Tərtərdə idarə rəhbəri sayğısızlıq edir
Gundem / Bolge
Oxunub: 1 605
9 avq 2015 | 23:31
Tərtərdə idarə rəhbəri sayğısızlıq edir














SSİ-nin müdiri cənab Zahid müəllim təkcə rəhbərlik etdiyi idarəyə qarşı deyil, həm də KİV nümayəndələrinə qarşı münasibətdə də, sayğısızlıq göstərir

Hələ bir müddət bundan Tərtər rayon Suvarma Sistemləri idarəsinin rəisi, saysız-hesabsız maxinasiyalara qol qoymaqda xüsusi istedada malik olan cənab Zahid müəllimin əməlləri barədə, informasiya mərkəzimizə xeyli məlumatlar daxil olmuşdur. Rayondakı mənbəmizin bildirdiyinə görə, SSİ-i olduqca strateji bir sahə olsa da, nədənsə rəhbərlik idarəetməyə yanaşmada hələ də sayğısızlıq göstərməkdədir.

Diqqəti cəlb edən hal odur ki, belə bir vəziyyətin əmələ gəlməsi, bu gün Tərtər rayon SSİ-də saysız-hesabsız problemlərin də əmələ gəlməsinə səbəb olur. Bu haqda məlumatları verən mənbə bildirir ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir kimsəyə suvarma suyu lazım olduqda, həmin şəxs minbir problemlə üz-üzə qalır. Yəni, rəhbərliyin yaratdığı “bezpredel” idarəçilikdən yararlanan bəzi vəzifə sahibləri, çox keçmir ki, əksəriyyəti şoka salacaq maxinasiyalara qol qoyurlar. Əslində idarədə ayrı-ayrı vəzifə sahiblərinin minbir maxinasiyalara, hər cür qanunsuzluq əməllərinə qol qoymalarının səbəbi, cənab Zahid müəllimin yaratdığı idarəçilikdir.

Başqa bir olaylar haqda da məlumatları informasiya mərkəzimizə çatdıran mənbə onu da bildirir ki, bu gün SSİ-də tətbiq olunan “bezpredel” idarəçilik, büdcədən ayrılan vəsaitlərin də hədsiz dərəcədə mənimsənilməsinə yollar açır. Məsələn, verilən məlumatlarda bildirilir ki, idarəyə hər kvartal üçün büdcədən külli miqdarda vəsait ayrılır. Həmin vəsaitlə idarəyə aid işlərin görülməsi nəzərdə tutulsa da, əslində ayrılan vəsaitlərin nəzərdə tutulan hissəsi, bir qrup şəxs tərəfindən mənimsənilir və rəhbərliyə də boş-boş hesabatlar verilir.

Maraqlı haldır ki, bu gün Tərtər Suvarma Sistemləri idarəsini bərbad hala salan, idarəyə ayrılan vəsaitləri minbir yollarla mənimsəməyi bacaran, idarənin balansında olan nəqliyyat vasitələrindən dədə malı kimi istifadə edən, nəqliyyat vasitələri üçün ayrılan yanacağı, sürtkü yağlarını, digər ehtiyat hissələrini və.s-ni “xrıd” etməyi bacaran bir şəxsi, hələ də cənab Əhməd Əhmədzadə vəzifə başında saxlamaqdadır. Onun belə bir idarəçiliyi haqda ayrı-ayrı mətbu orqanlarda silsilə tənqidi açıqlamalar dərc olunsa da, təəssüflər olsun ki, hələ də Zahid müəllim sadalanan iradlardan, işıq üzü görən tənqidi açıqlamalardan bir nəticə çıxarmır ki, çıxarmır. Belə bir gedişlə deyəsən o, bir nəticə də çıxarmaq fikrində deyil.

Hələ bütün bunlar azmış kimi, ona edilən telefon zənglərinə cavab verməməsi, heç də diqqətdən kənarda qalmayan məsələlərdəndir. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, Zahid müəllimin qanunsuzluğa söykənən fəaliyyəti haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbə bildirir ki, Tərtərin Suvarma Sistemləri idarəsinə büdcədən ayrılan vəsaitlərin çox hissəsi, rəhbərlik və onun “əsabələr”i tərəfindən bu və ya digər yollarla mənimsənilir. Yəni, təyinatı üzrə xərclənmir və bu haqda da heç bir açıqlama verilmir. Belə olan halda KİV nümayəndəsi olaraq bizlərdə, rəhbərliyin yarıtmaz idarəçiliyi, ayrılan vəsaitlərin kütləvi surətdə mənimsənilməsi və digər qaranlıq məqamlar barədə müəyyən şübhələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, hələ bir müddət bundan əvvəl SSİ-nin rəhbərliyinə telefon zəngi açdıq ki, bəzi məqamlara aydınlıq gətirə bilsin. Təəssüflər olsun ki, telefon zəngimizlə bağlı qarşı tərəfdən heç bir cavab verilmədi. Yəni, bu günədək SSİ-dən nə bir səs çıxdı, nə də ki, bir soraq eşidildi. Deməli, cənab Zahid müəllim təkcə rəhbərlik etdiyi idarəyə deyil, həm də KİV nümayəndələrinə qarşı münasibətdə də, sayğısızlıq göstərməkdə davam edir.

Hörmətli oxucular! Zahid müəllimin və onun rəhbərlik etdiyi qrumda söz sahibi olan digər vəzifə sahiblərinin, bizlərə qarşı da bəslədikləri sayğısızlığı nəzərə alaraq, informasiya mərkəzimizin əməkdaşını bölgəyə ezam etmişik ki, müəyyən araşdırmalar apara bilsin və SSİ-də qol qoyulan maxinasiyalar,

çoxsaylı mənimsəmələr, yerli sakinlərlə bərabər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların da su ilə təminatlarının necəliyinin göstəricisi və.s haqda lazımi məlumatları əldə edə bilsin. Odur ki, yaxın günlərdə sizləri daha səhih məlumatlarla məlumatlandırmağa çalışacagıq.

Bizi izləməyi unutmayın.

Elmar Durgəlov
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI