Ağstafada idarə rəisi “Azəriqaz”ın rəbərini rüşvətxor olmaqda ittiham edir

Görəsən “Azəriqaz”ın rəhbəri, Ağstafada Qaz İstismarı İdarəsinə rəhbərlik edən Şəhadət müəllimdən, istənilən məbləği aldıqdan sonramı onu belə bir strateji sahəyə rəhbər təyin edib?
Ölkə əhalisinin müəyyən sosial problemlərinin həlli ilə bərabər, hər kəsin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına və.s olan ehtiyaclarının ödənilməsi də, zaman-zaman aktuallıq kəsb edən məsələlərdən biri olub. Amma, bütün bunlara baxmayaraq bəzi vəzifə sahiblərinin daşıdığı vəzifəsinə səhlənkar yanaşmaları, sakinlərin üzləşdikləri problemlərin həllinə münasibətdə sayğısızlıq nümayiş etdirmələri, üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca dərk etməmələri və.s, əslində sosial problemlərin əmələ gəlməsini zəruri edən səbəblərdir. Bu sırada Ağstafa rayon Qaz İstismarı İdarəsinin müdiri cənab Şəhadət müəllimin də adı, idarəetməni belə bir formada həyata keçirən vəzifə sahiblərinin adları ilə eyni çəkilməkdədir. Çünki, onun bu günədək qol qoyduğu maxinasiyalar, çoxsaylı qanunsuzluq əməlləri, məhz Şəhadət müəllimin adının dillər əzbəri də olmasına səbəb olub.
Belə ki, bir neçə gün bundan əvvəl rayonun Dağkəsəmən kənd sakini olan və hələlik adının çəkilməsini istəməyən mənbənin informasiya mərkəzimizə verdiyi məlumatlara görə, Şəhadət müəllimin rəhbərlik etdiyi idarə, artıq xeyli müddətdir ki, kənd sakinlərini mavi qaz üzünə həsrət qoyub. Elə ki, problemin həlli ilə bağlı ona sual verilib cavab tələb olunur, bu zaman o, belə bir cavab verir ki, “Siz məndən nə istəyirsiniz? Mən daşıdığım vəzifədə elə-belə oturmamışam, pulumu vermişəm, məni də bu vəzifəyə təyin ediblər” deyir. Çox maraqlı və diqqəti cəlb edən cavab olur ki, bu da Ağstafa rayon Qaz İstismarı İdarəsinin müdirinin dilindən səslənir.
Belə bir açıqlamanın varlığı qalsın bir yana, cənab Şəhadət müəllimin əslən rayonun Dağkəsəmən kəndindən olan xanım jurnalistə bildirməsi ki, “sən məndən nə yazacaqsan, get nə istəyirsən onu da yaz deməsi ilə bərabər, kənd sakinlərinin giley-güzarları mənim üçün heç bir əhəmiyyət daşımır” deməsi də, öz-özlüyündə ciddi müzakirəyə ehtiyacı olan açıqlamadır. Diqqəti cəlb edən hal odur ki, görəsən cənab Əkbər Hacıyev rayonun strateji bir sahəsinə rəhbərlik edən Şəhadət müəllimi, bu vəzifəyə təyin edərkən, ona idarəetməni
belə bir formadamı həyata keçirməyi tapşırıb? Və Ağstafada Qaz İstismarı İdarəsinə rəhbərlik edən Şəhadət müəllimdən, istənilən məbləği aldıqdan sonramı onu belə bir strateji sahəyə rəhbər təyin edib?
Sözsüz ki, belə bir açıqlamalar cənab Şəhadət müəllimə məxsus olduğundan hələlik bir söz deyə bilmərik. Deyəcəyimiz söz yalnız o olacaq ki, idarə rəisi verdiyi açıqlamaları ilə, əslində “Azəriqaz”ın rəhbərini rüşvətxor olmaqda ittiham etmiş olur. Belə bir olaylarla bağlı hələ bir neçə gün bundan əvvəl “Regionxeber.tv” internet televiziyasında müəyyən açıqlamalar da işıq üzü görmüşdü. Açıqlamanın işıq üzü gördüyü vaxt biz elə başa düşürdük ki, cənab Şəhadət müəllim yaşanan problemlərlə bağlı hansısa əməli addımlarını atacaq, problemlərin həllinə cəhd də göstərəcək. Amma, hər şey gözlədiklərimizin əksinə oldu.
Bəli, bu gün Ağstafa rayon Qaz İstismarı İdarəsində yaşanan olaylar, kənd sakinlərinin mavi qaz problemi ilə üz-üzə qalmaları, əslində Şəhadət müəllimin idarəçiliyinin mahiyyətini müəyyən etməyə imkan verir. Çünki istər idarəçiliyinin, istərsə də düşüncə tərzinin mahiyyəti hər cür qanunsuzluğa, haqsızlığa kökləndiyindən, baş verənlərin varlığına hər kəsin təbii baxması daha məqsədəuyğun hal hesab olunmalıdır.
Problemin varlığını diqqətdə saxlayacağıq.
Elmar Durgəlov
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI