Tərtərdə obyekt sahibi “qəzəlxan” çıxdı
Gundem / Bolge
Oxunub: 2 587
8 avq 2015 | 09:06
Tərtərdə obyekt sahibi “qəzəlxan” çıxdı















Sözsüz ki, ansambl üzvlərinin belə bir addımlar atmalarına səbəbkar, Samir “bəy”in yaratdığı şərait və baş verənlərə münasibətdə “qəzəl”lər danışması olur

Azərbaycan ədəbiyyatının inkişafında qəzəl janrının xüsusi rolu olub ki, bu janrdan da vaxtilə böyük istedad sahibləri yararlanmaqla bərabər, ədəbiyyatımızın inkişafında silinməz izlər də buraxmışlar. Müasir dövrümüzə gəlincə isə, hal-hazırda çoxlu sayda elə şəxslər var ki, onlar bu janrndan istifadə etməklə, bu gün də yazıb-yaratmaqdadırlar. Deyəsən bu janrın əksəriyyətə bəxş etdiyi dəyərləri dərk edən və Ağdamın dördyol ayrıcı adlanan ərazisindən Tərtərə gedən yolun sol kənarında fəaliyyət göstərən “İki dost” kafesinin sahibi Samir “bəy” də, qəzəlxan olmaq fikrinə düşüb. Belə ki, əldə etdiyimiz məlumatlara görə o, sahiblik etdiyi obyektdə təqribən 6 nəfər “xanım”dan ibarət bərli-bəzəkli bir ansambıl formalaşdırıb. Məqsədi hər gün onlara yəqin ki, bu janrın əhəmiyyətini izah etməklə bərabər, məlahətli səslərilə obyektə baş çəkənləri “feyziyab” etmək də olur.

Düzdür, bugünədək obyektin fəaliyyəti haqda bəzi məlumatları əldə etmişdik, amma obyek sahibinin “qəzəlxan” olduğunu tam dəqiqləşdirə bilməmişdik. Elə ki, əməkdaşlarımız əraziyə baş çəkib əksər mətləblərdən tuta bildilər, o zaman bilib başa düşdük ki, Samir “bəy”in sahiblik etdiyi obyektdə “qəzəl” janrından istifadə etməyin başqa-başqa məqsədləri var. Diqqəti cəlb edən hal odur ki, hər günün axşam çağlarında 6 nəfər “xanım”dan ibarət bərli-bəzəkli ansambl, nəinki məlahətli səsləriylə, hətta davranışlarıyla da milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqda davam edirlər. Yəni, ansamblın üzvü olan 6 “xanım”, xalqımızın əxlaqına, mənəviyyatına yad hərəkətlər etməklə bərabər, geyim formalarının qaydaları ilə də uzlaşmayan geyimlər geyib, nəinki əxlaqımıza, hətta bir millət olaraq adımıza da ləkə gətirməkdə davam edirlər. Sözsüz ki, onların belə bir addımlar atmalarına səbəbkar, Samir “bəy”in yaratdığı şərait və baş verənlərə münasibətdə “qəzəl”lər danışması olur.

Yəni, bu gün sahiblik etdiyi “İki dost” kafesində 6 nəfər “xanım”ı çılpaq vəziyyətdə bir növ istismar etməklə, asan qazanc əldə etməyin yolunu tapan Samir “bəy”in danışdığı “qəzəllər” də, heç də diqqətdən kənarda qalmır. Çünki, ümumi mənzərənin çəklişini həyata keçirən əməkdaşlarımızı görən ansambl üzvləri, bu haqda kafe sahibinə məlumat verdikdə Samir “bəy”in “gedək polis şöbəsinə, çəklişinizi orda silsinlər, sonra gedərsiniz” deməsi də, artıq kafe sahibinin Tərtər polisi ilə işbirliyinin varlığından xəbər verir. Belə bir halın varlığı maraqlı olduğu qədər də, təəccüblü haldır. Çünki, kafe sahibi arxayın şəkildə “gedək polis şöbəsinə, çəklişinizi orda silsinlər, sonra gedərsiniz” deməsinin nə demək olduğunu anlamaq heç də çətin məsələ deyil.

Yaşanan ümumi ab-havanın varlığı onu söyləməyə əsas verir ki, bu gün “İki dost” kafesində baş verənlərin himayədarı, həm də Tərtər polisində vəzifə daşıyan söz sahibləridirlər. Əgər bu belə olmasaydı Samir “bəy” arxayın şəkildə “qəzəl” danışmazdı. Hələ bunlar qalsın bir yana, Tərtər polisində müavin vəzifəsini daşıyan Məhərrəm müəllimin “Azərinfo.az” saytının rəhbərinə hədə-qorxu gəlməsi də, əslində müzakirəyə ehtiyacı olan yanaşmadır. Çünki, bir KİV nümayəndəsi olaraq kafedə yaşananlar qabardılırsa, problemlərin aradan qaldırılmasına cəhdlər göstərilirsə, görəsən bunun nəyi pisdir. Tərtər polisində yüksək çinli vəzifə sahibinin belə bir yanaşması, hələ də bizi təəccüb içində qoymaqdadır. Deməli, torbada “qara pişik” var. Yoxsa....

Məlik
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI