heyətinin sayına təxminən bərabərdir. O cümlədən təlimlərə çıxarılmış döyüş texnikasının miqdarına nəzər salanda Azərbaycanın az qala bütün ordu ilə Ermənistanda keçirilən təlimlərə cavab verdiyini göstərir. Müüdafiə Nazirliyi təlimlərin Ali baş komandan İlham Əliyevin əvvəlcədən təsdiqlədiyi plan əsasında keçirildiyini bildirsə də təxmin etmək çətin deyil ki, bu cür irimiqyaslı manevrlərin vaxtı təsadüfən seçilməyib.
Azərbaycan silahlı qüvvələri son il yarımda, yeni müdafiə nazirinin təyin olunmasından sonra intensiv olaraq müxtəlif qoşun növlərinin irimiqyaslı döyüş təlimlərini keçirir. Elə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz qartalı-2015” təlimləri təzəcə yekunlaşıb. İndiki miqyasda hərbi manevrlərə isə demək olar ki, rast gəlinməmişdi. Bu baxımdan Azərbaycan ordusunun başlatdığı təlimlər Ermənistan üçün təmas xəttində vəziyyətin gərgin olduğu indiki vaxtda ciddi siqnal olmalıdır.
Ermənistanda prezident Serj Sərkisyanın rəhbərliyi altında keçirilən komanda-qərargah təlimləri sentyabrın 5-də yekunlaşıb və məhz ertəsi gün Azərbaycan prezidenti ordunu poliqonlara yeridib. Lakin digər maraqlı detallar da var. Xəbər verildiyi kimi Ermənistanda keçirilən təlimlərdə Azərbaycanla sərhəd rayonlardan əhalinin kütləvi evakuasiyası, İrəvandan mühüm obyektlərin əməkdaşlarının köçürlməsi, habelə şərti “xarici dövlətdən” Ermənistana kütləvi qaçqın axını ilə bağlı İrəvanda çadır düşərgəsinin qurulması kimi elementlər sınaqdan keçirilmişdi. Deməli mümkün irimiqyaslı müharibə Ermənistanda zamanı başlarına nə gələcəyini aydın təsəvvür edirlər. Çünki Azərbaycan ordusunun sərəncamında olan vasitələr müharibənin ilk saatlarındaca həm Qarabağda düşmən nəzarətində olan ərazilərin dərinliklərinə, (o cümlədən Xankəndinə), həm Ermənistanın sərhəd rayonlarına və hətta İrəvana (Naxçıvan ərazisindən) güclü zərbələr endirməyə imkan verir. Başqa sözlə, Azərbaycan ordusu hətta düşmənin müdafiə xəttini yarıb keçmədən də Qarabağ və Ermənistan ərazisindəki istənilən hədəfə dağıdıcı zərbələr endirə bilər. Və Azərbaycan ordusunun bu gün başlayan manevrləri bu imkanı bir daha nümayiş etdirəcək.
Digər tərəfdən Ermənistan silahlanmada olduğu kimi hərbi təlimlərin keçirilməsində də Azərbaycanla ayaqlaşmaq imkanında deyil. Ermənistan sonuncu dəfə irimiqyaslı hərbi təlimləri ötən ilin noyabrında keçirib. Həmin təlimlər Ermənistan ordusunun vertolyotunun Ağdam istiqamətində vurulması ilə yadda qalmışdı.
Döyüş təlimlərinin keçirilməsi şübhəsiz ki, sanballı vəsait tələb edən işdir. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyinin büdcəsi ilə müqayisədə qəpik-quruş sayıla biləcək büdcəsi isə tez-tez belə təlimləri keçirməyə imkan vermir. Əvəzində Ermənistanda 102-ci Rusiya hərbi bazasının son vaxtlar intensivliyi artan təlimləri ilə sığortalanmağa çalışırlar…(virtualaz.org)
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI